Azərbaycanda koronavirus SIFIRLANA BİLƏR... - Mütəxəssis bunun üçün model təklif etdi
Sosial
Oxunub: 550
22 iy 2021 | 19:46
Azərbaycanda koronavirus SIFIRLANA BİLƏR... - Mütəxəssis bunun üçün model təklif etdi


Azərbaycanın Baş naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə Qərargahın geniş tərkibdə respublika müşavirəsi keçirilib.

Müşavirədə xüsusi karantin rejimində şənlik mərasimlərinin – toy, nişan və s. tədbirlərin keçirilməsi zamanı xüsusi karantin rejimi qaydalarına nəzarət məsələləri müzakirə olunub. Bakı şəhərində şənliklər təşkil olunan obyektlərdə əksər hallarda qaydalara əməl olunmadığı qeyd edilib.

Bununla belə qonaqların sayına qoyulmuş məhdudiyyətin nəzərə alınmadığı, iştirak edən şəxslərin COVID pasportunun olmadığı, mərasimin vaxtının müəyyən olunmuş saatları keçdiyi, sanitar-epidemioloji normaların pozulduğu deyilib. Bildirilib ki, oxşar hallar respublikanın başqa şəhər və rayonlarında da müşahidə olunmaqdadır.

Belə mənfi halların nəticəsidir ki, son günlər ölkə üzrə yoluxmanın artımı müşahidə olunur. Vurğulanıb ki, prosesin bu şəkildə davam etməsi arzuolunmaz nəticələrə aparıb çıxara bilər. Operativ Qərargah şənliklərin keçirildiyi obyektlərin sahiblərinin nəzərinə bir daha çatdırıb ki, bütün məsuliyyət onların üzərindədir və qayda pozuntuları ilə bağlı qəti və sərt tədbirlər görüləcəkdir.

Müşavirədə səslədirillən fikirlər ölkəmizdə yeni qapanmaların anonsu kimi qəbul edilib. İlk qapanmaların toy və digər kütləvi mərasimlərə şamil olunacağı təxmin olunur. Ancaq nəzərə alsaq ki, Məhərrəmliyin gəlişi ilə əlaqədar əyləcə və toy məramlərinin keçirilməməsi ənənəsi var, o zaman digər sahələrdə də yeni qapanmalar müzakirə mövzusu ola bilər.

Mövzu ilə bağlı Cebhe.info-ya Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm danışıb. O, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin virusla bağlı müəyyənləşdirdiyi qaydaların olduğunu bildirib.

ATU dosenti virusla mübarizədə effektiv nəticə əldə edilməsi üçün Azərbaycanın digər regionlarında da eynilə Naxçıvan modelinin tətbiq edilməsini məsləhət bilib:

“Həmin qaydaların nəticəsində hazırda Naxçıvanda gündəlik yoluxma 10 nəfər, ölüm halları isə sıfır faizdir. Bəziləri virusla mübarizədə Azərbaycanda Belarus, bəziləri İsveç, bəziləri Britaniya modelinin tətbiq edilməsini təklif edir, amma mən düşünürəm ki, Naxçıvan modelini tətbiq etmək lazımdır.

Naxçıvan modelinin fərqi budur ki, qayda- qanunlara düzgün əməl edilir. Hesab edirəm ki, virusla mübarizə məsələsində bütün səlahiyyətlər Naxçıvanda virusla mübarizəyə cavabdeh olan orqanın tabeliyinə verilməli, həmin qaydalar burada tətbiq edilməlidir. Bundan başqa mən başqa çıxış yolu görmürəm. Naxçıvanda hansı mənzildə koronaviruslu xəstə oldusa, mübarizə aparmaq üçün həmin evin qarşısında post quruldu, mənzilə giriş- çıxış qadağa edildi”.

Ədalət Rüstəm bildirib ki, dünyada koronavirus epidemiyasına görə iki yerdə ölüm faizi sıfırdır:

“Bunlardan biri İsraildir, digəri Naxçıvan Muxtar Respublikasıdır. İsraildə gündəlik virusa yoluxma 10- 15 nəfər təşkil edir, ölüm faizi sıfır olur. Sözügedən ölkədə virus ona görə sıfırlanıb ki, orda ölkə əhalisinin 95% - i vaksinləşdirilib.

Naxçıvanda xəstəxanalarda isə 3-4 koronaviruslu xəstə müalicə alır. Güündəlik yoluxma da İsraildəki kimi 10 nəfər, ölüm faizi sıfıra bərabərdir”. Dosent həmçinin əlavə edib ki, pandemiya şərtlərindən asılı olmayaraq toylar keçirilməlidir: “Başa düşə bilmirəm, kimsə evlənməməlidir?! Çimərliklər, digər yerlər də bağlanmamalıdır”.
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı