Sahil Babayevə DAHA BİR ETİRAZ - "Niyə döyüşçü jurnalistlər burda yoxdur?!"
Sosial
Oxunub: 558
22 iy 2021 | 23:39
Sahil Babayevə DAHA BİR ETİRAZ - "Niyə döyüşçü jurnalistlər burda yoxdur?!"


“Müharibənin ölüm təhlükəsi bir yana, bircə günlük əziyyətini belə bəlkə ömrü boyu görməmiş insanlar bizim adımızla özlərinə şou düzəltməsinlər! Bizim adımızı tədbirlərinə pərçim etməsinlər”.
Bu fikirləri 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş tanınmış jurnalist Məğrur Əli Polad sosial şəbəkə hesabında yazaraq paylaşıb.

Qazi-jurnalist haqlı narazılığını bildirib:

"Qarabağda müharibə başlayanda, 46 yaşım vardı. 1 aya yaxın idi ki, kölgəsində daldalanmağa bircə ağac, kol da olmayan Haramı düzündə döyüşürdük. Sifətimin dərisi artıq ikinci dəfə idi ki, yanıb soyulurdu. Bir gün yağış yağmağa başladı. İslanmamaq üçün hərbi maşınımızın kabinəsinə qalxdım. Qapını bağlayanda, güzgü mənə sarı çevrildi və özümü gördüm. Bəlkə də inanmayacaqsız, amma diksindim... Saç-saqqal basmış, kirli, yanıb qızarmış arıq bir sifət baxırdı mənə... Burda yerləşdirdiyim şəkil həmin vaxt, amma hamam, saç kəsdirmək və üz qırxmaq xoşbəxtliyindən sonra çəkilsə də, durumumu təsəvvür etmək üçün yardımçı ola bilər.

Sabah bizim günümüzdü - Milli Mətbuat Günü. Artıq bir neçə gündür müxtəlif dövlət qurumları, qeyri-hökumət təşkilatları jurnalistləri dəstə-dəstə toplayıb "Müharibədə xidmətlərinə görə" adı altında mükafatlandırır, plaketlər, hədiyyələr verir, təriflərini göylərə qaldırırlar. Amma Vətən müharibəsində döyüşçü kimi iştirak etmiş media işçiləri (təxminən 30 nəfər) ya bu tədbirlərdə görünmürlər, ya da az bir hissəsi görünür. Əsasən müharibə dövründə məqalələr yazmaq, süjetlər çəkməklə öz işini yerinə yetirmiş jurnalistlərdir. Bəziləri cəbhə tərəflərə yolları düşəndə hansısa əsgərin silahını alıb şəkil çəkdirəndə, biz başımızın altında avtomat, mərmi yeşiklərinin üstündə, sağa-sola uçan qəlpələrin arasında gözümüzün acısını alırdıq... Əlbəttə, onlar da təltifə, xoş sözlərə layiqdirlər. Hətta müharibə ilə heç bir əlaqəsi olmayanlar da mükafatlandırıla bilər. Milli Mətbuat Günüdür axı. Amma Vətən müharibəsinin iştirakçısı jurnalistlər olmadan "Müharibədə xidmətlərinə görə" adı ilə necə tədbir keçirmək, bu əsaslandırma ilə kimisə mükafatlandırmaq olar?! Kim kimə nə istəyir verə bilər. Öz işləridir. Amma bizim adımızı öz tədbirlərinə pərçim etsinlər. Mənə qəribə gələn həm də odur ki, səhnəyə çıxıb bu mükafatları alan həmkarlarımız təşkilatçılara irad bildirirlərmi ki, niyə döyüşçü jurnalistlər burda yoxdur?!

Qeyd: Məni yaxşı tanımayanlar üçün deyim ki, bütün şüurlu həyatım boyu belə şeylərin həvəskarı olmamışam. Mənim ən böyük, heç nə ilə müqayisəolunmaz və yeganə mükafatım doğma kəndim də daxil olmaqla torpaqlarımızın işğaldan azad edilməsidir. Ölümü gözaltına alıb getdiyim bu müharibədə iştirak etməyimlə o dərəcədə qürur duyuram ki, bunu sözlə ifadə etmək çox çətindir.

Amma... müharibənin ölüm təhlükəsi bir yana, bircə günlük əziyyətini belə bəlkə ömrü boyu görməmiş insanlar bizim adımızla özlərinə şou düzəltməsinlər!" - deyə Məğrur Əli Polad bildirib.

Bizimyol.info
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi