"Şöhlət oğlu"dan şəhid övladlarına qarşı kobudluq adlı yazıya açıqlama
Sosial
Oxunub: 756
17 iy 2021 | 21:57
"Şöhlət oğlu"dan şəhid övladlarına qarşı kobudluq adlı yazıya açıqlama


Bu gün xəbər saytlarında "Şöhlət oğlu" istirahət mərkəzi ilə əlaqədar sosial şəbəkələrdə gedən yazı insanlar arasında böyük narahatlığa səbəb olub. Yazıda Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin Yay Düşərgəsinin 40-a yaxın şəhid və qazi övladlarından ibarət iştirakçıların İsmayıllı yolunda "Şöhlət oğlu" ailəvi istirahət mərkəzində haqsızlıqla qarşılandıqları qeyd olunub. BİA.az-ın bölgə müxbiri "Şöhlət oğlu" ailəvi istirahət mərkəzinin adminstratoru Adil Əsədovla görüşüb yazı ilə bağlı fikirlərini öyrənib. Adil Əsədov dryib:

-Düzünü bilmək istəyirsizsə, belə bir hadisə olmayıb. Sadəcə bu bizə qarşı bəzi şəxslər tərəfindən qurulmuş böhtandır. Həmin yazını mən də Axar.az və Musavat.com saytlarından tapıb oxudum. Həmin yazıda qeyd edilmişdir ki,"Şamaxıdan Qəbələyə gedən zaman İsmayılı yolunda olan uşaqların ayaqyolu ehtiyacını ödəmək üçün "Şöhlət oğlu" restoranına müraciət etdik, onlar icazə vermədiklərini bildirdi, ödəniş etməyi də təklif etdik, qəbul etmədilər. Hətta bildilər ki, uşaqlar şəhid övladlarıdır, yenə də etiraz etdilər... Rəhbərliyə qədər çıxdıq yenə faydası olmadı..."

Bu yalandır və yenə də deyirəm ki, bizə qurulmuş bir böhtandır. Bunu balaca uşağa desən də inanmaz. Çünki su içmək üçün, ayaqyolu üçün heç vaxt kimsə problem yaratmaz. Amma çox təssüflər ki, həmin saytlar bu hadisə ilə bağlı bizimlə heç bir əlaqə yaratmadan informasiya paylaşmışdır. Şəkildən də göründüyü kimi həmin tur maşını yolun qarşı tərəfində müəyyən məsafədə dayanıb, yəni bizim istirahət mərkəzinə heç bir şəxs və ya uşaq belə məsələ ilə bağlı müraciət etməyib.

Buranın rəhbəri şəhid və müharibə iştirakçılarına həmişə dəstək olub. 44 günlük qələbə ilə bitən müharibədə dövlətimizə, ordumuza dəstək olub. Müharibə zamanı əsgərlərimizlə görüşüb, maddi və mənəvi olaraq həmişə onların yanında olub. Bu barədə geniş danışmağa ehtiyac yoxdur. Çünki hər zaman dövlətimizin və ördumuzun yanında olmaq borcumuzdur.

ALLAH bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə və əsgərlərimizə çan sağlığı arzulayıram. Xalqımız, dövlətimiz ail baş komandanımız İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək Qarabağımızın azad olunmasında iştirak etdi. Həqiqətən də biz birlikdə güclüyük.

Həmin yazı ilə baglı hər iki sayta təkzib verəcəyik. Xahiş edəcəyik ki, bu böhtan yazıdır və bu məqaləni saytlardan götürsünlər və ya qarşı tərəf kimi bizim də mövqeyimizi dərc eləsinlər. Qaldı ki, yazını öz səhifələrində paylaşan şəxslərə, onlara məsləhətim budur ki, ən müqəddəs ad olan “Şəhid” adından istifadə edib insanların hissləri ilə oynamasınlar. Bu biz azərbaycanlılara yaraşmır.

BİA.AZ
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi