Təhsil sisteminin köhnədən qalan ƏYLƏCİ... - İTTİHAM
Sosial
Oxunub: 306
13 iy 2021 | 17:42
Təhsil sisteminin köhnədən qalan ƏYLƏCİ... - İTTİHAM


Təhsil Nazirliyi “Narxoz”un filialına çevrilib...


Son illər Azərbaycanda çox mənfi, neqativ və çox zərərli bir ənənə yaranıb. Deyirlər ki, məktəb direktoru müəllim olmaya bilər. Bu təhsilə ən böyük zərbədir. Necə yəni məktəb direktoru müəllim-pedaqoq olmaya bilər ?
Bəlkə, məktəb direktoru polis işçisi, bəlkə baytar, bəlkə aqronom olsun ?
Ümumiyyətlə, hansısa bir sirrli əl Azərbaycan təhsilini uçuruma aparır. Bunu açıq-aydın görmək olur. Azərbaycan təhsilində bir şablonçuluq, əzbərçilik yaranıb.
Bu proses “narxoz”nikləri Təhsil Nazirliyinə gətirəndə baş verdi. Və Azərbaycan Təhsil Nazirliyi büsbütün “Narxozu” bitirənlərin əlinə keçdi. Nazirlikdə olan az-çox təcrübəli pedaqoq alimlər, peşəkar təhsil mütəxəssisləri uzaqlaşdırıldı. Əslində Təhsil Nazirliyi bu gün “Narxoz” filialına çevrilib.
Belə “narxoznik”lərdən biri də Firudin Qurbanovdur.
Axı, Firudin Qurbanov hara, Təhsil Nazirliyi hara ?
Onu qoyun İqtisadiyyat nazirliyinə, Hesablama Palatasına və digər qurumlara.
Bilirsiniz İdman Akademiyasına riyaziyyatçını, yaxud fiziki rəhbər qoymaq nə qədər gülüncdürsə, Firudin Qurbanovun Təhsil Nazirinin müavini olması da o dərəcədə gülüncdür.
Bu adam uzun illər Kooperasiya İnstitutunda çalışıb. Həmən insitut ölkədə ən rüşvətxor ali məktəbdir.
Bu adam Futbol Federasiyasının prezidenti olub.
Axı, futbol hara, Təhsil Nazirliyi hara ?
Bizim hörmətli Firudin Qurbanovun personası ilə işimiz yoxdur..
Amma...
Firudin müəllim, Moskva Kooperasiya İnstitutunun Bakı filialında işləyəndə ''rüşvət'' məsələsində ad çıxarmışdı.
Sonra cənab Qurbanov 2014-cü ildə təhsil nazirinin müavini oldu.
Və sonra cənab Qurbanov təhsil nazirinin müavini olmaqla bərabər, BDU-nun rektoru oldu.
Bu dünyada analoqu olmayan məsələdir. Nazir müavini həm də BDU-nun rektoru oldu. Yəni bir əldə iki qarpız tutmaq kimi.
Bəli, qısa müddətdə böyük yığım olmalı idi.
BDU-nun rektoru olan kimi Firudun Qurbanov, xarici ölkələrdən Bakıdakı ali məktəblərə olan köçürmə-“perevod”ların qiymətini dəfələrlə artırdı. BDU-da ikinci ali təhsil alanların kəsrlərini neçə min dollara sildirdi ?, A qiymətləri yazdırdı ? Və rüşvət yığımına start verdi ?
Rektor Firudin müəllim saxta distant diplomlar verib ?
Firudin Qurbanov nazir müavini kimi orta məktəblərə müəllim düzəltmək, şagirdlərin yerdəyişməsi və s məsələlərdən əməlli-başlı pul qazandı və Avropada biznes qurdu. Onun biznesini Avropada qardaşı idarə edir. Buyurun tanış olun:
Medianın yaydığı məlumata görə, Sloveniyada FİREM D.O.O. (Məhdud Məsuliyyətli Cəmiyyəti) 2014-cü il fevralın 9-da qeydiyyatdan keçirilib. Sloveniya mənbələrinin məlumatına görə şirkət xidmət və ticarət sahəsində fəaliyyət göstərir. Direktoru Firudin Qurbanovdur.
Şirkət 6671381000 saylı lisenziya ilə Sloveniyanın şərqindəki kiçik Rogaška Slatina şəhərində, Celjska cesta 6 ünvanında hüquqi qeydiyyata alınıb. Sözügedən ünvanda isə şəhərin 4 ulduzlu "Slatina" oteli yerləşir. Eyni ünvanda daha bir şirkət - HOTEL SLATINA d.o.o. qeydiyyatdan keçib.
Ötən yazımızda sabiq maarif naziri Mehdi Mehdizadə ilə Firudun Qurbanov arasında paralel-müqayisə aparmşdıq. Ancaq bu dəfə düşündük ki, bu iki adı hətta yanaşı çəkmək rəhmətlik Mehdizadənin ruhuna hörmətsizlikdir. Çünki Mehdizadə əsl pedaqoq , Firudun Qurbanov isə təhsil “bazakomu”dur. //gundelik-baku.com//
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO