“Səttar Möhbalıyevin oğlunun rəis olduğu dövrlərdə “Şamaxinka”da, Alatavada narkotik satışı tüğyan edirdi”
Sosial
Oxunub: 384
12 iy 2021 | 09:30
“Səttar Möhbalıyevin oğlunun rəis olduğu dövrlərdə “Şamaxinka”da, Alatavada narkotik satışı tüğyan edirdi”


Tanınmış hüquqşünas: “Anti-narkotik təbliğatla bağlı Daxili İşlər Nazirliyinin ictimaiyyətə müraciəti ilə tanış oldum. Qeyd edim ki, son günlərdə bu, DİN-in ictimaiyyətə ikinci müraciətidir. DİN-in ictimaiyyətə belə açıq münasibəti, onun rəyi ilə hesablaşması çox müsbət haldır və alqışlanmalıdır”.

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov bildirib ki, son günlər yayılan məlumatlar da DİN-də narkotiklə mübarizədə ciddi dönüş olduğundan xəbər verir: “Bu münasibətə görə şəxsən Daxili İşlər Naziri Vilayət Eyvazova təşəkkür edirəm. Onu da bildirim ki, son günlər görüşlərim, müşahidələrim, aldığım məktublar ondan xəbər verir ki, DİN-in yerlərdəki nümayəndələrinin bəziləri bu alverin içindədir, əksəriyyəti isə vəzifələrinə səhlənkar yanaşırlar. Ona görə də hesab edirəm ki, DİN-də bu cinayətə bulaşanların da həbs edilməsi, cəzalandırılmasının vaxtıdır. Bu isə DİN-in yox, birbaşa bu günə qədər qəflət yuxusunda olan, baş verənləri görməməzliyə vuran Respublika Prokurorluğunun işidir. Polis işçilərinin bu cinayətdə iştirak etmələrini bilmək üçün sosial mediada gedən yazıları araşdırmaq kifayətdir. Bunun üçün çox vaxt itirmək də lazım deyil. Tək ictimai aktiv vətəndaş olan Kamil Zeynallının ictimailəşdirdiyi, ona ünvanlanmış məktublardakı faktları yoxlamaq kifayətdir.

Qeyd edim ki, eyni məzmunlu məktubları mən də alıram. Sadəcə vaxt qıtlığından, tək olduğumdan onları sistemləşdirib yaymaq imkanım yoxdur. K.Zeynallının yaydığı Lənkəranın Qaraçılar qəsəbəsində narkotik satan bir cavanın tutulub sonra 10 min manat rüşvət müqabilində həbsdən azad edilməsi barədə mənə də məlumat veriblər. Bunu bütün kənd əhalisi bilir. Bu faktın yoxlanması isə birbaşa Lənkəran rayon prokurorunun vəzifə borcudur.

Azərbaycanın bütün bölgələrində bu biabırçılıqlar var. Ən dəhşətlisi isə Bakının Yasamal rayonu ərazisində yerləşən Şamaxinka, Alatava, Dağlı məhləsi, Yeni Yasamal adlanan məkanlarındadır. Qeyd edim ki, narkotik tərkibli dərmanların apteklərdə qanunsuz satışı da məhz bu rayonda tüğyan edirdi. Uzun illər Yasamal rayonunun polis rəisi isə bu yaxınlarda vəzifəsindən azad edilmiş, keçmiş Prezidentin köməkçisi Əli Həsənovun kürəkəni, indi də Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri vəzifəsini tutan, deputat Səttar Mehbalıyevin oğludur. Belələrinin sadəcə vəzifələrindən azad edilməsinin özü onların mükafatlandırılması deməkdir.

Məhz bu cür hallara görə belələrinin həmkarları da sadəcə imkan varkən pul qazanıb sonda rahatca vəzifələrindən azad ediləcəklərini düşündüklərindən cinayət əməllərini davam etdirirlər”.
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO