Tarixə yazılmış qardaşlıq nümunəsi
Sosial
Oxunub: 603
7 iy 2021 | 23:29
Tarixə yazılmış qardaşlıq nümunəsi




Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı siyasi, iqtisadi, mənəvi mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapıb. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub.

Tarixi dostluq, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması uğrunda 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsində Türkiyə dövlətinin və onun Prezidenti Rəcəb Tayyub Ərdoğanın Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək təmənnasız qardaşlığın parlaq nümunəsidir. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukrurları Azərbaycanın qələbəsi üçün bütün sahələrdə böyük əzmkarlıq göstərdilər. Beynəlxalq səviyyədə nə qədər təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi.

Dovlət rəhəri İlham Əliyev müharibə zamanı müsahibələrinin birində söyləmişdir: “Beynəlxalq media qurumları daha çox Ermənistanın tərəfini tuturlar və münaqişə ilə bağlı yalan məlumatlar yayırlar. Ona görə, fürsətdən istifadə edərək qardaş Türkiyənin media mənsublarına təşəkkürümü bildirmək istəyirəm ki, onlar bu günlərdə bütün dünyaya bu savaşla bağlı həqiqətləri çatdırır, canlı efirdə məlumatlar verirlər-dağıdılmış şəhərlər, düşən raketlər, Gəncə şəhəri, Mingəçevir şəhəri, Tərtər şəhəri. Yəni, daha çox Türkiyə media qurumları tərəfindən verilən bu məlumatlar dünyada bu münaqişə ilə bağlı daha ədalətli fikrin yaranmasına xidmət göstərir.

Vətən Müharibəsində Şanlı Ordumuzun Ermənistan üzərində əldə etdiyi parlaq qələbə nəticəsində regionda yeni reallıqlar yaranmışdır. Bu reallıqların yaranması nəticəsində qardaş Türkiyə ilə iqtisadi əməkdaşlığın bütün sahələri üzrə, o cümlədən nəqliyyat və infrastruktur sahəsində yeni perspektivlər meydana çıxır. Bu ilin 29 may tarixində cənab Prezident İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur nazirinin başçılıq etdiyi

nümayəndə heyətini qəbul etdiyi zaman bir daha Azərbaycan-Türkiyə əməkdaşlığının strateji əhəmiyyət kəsb etdiyini və iqtisadi sahələrin qarşılıqlı şəkildə əlaqələndirilməsinin vacib olduğunu bildirmişdir.

Əzəldən davam edən bu qardaşlıq bundan sonra daha sıx əməkdaşlıqla irəliləyəcək. Biz hər zaman bunun şahidi olmuşuq və şahidi olmağa da davam edəcəyik.

Asya Əliyeva,

Salyan rayon Qardili kənd tam orta məktəbin müəllim
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər