Təhsil nazirliyi dövlət siyasətinə qarşı - Bu dəfə TƏLƏBƏ İTTİHAM EDİR...
Sosial
Oxunub: 325
5 iy 2021 | 19:53
Təhsil nazirliyi dövlət siyasətinə qarşı - Bu dəfə TƏLƏBƏ İTTİHAM EDİR...


Azərbaycanın müstəqillik əldə etməsindən sonra idmanın daha da inkişaf etməsi Azərbaycanı dünyaya tanıdan sahələdən biri olmuşdur. “Formula 1”, “2015 Avrupa Oyunları”, “2017 İslami Dayanışma Oyunları” kimi nüfuzlu yarışların ölkəmizdə keçirilməsi, müxtəlif ölkələrdən ölkəmizə gələn turist axını iqtisadiyyatın inkifafında, qeyri-neft sektorunun artımında mühüm rol oynamışdır. Bu cür yarışların keçirilməsində idarə heyəti içərisində birinci illərdə xarici mütəxəssislər çoxluq təşkil etsə də, zaman keçdikcə azərbaycanlı mütəxəssislərin sayı artmışdır. 2017-ci ildə yaradılan İdman Menecmenti və Kommunikasiyası ixtisası bu sahədə bilikli mütəxəssislərin yetişdirilməsində yaxşı addım oldu. Amma Azərbaycanın idmanda 26 il ərzində olan fəaliyyəti, yaradıla İdman Kompleksləri, Olimpiya Kompleksləri, İdman klublarının idarə edilməsi üçün bu addımın çox gec olduğunu görürük.
Bu il idman menecmenti və kommunikasiyasının ilk tələbələri Azərbaycan Dövlət İdman və Bədən Tərbiyəsi Akademiyasının məzunları oldular. Bəziləri magistr təhsili almaq üçün imtahan verdilər və 29 iyundan 5 iyula qədər olan ixtisas seçimi mərhələsində Təhsil Nazirliyinin hansı ixtisasları yaza biləcəklərinə icazə verildiyini öyrəndilər. İxtisas seçimində yardımçı olmaq üçün Magistr 3 və Magistr 4 jurnallarından istifadə olunur. Magistr 3 jurnalında bakalavr ixtisası üzrə neçənci magistr proqramından yaza biləcəyimizi öyrənirik. Magistr 4 jurnalında isə həmin proqrama aid olan ixtisaslar yazılır. Jurnal 3-də idman menecmenti və Kommunikasiyası ixtisasına aid olan ixtisaslar 26-cı proqram olaraq göstərilməsinə baxmayaraq seçə biləcəyim ixtisasların 20% təşkil edir qalan ixtisaslar isə MBA – a daxil olan bütün ixtisasların seçə biləcəyi yerlər təşkil edir. Amma bir çox fakultəyə baxsaq seçilmiş olan proqrama uyğun ixtisasların çoxunu seçmək olar. İdman menecmenti üzrə seçilə biləcək ixtisaslar arasında Azərbaycan Texniki Universiteti Menecment (maşınqayırma üzrə), Azərbaycan Tibb Universiteti Menecment (səhiyyə üzrə), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Menecment(kino və televiziya sahəsi üzrə), (muzey və qalereya sahəsi üzrə), (teatr sahəsi üzrə), (musiqi sahəsi üzrə), Milli Aviasiya Akademiyası Menecment (mülki aviasiyada) kimi olduğu halda Azərbaycan Dövlət İqtisad Universitetində olan Menecment (Strateji idarəetmə), Menecment(Heyətin idarə edilməsi), Menecment(İnnovasiyaların və layihələrin idarə olunması) kimi ixtisaslar seçilə biləcək ixtisaslar arasına salınmayıb. Və hələ bir çox bu cür məntiqi əlaqəli ixtisasların, həmin fakultəyə semestrlər ərzində keçirilən fənlərə aid olan ixtisasların seçilə bilinməməsi çox yalnışdır. Fakultə üzrə seçilə biləcək ixtisasların hamısı qalan iqtisadiyyat, maliyyə, marketinq və s. ixtisaslarınında seçə bilməsi magistra daxil olmada çətinlik yaradır.
Keçirilən fənlərin 60 faizinin idmanla bağlıdır amma seçə bilinəcək heç bir ixtisas idmanla əlaqə yoxdur.Təhsil Nazirliyinin fakultəyə aid dərsləri düzgün bölə bilməməsi, əsas əhəmiyyət daşıyan fənnlərin (menecment, kommunikasiya) yalnız bir semestr keçirilməsi, müəllimlərin bu səbəbdən fənni tam bitirə bilməmələri təhsildə yarımçıqlığa gətirib çıxarır. Əlaqəli bir çox fənnin proqrama salınmaması onun yerinə Azərbaycan Dövlət İdman və Bədən Tərbiyyəsi Akademiyasında əvvəldən keçirilən fənnlər , olan müəllimlər hesabına dərslərin keçirilməsi bu ixtisası akademiyada olan başqa fakultələrdən fərqləndirmədi. Azərbaycanın milyardlarla yatırım etdiyi idman sektorunun bu cür səmərəsiz planlanması gələcək dövrlərdə lazım olacaq kadrların yaxşı yetişdirilməməsinə gətirib çıxardır.

Xantural Şərəfxanlı, Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasının məzunu
//rublika.az//
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA