Elman Rüstəmov kimi eşidir? - Əgər Prezidenti eşitmirsə...
Sosial
Oxunub: 325
25 in 2021 | 19:45
Elman Rüstəmov kimi eşidir? - Əgər Prezidenti eşitmirsə...


Bu şəxsiyyət vəsiqəsinin sahibi şərəfli zabitdir. Aprel döyüşlərində, Tovuz döyüşlərində, 44 günlük Vətən Müharibəsində əvvəldən sona qədər öndə gedib, vuruşub.
Dəfələrlə yaralanıb, hər dəfə də tibbi yardım aldıqdan sonra özü yenidən döyüşə qayıtmaqda israr edib, qayıdıb, qaldığı yerdən savaşmağa davam edib. Füzulinin, Cəbrayılın, Qubadlının azad olunmasında iştirak edib. İndi də Qubadlıda xidmət edir. Polkivnik-leytenant Elşən Umarovu şəxsən və yaxından tanıyıram. Vətənə, dövlətə sadiq, peşəkar zabitdir.

O, Qəbələdə doğulub-böyüyüb, oxuyub zabit olub. 44 günlük savaşda Cəbrayılı alıb bizə verib, amma Cəbrayılda doğulub-böyümüş Elman Rüstəmovdan kredit ala bilmir; Mərkəzi Bank onun adını problemli müştərilər siyahısına salıb. Səbəb də Elşən Umarovun Qarabağda vuruşan zaman kredit ödənişlərini gecikdirməsi və Unibank Kommersiya Bankının ona gecikmə yazması olub. Müharibə dayandıqdan sonra Elşən Umarov gəlib gecikmiş borclarını ödəyib; hərçənd Prezident İlham Əliyev banklara tövsiyə etmişdi ki, Vətən Müharibəsi iştirakçılarının həmin döyüşlər gedən müddətdə kredit ödənişlərini o döyüşçülərə bağışlasınlar. Amma… yox! Elşən Umarov öz canını Vətən üçün əsirgəmədiyi halda bankirlər ondan pulu əsirgəyir.

Bəli, bu zabit övladının xeyir işi üçün banklardan kredit istəyir. Deyir: “Mənə pul satın”. Əməkhaqqı da yüksəkdir, ödəmə qabiliyyəti də var. Ancaq ona “problemli müştəri” adı qoyublar. Elman Rüstəmov, vicdan da yaxşı şeydir! Bu zabit 30 illik bir problemi həll etmək üçün canını əsirgəməyib; Sizin Cəbrayılınızı, mənim Füzulimi azad edib bizə qaytarıb. Qarabağı bizə qaytaran adam sizin kreditinizimi qaytarmayacaq?! Bu nə Allahsızlıqdır?! Unibank səhv edib, adama gecikmə yazıb; sanki zabit Umarov Cəbrayılın düzündə, o mərmilərin altında bankomat tapıb kredit aylığı ödəyəcəkmiş! Bu məntiqsizliyi və insafsızlığı Mərkəzi Bank davam etdirir. Bu şəxs Elman Rüstəmova demir ki, çoxsaylı villalarından birini satıb ona versin. Adam deyir: “Lütfən, bu soyğunçu 27 faizinizlə mənə pul satın”. Cavabları bu olur: “Problemlisən”. Vətəni üçün qanını verənə bu münasibəti göstərənlərə daha nə deyəsən?! Pul üçün bəlkə də Vətəni satarlar.

Bahəddin Həziyev, //Bizimyol.info//
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi