ŞOK! İlhamə Quliyevaya qəsd edildi, köməkçisi saxlanıldı — ÖZƏL
Sosial
Oxunub: 2 305
16 okt 2015 | 07:33
ŞOK! İlhamə Quliyevaya qəsd edildi, köməkçisi saxlanıldı — ÖZƏL

















Bir neçə gün öncə xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Bəylərqızını (Hüseynova) işdən uzaqlaşdırması ilə bağlı məlumat yayıldı.Mətbuat katibi Faiq Ələkbərlinin yaydığı açıqlamada bir məqam xüsusilə diqqət çəkirdi:

"Xalq artisti sənət adamlarının, KİV nümayəndələrinin nəzərinə çatdırır ki, M.Hüseynovanın ona heç bir aidiyyəti yoxdur. Onun köməkçi kimi bütün səlahiyyətləri əlindən alınıb. M.Hüseynovanın işindən uzaqlaşdırılmasının səbəbləri yaxın günlərdə ətraflı şəkildə açıqlanacaq".

Görəsən niyə İlhamə Quliyeva ilyarım işlədiyi köməkçisini işdən uzaqlaşdırmaq qərarına gəlib? Sənətkar Ölkə.az-a müsahibəsində bu barədə şok açıqlamalar verib.

- İlhamə xanım, köməkçinizi niyə işdən uzaqlaşdırdınız, səbəb nə idi?

- Ağır və təhlükəli bir həyat yaşayıram. Çünki ilyarımdır Mehriban Bəylər qızı Hüseynova mənim evimdə köməkçi kimi çalışıb. Bu yaxınlarda məlum olub ki, köməkçi Mehriban mənim adımdan vəsiyyətnamə yazdırıb, imza çəkib. Evimi, əmlakımı, hər şeyimi öz əlinə keçirmək istəyən bir vəsiyyətnamə ilə tutulub. O, məni zəhərləmək, damarıma zəhərli iynə vurdurmaq, huşumu dağıtmaq üçün psixotrop dərmanlar sifariş verib. Həmçinin evimdən külli-miqdarda zinyət əşyalarını oğurlayıb. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinə rəsmi surətdə müraciət etmişəm, faktları, səs yazılarını təqdim etmişəm. Evimdə cürbəcür xoşagəlməz, biabırçı düyünlər, fal zir-zibilləri var. Guya bu kartabaxandır. Bizdə onun səs yazmaları var. O səs yazmalarında məni öldürmək üçün dərmanlar istəyir. Evimdən də xeyli zəhərli dərmanlar tapılıb və polisə təhvil verilib. Dəfələrlə polis əməkdaşları gəlib məndən izahat alıb. Bildirdilər ki, guya onu həbs edib Kürdəxanası həbsxanasına göndəriblər. Mən də rahat oturmuşam ki, bu həbs olunub. Bilirəm ki, bu gözəl dövlətimin vətəndaşıyam, ödüllərimin, zəhmətimin çox sağ olunu görən adamam. Arxayınam ki, dövlətim məni qoruyur. Ancaq belə olmadı. Dünən gecə bağdan qayıdanda 99 cj-832 dövlət nömrə nişanlı ağ "Chevrolet" maşında Xatirə adlı rəfiqəsiylə qarşıma çıxdılar. Biz onları saxladıq ki, onu maşından düşürək. Ancaq səs-küy salıb bütün insanları ora yığdılar. Bu məqamda Mehribanın həyat yoldaşı olduğu deyilən Tofiq adlı bir şəxs üstümüzə hücum çəkdi. Dedim sənin şərəfsiz arvadın həbsxanada olmalıdır, o burada nə gəzir? Dedi ki, mən buraxdırmışam. Ardınca 90 zs-433 dövlət nömrə nişanlı qara "Ford" markalı avtomobili üstümüzə sürdülər. Həmin maşın da onlardan idi. Mehriban həmişə deyirdi ki, Tofiq heç vaxt heç yerdə işləməyib, alfonsdur. Ailəmin üstünə hücum çəkirdilər ki, hüquq-mühafizə orqanlarındanıq. Məni görən kimi başladılar üzr istəməyə. Maşınlara minib qaçdılar. Gecə "102" xidmətinə zəng vurduq. Orada heç kim heç kimi döymədi. İstəyirdim ki, onu polisə təhvil verim.

- Bu hadisədən sonra polis gəlib sizdən izahat alıbmı?

- Bəli, üç dörd-dəfə məndən izahat alıblar. Bakı Şəhər Prokurorluğunun və Baş Polis İdarəsinin müstəntiqlərinə bir neçə dəfə izahat vermişəm. Oktyabrın 7-də Mehriban Hüseynovanı evimə çağırtdırdım. Əməliyyat qrupu da evimdə gözləyirdi. Onu elə evimdən götürdülər. Necə ola bilər ki, polis işçiləri mənim başımın altına yastıq qoyurlar ki, biz onu Kürdəxanıya göndərmişik. Cənab prezidentə, Bakı Şəhər Prokurorluğuna, digər hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşıram.

- Nədən hiss etdiniz ki, o sizə xəyanət edir, həyatınıza qəsd etməyə hazırlaşır?

- Hər şey oğlumun dostunun sayəsində açıldı. Oğlumun dostuna çox inanıb, bütün sirlərini açıb. Oğlumun dostu isə onun bütün dediklərinin səsini yazıbmış. Yenicə işə başlayan vaxtlarında onu bir qulluq üçün göndərmişdim. Gedib həmin oğlanla görüşüb, deyib ki, zəhər axtarıram. Oğlan deyib zəhəri neyləyirsən? Barəmdə xoşagəlməz ifadələr işlədib və deyib ki, onu zəhərləyib öldürmək istəyirəm.

- Oğlunuzun dostu olduğunu bilmirdi?

- Bilib, amma oğlan özünü ona elə göstərib ki, bu inanıb. Deyib İlhaməni öldürən kimi maşının açarını sənə verəcəyəm, bağı, evləri bizim olacaq, böləcəyik. Oğlan görüb ki, bu cəfəng şeylər danışır, hamısını yazıb. Hüquq-mühafizə orqanlarının qarşısına bütün bu faktları qoymuşuq. Oğurluq, dələduzluq, qəsdən adam öldürməyə cəhd maddələri ilə cinayət işi açılmalıdır. Deməli, bu vəsiyyətnaməni hazırlayıb, qalıb mənim imza atmağım. İmzaya görə evdəki pulumdan 2500 manat götürüb aparıb ki, saxta imzanı ora yazdırsın. Bu məqamda həmin işə baxan qadın bizə gəldi və dedi ki, bu belə işlər görür. Polisə hazır məsələni açıb vermişəm. Necə olur belə bir dövlətdə yaşayıram, bu qədər fəxri adlarım, ödüllərim var, amma mən qorunmuram, təhlükəsizliyim təmin olunmur? Məni bütün dərmanlarla pis günə qoyub, əl-ayağım yer tutmurdu. Gedib özümü müalicə elətdirəndən sonra deyirmiş ki, gündən günə yaxşılaşır, superləşir. Deyib İlhaməni əl-ayağından yox, ürəyindən öldürəcəyəm, yatan yerdə damarına hava buraxıb öldürəcəyəm.

- Hansı halda Mehriban Hüseynovanı bağışlamağınız mümkündür?

- Burada ölüm söhbəti olub, siz nə danışırsınız? Onu bağışlasam, Allah məni bağışlamaz. O məni öldürüb, xəstə salıb, canıma dərmanlar yeridib. Bu ilyarımda həmişə halsız olmuşam. On gündür onu evdən rədd edib, indi gözümü açmışam, adam olmuşam. Bu dəqiqə evimdən cadu təmizləyirlər. Divardakı şəkillərin arxası, yatağım içi... Bütün dostlarımı məndən uzaqlaşdırıb keyləşdirmişdi. On gündür özümü çox yaxşı hiss edirəm. Bir daha Bakı Şəhər Baş Polis İDarəsi barədə fikirlərimi demək istəyirəm.Məni aldadıblar. Vəkilimlə və ailəmlə mətbuat konfransı keçirəcəyəm. Bizim dövlətimizə, dövlət başçımıza, polis orqanlarımıza, baş prokurora müraciət edirəm. O oğrunu, dələduzu, yerində oturtmaq lazımdır. Hansı haqla, hansı qanunla onu sərbət buraxıblar? Bu işin obyektiv həll olunmasını istəyirəm və dövlətimə inanıram. Ölənədək əl çəkən deyiəm. İlyarım ölümlə çarpışmışam, əzrayılı sinəmin üstündə saxlamışam. Bu iş belə qala bilməz.

İntiqam VALEHOĞLU
Bu gün, 16:00
Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər - Diqqətli olun!
Bu gün, 15:30
Kreditlə həccə getmək olar? — AÇIQLAMA
Bu gün, 14:22
Tehrandan Ağ Evə xəbərdarlıq: Bu halda, ABŞ-ni təslim olmağa məcbur edəcəyik
Bu gün, 13:30
Bakı-Tbilisi xətti yenidən işə düşür - Ailələr daha rahat görüşəcək
Bu gün, 13:25
Şuşa və Trabzon şəhərləri qardaşlaşıb
Bu gün, 13:21
Bu il Şuşanın Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə köç olacaq
Bu gün, 13:16
Dünya Bankı: Bakı şəhərsalma baxımından olduqca gözəl inkişaf yolu keçib
Bu gün, 13:12
Sabah Bakıda 25 dərəcə isti olacaq
Bu gün, 12:50
Daşaltı turizm kəndi kimi fəaliyyət göstərəcək
Bu gün, 12:47
Pakistandan şok addım: Səudiyyə Ərəbistanına ordu, qırıcı təyyarələr yerləşdirdi
Bu gün, 11:50
Traktoru arxaya verərkən - Anasının ölümünə səbəb oldu
Bu gün, 11:21
Şuşa-Xankəndi kanat yolu nə vaxt istifadəyə veriləcək? - RƏSMİ AÇIQLAMA
Bu gün, 11:16
Azərbaycanın Milli Qəhrəmanı İqor Kşnyakinin doğum günüdür
Bu gün, 10:46
Müctəba Xameneinin səhhəti ilə bağlı rəsmi açıqlama: Görünüşü eybəcər hala düşməyib
Bu gün, 10:31
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur
Bu gün, 10:00
Prezident 15 əsr əvvəl çəkilmiş kanalizasiya sistemini nümunə göstərdi
Bu gün, 09:39
Prezident: Təchizat zənciri baxımından Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir
Bu gün, 09:33
İlham Əliyev: WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir
Bu gün, 09:29
İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib
Bu gün, 09:00
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir? - Rəsmi açıqlama
Dünən, 16:51
İlham Əliyevlə xanımının tədbirdən - FOTOLARI
Dünən, 16:00
Ermənistan Azərbaycana əsgər göndərəcək? – Paşinyandan “boğucu FƏND”
Dünən, 13:51
Dövlət başçısı: Son 20 ildə Bakıda 100-dən çox park və bağ salınıb
Dünən, 13:47
İlham Əliyev: Azərbaycan öz tarixi irsini qoruyub saxlayır
Dünən, 13:42
İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurda 5 yeni tunel tikiləcək
Dünən, 13:26
İlham Əliyev: WUF13-də 45 mindən çox şəxs qeydiyyatdan keçib
Dünən, 12:55
Yağıntılar aylıq normanın 589%-ni təşkil edib