İnam Kərimov dövlətin pullarını BELƏ YANDIRIR... - İLGİNC FAKTLAR
Sosial
Oxunub: 326
21 in 2021 | 19:46
İnam Kərimov dövlətin pullarını BELƏ YANDIRIR... - İLGİNC FAKTLAR


Məlum olduğu kimi, qədim ənənələrə söykənən baramaçılığın və ipəkçiliyin bərpası kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Ölkədə ipək məhsullarının istehsalı, tədarükü və emalı sahələrində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, ənənəvi baramaçılıq rayonlarında barama istehsalının və emalının dəstəklənməsi üçün 2016-cı ildən başlayaraq zəruri tədbirlər görülür.

Bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensialının artırılmasına və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilmiş ayrıca dövlət proqramı da qəbul edilib. 2018-2025-ci illəri əhatə edən bu proqrama uyğun olaraq ipəkqurdları üçün yem bazasının genişləndirilməsi, yeni tut (çəkil) bağlarının salınması üçün 2016-18-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından calaq olunmuş yüksək yarpaq çıxımına malik, iqlim şərtlərinə davamlı 3,5 milyon ədəd tut tingi gətirilib.

Bunun üçün büdcədən milyonlarla manat vəsait ayrılıb. Nazirlik tut tinglərini müəyyən olunmuş bölgülər üzrə rayonlarda baramaçılıq sahəsində fəaliyyət göstərən fermerlərə pulsuz paylandığını açıqlayıb.

Hər şey də elə bu məsuliyyətsiz qərardan başlayıb.

infom.az-a daxil olan məlumata görə yerlərdə tut bağlarının salınması və onlara qulluq göstərilməsi işi yarıtmaz təşkil olunub, baxımsızlıqdan on minlərlə ağac yanıb.

Qəribədir ki, tinglərin təhvil verildiyi şəxslərlə heç bir müqavilə bağlanmayıb, bağların salınması və ağaclara qulluq üçün həvəsləndirici tədbir görülməyib. Və bu tinglərə görə kiminsə üzərinə məsuliyyət və öhdəlik qoyulmayıb.

Tingləri qəbul edən fermerlər onlara biganə yanaşıb, bəziləri bilməyərəkdən aqro-texniki qaydada qulluq göstərməyib, yanan və yaxud xeyir verməyən təqdirdə torpaq sahəsindən çıxararaq kənara atıb.

infom.az-a daxil olan məlumatda qeyd olnur ki, təkcə 2018-ci ildə İmişli rayonundan olan iş adamı Əvəz Şükürova pulsuz olaraq 30 min ədəd tut tingi verilib.

O da sənəd üzərində guya tut bağı salmaq üçün İmişli rayonunun Qaralar belədiyyəsi ərazisində icarəyə 2 ha torpaq sahəsi götürüb.

Rayonun Cavadxanlı kəndində əkilən tinglərə sonrakı vaxtlarda qulluq göstərilmədiyindən onların çoxu yanıb məhv olub, ipəkqurdunun yox, iri buynuzlu heyvanların yeminə çevrilib.

Rayonun Sarıxanlı kəndində salınmış tut bağı da oxşar aqibəti yaşayıb.

Kənd təsərrüfatı Nazirliyi isə ölkədə intensiv tipli tut bağlarının salınmasının təmin olunduğunu deyir.

Qeyd edək ki, 2016-cıildən başlayaraq barama istehsalında artım müşahidə edilib. 2019-cu ildə ölkədə 641 ton yaş barama tədarük edilib.

Gözləmək olardı ki, Çindən gətirilmiş tinglərlə yeni salınmış bağlar hesabına sonrakı illərdə məhsul istehsalı daha da artacaq.

Lakin 2020-ci ildə 446 ton məhsul tədarük edilib ki, bu da əvvəlki (2019-cu) ildəkindən 30% azdır. Cari il də kümçülər ipəkqurdlarına verməyə yemi çətinliklə tapmaqlarından şikayətləniblər.

Bağ olmamağına görə ictimai yerlərdəki ağaclar da kəsilib. Dövlət Proqramında 2025-ci ildə yaş barama istehsalının 6 min tona çatdırılacağı açıqlanıb.

Yem bazasının yarıtmaz təşkilinə görə mütəxəssislər bunun mümkün olmayacağını iddia edirlər.
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Dünən, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Dünən, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Dünən, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Dünən, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Dünən, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”