“ASK Ayaqqabı Fabriki” MMC-də şübhəli tenderlərin sayı artır - FAKT ORTADADIR!
Sosial
Oxunub: 409
21 in 2021 | 20:43
“ASK Ayaqqabı Fabriki” MMC-də şübhəli tenderlərin sayı artır - FAKT ORTADADIR!


“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Prezident İlham Əliyevin 6 noyabr 2017-ci il tarixli Fərmanından sonra“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsis edilmiş onlarla sənaye müəssisələrindən biri də “BOT” Ayaqqabı Fabrikinin bazasında yaradılmış “ASK Ayaqqabı Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Kifayət qədər maddi-texniki bazası olan “ASK Ayaqqabı Fabriki” MMC-nin Azərbaycanda əhalinin ayaqqabıya olan tələbatını ödəyə bilmədiyini uzaqdan deyil,daxili bazardan görmək mümkündür. Bu gün Azərbaycan bazarlarını Çin və Türkiyə istehsalı olan ayaqqabiların doldurması da heç kimə sirr deyil. Qeyd edək ki,açıq internet resursları üzərindən apardığımız araşdırmalar zamanı “ASK Ayaqqabı Fabriki” MMC-nin istehsal etdiyi ayaqqıbalar barədə o qədər də dolğun məlumatlar əldə edə bilmədik. Xüsusilə vurğulamaq istərdik ki,10 milyon manata yaxın nizamnamə kapitalı olan MMC-nin sadə bir veb-səhifəsi belə yoxdur.”Azərbaycan Sənaye Korparasiyası”Açıq Səhmdar Cəmiyyətin rəsmi portalında isə fabrikin fəaliyyəti barədə çox qısa məlumat yerləşdirilib.Orada yerləşdirilən məlumatlara görə fabrik Azərbaycanda güc strukturları əməkdaşlarının,hərbi qulluqçuların qış-yay ayaqqabıları ilə təmin edir. Araşdırmalar zamanı onu da əldə edə bildik ki, MMC hər il bu məqsədlərlə milyonlarla manat xərcləyir. Lakin araşdırmalarımız zamanı 2019-2020-ci illərdə nə AR DİN-in Təchizat İdarəsi, nə AR DİN-nin Daxili Qoşunları,nə AR Dövlət Sərhəd Xidməti nə də AR Xüsusi Dövlət Mühafizə Xidmətinin “ASK Ayaqqabı Fabriki” MMC-nin istehsal etdiyi ayaqqabılara dövlət sifarışi verməmiş, satınalma yolu ilə başqa şirkətlərin xidmətlərindən istifadə etmişlər.

Aktualinfo.org xatırladır ki,13.08.2020-ci il tarixdən 29.03.2021-ci il tarixə qədər,yəni bir il ərzində üzlük xrom və astarlıq dəri satınalmaları üzrə “ASK Ayaqqabı Fabriki” MMC ilə “Seyfulla & Kövsər” MMC arasında ümumi olaraq 5 544 366 manat dəyərində müqavilə bağlanmışdır. Bu o deməkdir ki, fabrik sifarişlər verir,xammal alır. Bəs onda “ASK Ayaqqabı Fabriki” MMC-nin istehsal etdiyi mallar ortalıqda niyə görünmür? Ümumiyyətlə bu MMC ayaqqabı istehsal edirmi? Edirsə harada satılır? Maraqlıdır MMC istehsal etdiyi ayaqqabıların niyə məhz güc strukturları tərəfindən alınması barədə don geyindirilir? Amma dövrü mətbuatın yazdığına görə bir neçə il əvvəl hərbi və xüsusi təyinatlı ayaqqabıların dövlət sifarişi ilə alınmasına dair keçirilən tenderlərin əksəriyyətinin qalibi məhz “ASK Ayaqqabı Fabriki” MMC-nin sələfi “BOT” MMC olub.İndi yox,bir neçə il əvvəl.

“ASK Ayaqqabı Fabriki” MMC-də işlərin heç də ürəkaçan olmadığını, son tender yolu ilə ayırdığı pulların havaya uçurulduğunu bir neçə kotirovka sorğusunun nəticələrindən də görmək mümkündür. MMC-nin tender yolu ilə ayrımış olduğu vəsaitlərin bir qismini diqqətinizə çatdırırıq.

Elektrik mallarının kotirovka sorğusu üsulu ilə satın alınmasını üzrə 16 942.79 manat məbləğində satınalma müqaviləsi 16.06.2021-ci il tarixdə “HERMES ZF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.

Ehtiyat hissələrinin kotirovka sorğusu üsulu ilə satın alınmasını üzrə 47 082.42 manat məbləğində satınalma müqaviləsi 16.06.2021-ci il tarixdə “HERMES ZF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “HERMES ZF” Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.08.2018-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, AYNA SULTANOVA,ev 60,m.M2, M1, qanuni təmsilçisi kimi isə Hüseynov Murad Rafiq oğlu qeyd olunub. Müqavilənin bağlandığı günə MMC-nin 29401.23 manat vergi borcu olub.

“ASK Ayaqqabı Fabriki” MMC-də şübhəli tenderlərin sayı artır - FAKT ORTADADIR!


Maraqlıdır,“ASK Ayaqqabı Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinin Tender Komissiyyası hara baxıb. Burada ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi borcu olmaması barədə saxta arayış verib,ya da sözügedən komissiya borcu görməzdən gəlib. Axı 29 401.23 manat vergi borcu olan MMC ilə 64 025 manat məbləğində satınalma müqaviləsini necə bağlamaq olar. Qeyd edək ki, vergi borcu olan podratçıların tender və ya kotirovka sorğularında iştirakının yolverilməz olduğu “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda açıq aydın göstərilib. Belə çıxmırmı ki,“ASK Ayaqqabı Fabriki” MMC-nin Tender Komissiyası sözügedən qanunu saymır?

Qeyd edək ki,”ASK Ayaqqabı Fabriki” MMC tərəfindən keçirilmiş bir çox tenderlərin nəticələri barədə məlumatların çoxunun ictimaiyyətdən gizlədildilməsi ehtimalları da var. Həmçini “HERMES ZF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “ASK Ayaqqabı Fabriki” arasında bağlanılan müqavilələrin bir çoxunun nəticələri. Onlardan yalnız birinin, ehtiyyat hissələrinin alınması üzrə 30.10.2020-ci il tarixdə də 58 658.73 manat məbləğində satınalma müqaviləsi bağlanması barədə məlumatlar satınalmaların vahid elektron portalında yerləşdirilib.

Qeyd etdiyimiz kimi “HERMES ZF” Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırkı günə 29 401.23 manat vergi borcu mövcuddur. 2018-ci ilin avqustunda dövlət qeydiyyatına alınmış bu MMM-nin bu qədər borcu haradan əmələ gəlib? Acınacaqlı da olsa bildirməliyik ki,“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin strukturuna daxil “ASK Ayaqqabı Fabriki” və “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-lərlə bağlanmış müqavilələrdən sonra göstərilən xidmətlərə görə vergiləri ödəməməsindən. Bu isə o deməkdir ki, MMC birbaşa da olmasa, dolayısı yollarla “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyyətinin üzvlərindən birinə bağlıdır. Elə “Seyfulla & Kövsər” MMC də. Çünki bu MMC ilə bağlanan müqavilələrdə də şübhəli məqamlar çoxdur.

Aktualinfo.org
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Dünən, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Dünən, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Dünən, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Dünən, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Dünən, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”