İnam Kərimov fermerləri EŞİDƏCƏKMİ? - GİLEY
Sosial
Oxunub: 302
21 in 2021 | 22:50
İnam Kərimov fermerləri EŞİDƏCƏKMİ? - GİLEY


Tovuz rayonunun aran hissəsində kartofçuluqla məşğul olan fermerlər bu il bol məhsul götürməyi planlayırlar. Onlar bir neçə ildir suvarmada çətinliklərlə qarşılaşdıqlarından, bunun məhsuldarlığa mənfi təsiri ilə üzləşiblər. Bu il isə hava yağmurlu keçdiyindən suyun bol olduğunu deyirlər. Hazırda son suvarmaları həyata keçirilən bu bitkinin bir neçə gündən sonra yığımına kütləvi şəkildə start veriləcək. Lakin son suvarma bitməmiş fermerlərin məhsulu sata bilməmək narahatlığı artıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri kartof əkini ilə məşğul olan fermerlərin sahələrində olaraq kartofun vəziyyəti ilə maraqlanıb.

40 ildir kartofçuluqla məşğul olan fermer Atakişi İmaməliyev ilkin suvarmada su qıtlığı ilə üzləşsələr də, hazırda bu sahədə çətinlik olmadığın dilə gətirib:

"Suvarmada ilk dövrlər suyun qıtlığından çətinlik çəkdik. Kartof elədir ki, gərək həftədə bir dəfə suvarıla. Belə olduqda, həm məhsuldarlıq yüksək olur, həm də məhsul keyfiyyətli. Gecikdirildikdə isə ikinci böyümə əmələ gəlir və kartof formasını itirir. Nəticədə satışa ziyan verir, alıcılar yöndəmsiz məhsulu almaq istəmirlər. Bu səbəbdən kartof sahələri çox olduğundan, suya da böyük tələbat yaranır. Şükürlər olsun ki, bu il yağıntı normadan da artıq oldu və bu vəziyyətdən fermerlər çıxa bildi".

Fermerin bildirdiyinə görə səpinin aparılma vaxtından asılı olaraq, mayın 15-dən etibarən ilk suvarma həyata keçirilir. Məhsul yığılana qədər isə vəziyyətdən asılı olaraq 6, bəzən 8 dəfə ümumilikdə su verilməli olur. Hazırda son suvarma işini aparan fermer ehtiyac olsa bir neçə gündən sonra bir dəfə də kartofu suvarmağı düşünür.

Fermer aran kartofçuluğunda ən böyük çatışmamazlığın toxumçuluqla bağlı olduğunu söyləyib:

"Çalışırıq bu toxumları özümüz istehsal edək. Bu, bizim üçün ucuz başa gələr və mənfəətimizə xeyli təsir göstərə bilər. Lakin əlimizdə toxumçuluq üçün lazımi imkanlar olmadığından öz məhsulumuzdan lazımı qədər toxum götürə bilmirik. Öz toxumumuzu əkdiyimiz sahələr isə o qədər də məhsuldar olmur. Dövlətin dəstəyi ilə öz məhsulumuzdan toxum götürmə işini təkmilləşdirsək, gələcəkdə daha az xərclə daha çox məhsul götürə bilərik".

Böyük kartof sahələri olan fermerlər suvarma işini təcrübəli suçulara gördürürlər. Bir hektarı suvarmaq üçün fermer 40 manatından keçməli olur. Bir çox təsərrüfatçı isə əlavə xərcdən qaçmaq üçün öz sahələrini özü suvarır.

Təsərrüfatçı Vüqar Abdullayev sonuncu suvarmasını aparır. Suvarmada çətinlikdən çox onu alıcı tapa bilməməsi narahat edir:

"İki hektar 20 sot sahədə kartof əkmişəm, hazırda 7-ci dəfə suvarıram. Bu il suvarma yaxşı olub. Yeganə problemimiz kartofun satışı ilə bağlıdı. Kartof istidə çox qalmadığından, yığımdan öncə alıcı gəlib məhsulun behini verir, hazır məhsulu götürməyə boyun olur. Sahədən çıxarıldıqca, kisələrə götürürlər. Lakin bu il kartofun çıxarılmasına sayılı günlər qalıb, amma hələ heç bir alıcı gəlib kartofla maraqlanmayıb".

V.Abdullayev məhsulun sahədə satılmamasının əlavə xərclərə səbəb olduğunu deyib:

"Məhsulu sahədə sata bilməsək, əlavə xərcimiz çox olur. Soyuducuya qoymalıyıq, setka almalıyıq, yerləşdirmək üçün fəhlə tutmalıyıq. Ona görə də sahədə satmaq ən gözəl alverdir. O da ki, alıcımız yoxdur".

Bu il Tovuzda təxminən 6 min hektara qədər sahədə kartof əkilib. Kütləvi məhsul yığımına isə çox az vaxt qalıb.
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”