Şahin Mustafayev və Zaur Mikayılov Kəlbəcərə neçə günə və kimin pulu ilə gediblər? - ŞOK FAKT
Sosial
Oxunub: 441
19 in 2021 | 18:51
Şahin Mustafayev və Zaur Mikayılov Kəlbəcərə neçə günə və kimin pulu ilə gediblər? - ŞOK FAKT


Azərbaycanın Qarabağ və ətraf rayonlarının erməni işğalından azadlığı hökumətin və millətin üzərinə yeni, böyük və çağdaş məsuliyyət yükü qoyur. Prezident İlham Əliyevin rəhbərliyi, şəhid və qazilərimizin qanları hesabına işğal altındakı torpaqlarımızın azad edilməsindən artıq yarım il ötür. 44 günlük Vətən müharibəsi gedişində şəhər və kəndlərimizin düşməndən təmizlənməsi ilə bağlı xoş müjdələr indi də düşmənin 30 il ərzində viran qoyduğu əzəli-əbədi yurdlarımızın, hər bir kəndimizin belə dirçəlişi yönündə görüləcək tədbirlərin sevinci ilə davam edir.

"Demokratik.Az" bildirir ki, özünün inzibati ərazi böyüklüyünə görə Azərbaycanda birinci olan, təbii sərvətlərilə və zəngin təbiətilə seçilən, kənd təsərrüfatının inkişafı üçün mühüm perspektivlərə sahib olan Kəlbəcər rayonu da böyük diqqət və qayğıya ehtiyac duyur. Ölkə rəhbərinin xüsusi tapşırığı ilə hökumət rəsmilərinin Kəlbəcərə səfərlər etmələri, Kəlbəcərli məcburi köçkünlərin tezliklə öz doğma yurdlarına qayıtmaları istiqamətində plan və təhlillər aparmaları da nəzərə çarpır. Lakin, Kəlbəcərə səfərlərin heç də hamısı prezidentin etimad etdiyi iri dövlət məmurları tərəfindən uğurlu və səmimi alınmır.
"Demokratik.Az"-ın əldə etdiyi məlumata görə, ötən ay Baş nazirimizin müavini Şahin Mustafayevin, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədri Zaur Mikayılovun və sonuncunun müavini Rafiq Aslanovun Kəlbəcərə səfər proqramı rəzilliklə yadda qalıb. Belə ki, heyətə başçılıq edən nazir müavini Şahin Mustafayev və qeyriləri protokol qaydalarının pozulmasına yol açan hərəkət və hərəkətsizlik ediblər.
Məlumata görə, mayın 18-də Bakıdan Kəlbəcərə səfər edən işçi heyəti gözlənilmədən Rafiq Aslanovun təkidli tələbilə birbaş Kəlbəcərə deyil, Göygöl Suvarma Sistemləri İdarəsinə təşrif buyurublar. İdarənin rəisi İlqar Məhərrəmovu yeni sədr Zaur Mikayılovun da hüzurunda xeyli tərifi mədhiyyələrdən sonra heyət "xüsusi qonaq" qismində yaxşıca yeyib-içiblər, standartlardankənar memarlıq üslubunda tikilmiş "akvarium" idarədə doyunca gərdiş edib Gəncədəki otellərin birində də gecələyiblər. Boşuna vaxt itirdikdən sonra, yalnız mayın 19-da isə Kəlbəcərdə görüləcək işlərə və nümayəndə heyətinin siyahısına heç bir aidiyyatı olmayan həmin "səxavətli" idarə müdirini də özlərilə götürüb Kəlbəcərə aparıblar.

Məlumatlı mənbənin bildirdiyinə görə, səfərin ardından dımbılıboy meliorator nümayəndə heyətinin ardınca danışaraq xeyli xərcə düşdüyünü, təkcə Göygöldə və Gəncədə deyil, "dostlarının" bütün maddi xərclərini Kəlbəcərdə də qarşıladığını dilə gətirib.

"Demokratik.Az" saytı dövləti ən üst səviyyədə təmsil edən Şahin Mustafayevi və qeyrilərini belə bayağı, ələbaxan davranışlarından dolayı şiddətlə qınayır. Subardinasiya qaydaları üzrə Meliorasiya ASC-nin tabeliyindəki bir korrupsioneri özlərinə "pul cüzdanı" edənlər görəsən anlayırlarmı ki, etdikləri dövlət ərkanına, prezidentin onlara etimadına açıq-aydın xəyanətdir? Öz vəzifə öhdəliklərilə Kəlbəcərə gedibən yolu burulub da "bulanıq çay suyundan" özlərinə dost tutmaq, hansısa melioratora pul xərclətdirmək də nə demək?! Gecə-gündüz Qarabağ və ətraf rayonların abadlığını düşünən, Şuşaya, Ağdama səfər edəndə nəfəsini belə dərməyən, bu yolda canını cəfa edən prezidentdən fərqli olaraq bəziləri Kəlbəcərə getməyi iki günlük turistik səfərə, adi əyləncəyəmi çevirməlidir? Hələ gedişlərinin hökumətə hansı mənada faydası toxundu, nə yazıb-pozublar, heç onu da bilmirik. Təəssüf...

Qoy Prezident Administrasiyası, baş nazir Əli Əsədov, hüquq mühafizə orqanları da araşdırsın görək, maddi maraqdan savayı axı hansı əhəmiyyətli səbəb Şahin Mustafayevi və ətrafını bir gün Kəlbəcərdən 80 km uzaqda saxlayıb, desinlər bilək, bəlkə 3 saat yol gəlib, Göygölə çatıb yorulmuşdular?
Bir də, İlqar Məhərrəmovun "şotu"na Kəlbəcərə gedib-gələnlər üçün büdcədən ayrılan və xərcləmədikləri ezamiyyə pulları əllərindən alınsa, özlərinə də töhmət verilsə digər məmurlara da görk üçün çox yaxşı olar...

Onu da xatırladaq ki, Göygöl SSİ-nin rəisi İlqar Məhərrəmov ölkənin meliorasiya sahəsində ən korrupsioner və qalmaqallı məmurlarından biri kimi tanınır. Amma görünür Rafiq Aslanov, Şahin Mustafayev və baş meliorator Zaur Mikayılov üçün o sadəcə "şedriy oğlan"dır...
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”