Talıbovdan Şimali Koreya ƏNƏNƏSİ... - Qanunla da XANIN ƏMRİNDƏDİR...
Sosial
Oxunub: 328
19 in 2021 | 23:39
Talıbovdan Şimali Koreya ƏNƏNƏSİ... - Qanunla da XANIN ƏMRİNDƏDİR...


Ötən gün “Şərq qapısı” qəzetinin sabiq Baş redaktoru Tural Səfərovun Naxçıvana çağırılaraq həbs olunması barədə yaydığımız xəbər jurnalistin əməkdaşlıq etdiyi Moderator.az tərəfindən də təsdiqlənib.

Ovqat.com xəbər verir ki, Moderator.az jurnalistin həyat yoldaşına istinadən yaydığı məlumatda Tural Səfərovun artıq 4 ay müddətində azadlıqdan məhrum edildiyi bildirilir.

Məlumatda deyilir:

Ötən gün jurnalist Tural Səfərovun Naxçıvana çağrılaraq həbs olunması barədə həyat yoldaşından aldığımız xəbərə inanmaq istəmədik. Bəlli oldu ki, ötən ay Naxçıvana gedib qayıtdıqdan sonra yazdığı hansısa fb statusuna görə onu Naxçıvanda məhkəməyə veriblər və T. Səfərov bundan çox gec xəbər tutub.

Talıbovdan Şimali Koreya ƏNƏNƏSİ... - Qanunla da XANIN ƏMRİNDƏDİR...


1. Bildiriş göndərilməyib.

2. Sən demə, 21.05.2021 ci ildə məhkəməyə şikayət olunub.

3. 25.05.2021- ci ildə hazırlıq iclası və baxış iclası olub (iki iclas) , 27.05 2021 – ci ildə növbəti baxış iclası olub. Ancaq bunların heç birindən T. Səfərovun xəbəri olmayıb.

4. Turala iyunun ikisində telefon zəngi ilə deyilib ki, məhkəməyə gəlin. O, isə Bakıda yaşadığı ünvanı deyib və bildirişi tələb edib (hətta elektron formada da ola bilər deyib).İyunun 10- da isə deyilib ki, göndərə bilmərik. Özun gəl burdan götür. Ancaq T. Səfərov bilet tapa bilmədiyi üçün gedə bilməyib.

5. İyunun 14 isə Naxçıvandan zəng ediblər ki, polis gəlib sizi zorla aparacaq. Bileti də online formada özləri təşkil ediblər. İyunun 15-i üçün

6. Ayın 16-sı özü məhkəməyə gedib ittiham ərizəsini almaq üçün. Heç nə demədən həbs ediblər. Bütün hər şeyi əvvəlcədən sənədləşdiriblər, amma özünə və yaxınlarına verməyiblər.

7. Bu gün məhkəmədə ittiham ərizəsini veriblər oxuyub.

8. Cinayət Məcəlləsinin 147.1 maddəsilə dövlət məmurunu təhqir etdiyini deyiblər və barəsində məhkəmənin hökmü ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bütün bunlar T. Səfərovun xanımından dəqiqləşdirə bildiyimiz məlumatlardır.

Qeyd edək ki, 2017-ci ilə qədər Naxçıvanda müxtəlif vəzifələrdə çalışan T. Səfərov işlədiyi "Şərq Qapısı" qəzetinin baş redaktorluğundan ayrılaraq Bakıya gəlib. T. Səfərov "Azərxalça" ASC -nin əvvəlcə mətbuat katibi, sonra isə həm də İdarə heyəti sədrinin müşaviri olub.

Bir ay öncə qurumdakı işindən ayrılan T. Səfərov Moderator.az-la əməkdaşlıq etmək istədiyini bildirib və bir neçə müəllif yazısı ilə çıxış edib. Həmin yazılarda naxçıvanı, oradakı rəhbərliyin fəaliyyətini əməlli-başlı tərifləməyi də unutmayıb. Amma Moderator.az-la əməkdaşlığı uzun sürməyib. Baxmayaraq ki, onunla müqavilə bağlanaraq rəhbər vəzifə tutması da təklif olunub, o, təklifə Naxçıvana gedib döndükdən sonra cavab verəcəyini bildirərək möhlət istəyib. Mayın 14-də Ramazan bayramı münasibətilə valideynlərini ziyarət etmək üçün Naxçıvanda olub və qayıtdıqdan sonra özünə başqa iş axtarmaq istədiyini bildirib.

İstənilən halda biz Tural Səfərovu istedadlı bir jurnalist kimi tanıyırıq və ona qarşı baş verənləri anlamaqda çətinlik çəkirik. Yazdığı hansısa fb statusuna görə bir jurnalistin apar-topar həbs edilərək həbsxanaya atılmasının bizə və ictimaiyyətə bəlli olmayan səbəbləri barədə yəqin ki, gec-tez vəkili vasitəsilə məlumatlar əldə edəcəyik.

Mövzunu diqqətdə saxlayacağıq və həm həmkarlarımızdan, həm hüquq müdafiəçilərindən, həm də müvafiq dövlət qurumlarından məsələnin diqqətdə saxlanılmasını xahiş edirik.

Yeri gəlmişkən, bu gün 18 iyun - Ümumdünya İnsan Hüquqları günüdür. Belə bir gündə jurnalistin həbs edilməsi çox uğursuz bir təsadüf də hesab oluna bilər...

Xatırladaq ki, ötən gün Ovqat.com-un əldə etdiyi məlumata görə, Tural Səfərovu 2017-ci ildə Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunması xəbərini “Şərq qapısı” qəzetinin manşetindən verdiyinin qisasını almaq üçün göz altına alıblar. Həbsin bəhanəsi isə bir müddət əvvəl onun Naxçıvan aeroportu barədə yazdığı tənqidi status olub.

Həmin xəbəri bu linkdən oxuya bilərsiniz:

http://www.dia.az/8/298774-vasif-talibov-jurnalisti-nye-cezalandrd.html
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Dünən, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Dünən, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Dünən, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Dünən, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Dünən, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”