Dövlət Muzeyində illüstrativ tender - FAKT
Sosial
Oxunub: 402
14 in 2021 | 23:39
Dövlət Muzeyində illüstrativ tender - FAKT


Bir neçə gün öncə Milli Məclisdə çıxış edən Maliyyə naziri Samir Şərifov Mədəniyyət nazirliyinin fəaliyyətini ciddi tənqid etdi. Nazir çıxışında kino sahəsinə dövlət büdcəsindən yetərincə vəsait ayrılsa da, bu sahədə heç bir işin görülmədiyi bildirdi.

Samir Şərifovun çıxışında Mədəniyyət nazirliyinin konkret sahəsini nəzərdə tutsa da, səthi müşahidələr onu göstərir ki, bu qurumun bütün sahələrində ciddi maxinasiya halları mövcuddur.

Qlobal.az xəbər verir ki, nazirliyin tabeliyində olan təşkilatların sifarişçi olduqları dövlət satınalmalarının əksəriyyəi "otkad" formasında həyata keçirildiyi deyilir. DTX-nin 2020-ci ilin may ayında Mədəniyyət nazirliyində keçirdiyi əməliyyat zamanı iş üzrə dindirilən podratçı təşkilatlardan birinin, Piramida.FR MMC-nin rəhbəri Əlövsət Orucov tenderdə qalib olduğu üçün Mədəniyyət nazirliyinə 900 min manat "şapka" verdiyini bildirirdi.

Dövlət Muzeyində illüstrativ tender - FAKT


Anar Kərimov, Mədəniyyət naziri

Son zamanlar Mədəniyyət nazirliyinin rəhbərliyində dəyişikliklər aparılsa da, qurumun tabeliyində fəaliyyət göstərən bəzi təşkilatların sifarişçi olduqları satınalmalarda şübhəli məqamlar hələ də qalmaqdadır.

Qlobal.az xəbər verir ki, bu cür şübhəli satınalmalardan biri də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin sifarişi ilə cari ilin may ayının 20-də
həyata keçirilib.

Dövlət Muzeyində illüstrativ tender - FAKT
Dövlət Muzeyində illüstrativ tender - FAKT


Belə ki, Dövlət İncəsənət Muzeyinin sifarişçi olduğu "müxtəlif rəngli boya" lotu üzrə yekun vurulan tenderin məbləği 44.450 manat təşkil edib.

Sözügedən satınalmada "Kini Group" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

2 manatlıq şirkətlə 44.500 manatlıq müqavilə

Dövlət Muzeyində illüstrativ tender - FAKT


"Kini Group" MMC 2021-ci ilin fevral ayının 17-də təsis edilib. Şirkətin nizamnamə kapitalı 2 manatdır. Şirkətin hüquqi ünvanı Xətai rayonu, Elçin Əliyev ev 4 mənzil 0, qanuni təmsilçisi isə Quliyev Hikmət Nuru oğludur.

Şirkətin hansı profil üzrə fəaliyyət göstərdiyi, əlaqə telefonu, faktiki ünvanı barədə məlumatlar yoxdur.

"Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.

Belə olan təqdirdə, yəni maddi-texniki bazası, podratçı qismində iştirak etmək üçün hansı lisenziya və sertifikatlara sahib olması barədə məlumat verilməyən, yalnız 2 manat nizamnamə kapitalındsan ibarət olduğu görünən "Kini Group" MMC-nin hansı meyarlara əsasən R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin "müxtəlif rəngli boya" lotu üzrə sifarişçi olduğu satınalmada qalib elan edilməsi bir sıra sualları meydana çıxarır.

Dövlət Muzeyində illüstrativ tender - FAKT


Çingiz Fərzəliyev, Milli İncəsənət Muzeyinin direktoru

Maraqlıdır ki, Muzeylə şirkət arasında bağlanan müqavilənin üzrə alınacaq malların, həcmi, istehsal tarixi, istehsal olunduğu ölkə və digər detalları barədə açıqlama verilmir.

Azərbaycan Milli İncəsənət Muzeyi rəssam Rüstəm Mustafayevin adını daşıyır.

2011-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinə Milli Muzey statusu verilib.

Muzeyin direktoru əməkdar incəsənət xadimi Çingiz Fərzəliyevdir.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi