Baba Rzayevin "Azərişıq"dakı LƏPİRLƏRİ... - Tender-mender oyunu...
Sosial
Oxunub: 409
9 in 2021 | 17:47
Baba Rzayevin "Azərişıq"dakı LƏPİRLƏRİ... - Tender-mender oyunu...


“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Meqaplus” firması ilə 639 082.1 manatlıq satınalma müqaviləsi bağlayıb. REPORTYOR.info xəbər verir ki, müqavilədə müxtəlif dekorativ bitki və həmişə yaşıl qrupuna aid olan ağacların satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Meqaplus” firması 24 aprel 2000-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 6/21, mənzil 14 ünvanında yerləşir. Firmanın qanuni təmsilçisi Seyidov Abuzər Bəkir oğludur.
Açıq mənbələrdə “Meqaplus” firması və onun qanuni təmsilçisi barədə hər hansı bilgi yoxdur.
Araşdırmalarımız zamanı isə bəlli olur ki, “Azərişıq” ASC vaxtaşırı bu şirkətə müraciət edir.
Bundan əvvəl qurumla sözügedən şirkət arasında 4 283 703.85 manatlıq müqavilə imzalanıb. Müqavilədə “ASAN xidmət” mərkəzlərinin “Azərişıq” ASC-yə aid olan layihələrə tələb olunan müxtəlif mal-materialların satın alınması nəzərdə tutulub.
Bu ilin fevralın ayında isə “Meqaplus” firması “Azərişıq”ASC-nin daha bir tenderinin qalibi olub. MP106 və MP306 tipli Paudraad SMART kart tipli sayğacların kart oxuyucularının satın alınmasını nəzərdə tutan müqavilənin maliyyə dəyəri 84 960 AZN-dir.
“Azərişıq” ASC ötən il də “Meqaplus” firması ilə satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 1 999 462.80 AZN olan müqavilədə elektron sayğac və smart abonent kartlarının satın alınması nəzərdə tutulub.
Maraqlıdır ki, “Azərişıq”a smart kartlar, dekorativ ağaclar satan “Meqaplus” firması tikinti sahəsində də fəaliyyət göstərir. Şirkət ötən ildən Neftçala rayonunda Olimpiya İdman Kompleksi inşasını həyata keçirir. Tikinti hələ başa çatmayıb. Bundan başqa, “Meqaplus” Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfat Birliyinin sifarişi ilə Sumqayıtda söküntü və abadlıq işləri görüb.
Şirkətin hazırda 5.49 AZN vergi borcu var.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi