"AQTA vaxtı keçmiş məhsulların tarixini dəyişdirib, istehlakçılara qaytarır" - AİB sədrindən SƏRT İTTİHAM
Sosial
Oxunub: 384
4 in 2021 | 22:22
"AQTA vaxtı keçmiş məhsulların tarixini dəyişdirib, istehlakçılara qaytarır" - AİB sədrindən SƏRT İTTİHAM


“Satışdan çıxarılmış vaxtı keçmiş məhsulların tarixi dəyişdirildikdən sonra bəzən AQTA, bəzən də supermarketlər tərəfindən təkrar istehlakçılara qaytarılır”.

Bu sözləri Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fəaliyyətinə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

AİB sədri bildirib ki, AQTA məqsədlərinə çatmaq üçün xeyli iş görsə də, bu, yetərli deyil. Ona görə də qurumun fəaliyyətini qənaətbəşx hesab etmək olmaz:

“AQTA-nın əsasnaməsindən məlum olur ki, qarşıya son dərəcədə böyük strateji məqsədlər qoyulub. Bu məqsədlərdən biri qida təhlükəsizliyinin təmin olunması ilə yanaşı, Azərbaycan mallarının xarici ölkələrə ixrac olunmasıdır. AQTA-nın gördüyü işlər 2 ildən sonra nəticə verməyə başlayacaq. Məsələn, heyvan ətlərinin təhlükəsizliyinin təmin olunması və küçə kəsiminin yığışdırılmasının əsas yolu heyvanların identifikasiya olunmasından keçir. Yəni, heyvan dünyaya gələndən sonra onun pasportu olmalıdır. Lakin ölkədəki heyvanların heç 1 faizi identifikasiya olunmayıb. Ona görə küçə kəsimi hələ də davam edir.Əslində kəsim sexlərinin yaradılması AQTA-ya aid olan mövzu deyil. Qurum bu məsələdə sadəcə konsultasiya işləri apara bilər”.

Eyyub Hüseynov qeyd edib ki, AQTA-nın fəaliyyətinin qənaətbəxş olması üçün rayon icra hakimiyyətləri, vətəndaş cəmiyyətləri və bələdiyyələrin sinxron fəaliyyətinə ehtiyac var:

“AQTA-nın səhvlərindən biri ekspertiza və sertifikat verilməsini bir arada həyata keçirməsidir. Halbuki ekspertiza orqanı ayrı fəaliyyət göstərməlidir. Sertifikat verən orqanla yoxlayan orqan eyni yerdə olmamalıdır. AQTA mallara həm serifikat verir, həm də yoxlayır. Bu necə ola bilər?! Bir sözlə, AQTA-nın qarşıya qoyduğu hədəflərə çatması üçün vaxt lazımdır.

Ümumilikdə qida zəncirində iştirak edən bütün hüquqi və fiziki şəxslər AQTA-da reyestrə daxil olmalı və nəzarət altında saxlanmalıdır. Ancaq bu gün reallıq tamamilə başqadır. Supermarketlər və qidanın təhlükəsizliyinə nəzarət edən bəzi orqanlar vaxtı keçmiş qidaların insanların masasına çatmasına səbəb olurlar. Bu vəziyyətin qarşısını almaq üçün müasir proqramın tərtibi zəruridir. Həmin proqram vasitəsilə vaxtı keçmiş qidalar avtomatik olaraq qeydə alınacaq. Nəticədə AQTA hansı mağazada vaxtı keçmiş malların satıldığını öyrənəcək. Hazırda qida təhlükəsizliyi ilə bağlı vəziyyət ürəkaçan deyil və bunun qarşısı təcili alınmalıdır”.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu