DGK-da sahibkarlardan əlavə ödəniş tələb edirlər - Narazılıq
Sosial
Oxunub: 727
3 in 2021 | 23:32
DGK-da sahibkarlardan əlavə ödəniş tələb edirlər - Narazılıq



Uzun müddətdir Azərbaycanda yerli və xarici sahibkarların Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı narazılıqları səngimir, ölkədə gömrük sisteminə qarşı sistemli etirazlar formalaşır. 
Komitə rəsmiləri də öz növbəsində sahibkarları qınayır, onları yalan danışmaqda günahlandırır və sairə...Bu minvalla problemlər həll olunmur, nəticədə sahibkarlar müflis olur, süni qiymət artımı ölkədə dözülməz mənzərə yaradır. 
Dövlət Gömrük Komitəsinin rəhbərliyinin məlum və “naməlum” iş prinsipləri isə dəyişmir ki, dəyişmir.  Qısası, nə sahibkara qulaq asan var, nə də Dövlət Gömrük Komitəsinin bu qanunsuz və yarıtmaz fəaliyyətinə “DUR! deyən...  
Bir neçə gün əvvəl DGK-nın qarşısında toplanan bir qrup narazı sahibkar ölkəyə gətirdikləri malların düzgün rəsmiləşdirilmədiyinə etiraz edərək, onlardan əlavə rüsumlar alındığını iddia edirdilər. 
Sahibkarlar bildirirlər ki, Komitə onların ölkəyə gətirdiyi malları qanunun tələblərindən kənar şəkildə rəsmiləşdirməyə çalışır, onlardan əlavə ödəniş tələb edilir. 
Bu məlum aksiya demək olar ki, ölkənin bütün media qurumlarında işıqlandırıldı və sahibkarların problemlərinin araşdırılacağı bildirildi. Amma təəssüflər olsun ki, sahibkarların haqlı etirazları qısa zamanda DGK-nin rəhbərliyi tərəfindən elə beşiyindəcə boğuldu: nə sahibkarı görən oldu, nə də əlavə ödəniş tələb edən Komitə rəhbərliyinə gözün üstündə qaşın var deyən... 
Bizimxeber.az-ın elektron ünvanına DGK-də sahibkarlara qarşı təkrar qanunsuz əməllərin yenidən həyata keçirildiyi ilə bağlı məlumatlar daxil olub. 
Redaksiyaya verilən məlumatlara görə, sahibkarlara qarşı qanunsuz və bürökrat addımlardan DGK-nin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev xəbərdardır. 
Qeyd olunur ki, qurum bu addımları ilə sahibkarları müflis etmək yolunu tutub və bunu özünün qanunsuz fəaliyyətinin total istiqamətinə çevirib. 
Ölkəyə gətirilən mallara DGK-da süni şəkildə fantastik qiymətlərin qoyulması və bunun da qanunsuz şəkildə sahibkarların hesabına ödənilməsi daxil olan məlumatların sırasındadır: “Həmin pulu ödəməyən sahibkarın malları gömrük rəsmiləşdirilməsinə yaxın buraxılmır, "stop" qoyularaq saxlanılır. Açıq şəkildə bildirilir ki, bu mallara bu qədər ödənməsə kassa ödəməsinə buraxılmayacaqsız. Pulu ödədikdən sonra isə mallar buraxılır...”.  

DGK-da sahibkarlardan əlavə ödəniş tələb edirlər - Narazılıq


Məlumatda vurğulanır ki, DGK-da bu "fəaliyyətə" Səfər Mehdiyevin Asiman adlı bacısı oğlu rəhbərlik edir. Komitə sədrinin bacısı oglu Asiman həm də Gömrük Komitəsinin Gömrük Risqlərinin idarəolunması və audit baş idarəsinin rəisi, gömrük xidməti polkovniki Fərid Əliyevin müavinidir. Bütün bu qanunsuz işləri isə sözügedən idarənin Coşqun  adlı əməkdaşı tənzimləyir. Sahibkarlara Komitənin sözünü məhz Coşqun çatdırır, bütün bu işlərə o nəzarət edir. 
Bir sözlə, Coşqun idarə rəisi Fərid Əliyevin və onun müavini Asimanın tapşırıqlarını icra edir. 
Bütün bunlardan isə S.Mehdiyev xəbərsizdirmi?
Bacısı oğlunun sərhədsiz və qanunazidd əməllərindən S.Mehdiyev necə xəbərsiz ola bilər? 

Sahibkarkarlara qarşı həyata keçirilən suni qiymət siyasəti təkcə Səfər Mehdiyevin varlanması, külli miqdarda vəsait əldə etməsi ilə nəticələnmir, həm də o, əldə etdiyi vəsaitlər hesabına öz kreslosunu möhkələndirməyə çalışır, postunu qoruyur... 
Qeyd edək ki, son günlər məhz DGK-nin yarıtmaz fəaliyyəti səbəbindən ləğv ediləcəyi barədə ölkə mətbuatında məlumatlar yayılmaqdadır. Yaxın aylarda DGK-nin ləğv edilərək, İqtisadiyyat Nazirliyinə birləşdiriləcəyi bildirilir. 
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu