6 saylı Cəzaçəkmə Müəssisəsində nə baş verir? - İDDİA
Sosial
Oxunub: 420
27 apr 2021 | 16:48
6 saylı Cəzaçəkmə Müəssisəsində nə baş verir? - İDDİA


Aprelin 24-də səhər saatlarında 6 saylı Cəzaçəkmə Müəssisəsində 10-a qədər məhbusun özünə xəsarət yetirdiyi bildirilir. Bu barədə AzadlıqRadiosuna “Müdafiə xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov məlumat verib.

“Ayrıseçkilik məhbuslara təsir edir”
Hüquq müdafiəçisinin sözlərinə görə, damarlarını kəsərək özlərinə xəsarət yetirənlər bu yolla müəssisədə məhkumlara qarşı pis rəftar, korrupsiya halları və başqa özbaşınalıqlara etiraz ediblər. Səfərov özünə xəsarət yetirdiyi iddia olunan məhbuslardan dördünün adını dəqiqləşdirə bildiklərini deyir. Bunlar Rəvan Əliyev, Nihad Məcidli, Ceyhun Sultanov və Şamxal Şirinovdur.

“Cəzaçəkmə müəssisələrində kasıb məhbus ən xırda məsələyə görə “kars”a salındığı, döyüldüyü halda, imkanlı məhbuslar pulunu verib istədiyini eləyir, günün istənilən vaxtında telefonla danışa bilir və s. Bu cür ayrıseçkilik məhbuslara təsir edir. Müəssisə daxilindəki dükanlarda qiymətlər normal marketlərdən üç-dörd dəfə bahadır. Verilən yeməklər də o qədər keyfiyyətsizdir ki, heç heyvan bəyənib yeməz. Müəssisə əməkdaşları da çox pis rəftar edir”, – Səfərov belə deyir.

Özünə xəsarət yetirdiyi bildirilən məhkumlardan birinin yaxını AzadlıqRadiosuna informasiyanı təsdiqləyib, onun yarasının ağır olmadığını, amma özü ilə əlaqə saxlaya bilmədiklərini sözlərinə əlavə edib.
“Gözümün qarşısında damarlarını kəsənləri…”
İcraçı direktor bildirib ki, təşkilat xəsarət almış məhkumlarla bağlı araşdırmaları davam etdirir. Onun sözlərinə görə, müalicəyə ehtiyacı olanların tibbi yardımla təmin edilib-edilmədiyi araşdırılır: “Özüm həbsdə olarkən gördüklərimə əsaslanıb deyirəm ki, müəssisədə etiraz edən məhkumun yarası ölümcül deyilsə, ona nəinki tibbi yardım göstərilmir, əksinə, rəhbərliyə etiraz etdiyinə görə işgəncə verilir. Gözümün qarşısında damarlarını kəsənləri döyüb “kars”a salmışdılar. 6 saylı Cəzaçəkmə Müəssisəsində özünə xəsarət yetirənlərin taleyi ilə bağlı araşdırmalarımız davam edir.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə 6 saylı Cəzaçəkmə Müəssisəsində məhkumların etiraz olaraq özlərinə xəsarət yetirməsi haqda məlumatı təkzib edib: “Elə şey olmayıb…”.

Cəzaçəkmə müəssisələrinin daxilindəki ticarət köşklərində qiymətlərin baha olması, məhkumlara verilən yeməklərin keyfiyyətsizliyi və onlara qarşı pis rəftar haqda iddiaları da Penitensiar Xidmət dəfələrlə təkzib edib.

Gununsesi.info
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU