Abid Şərifovun ailə üzvlərinə məxsus biznes çökür? - FOTOFAKT
Sosial
Oxunub: 418
6 apr 2021 | 19:46
Abid Şərifovun ailə üzvlərinə məxsus biznes çökür? - FOTOFAKT


Son zamanlar Baş nazirin sabiq müavini Abid Şərifovun ailə üzvlərinə məxsus şirkətlərlə bağlı qalmaqallı məlumatlar yayılır.
Yeniavaz.com xəbər verir ki, İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən və Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudova məxsus “Abeona Global Limited” şirkəti 4 ay əvvəl öz fəaliyyətini dondurub.
Qeyd edək ki, Nicat Mahmudovun rəhbərlik etdiyi “Abeona Global Limited” şirkətinin açıqlanan sonuncu maliyyə hesabatında şirkətinin aktivlərinin son bir ildə 260 min funt-sterlinq (345 min dollar) azalaraq 16 funt-sterlinqə (21 dollar) düşüb. Şirkətin 3,1 min funt-sterlinq borcunun da olduğu qeyd olunub.
Məlumat üçün bildirək ki, “Abeona Global Limited” şirkəti 22 iyun 2017-ci ildə İngiltərədə qeydiyyatdan keçib. 1995-2018-ci illərdə Azərbaycanda Baş nazirin müavini vəzifəsində işləyən Abid Şərifovun nəvəsi Nicat Mahmudov şirkətin yeganə direktorudur.
Bundan başqa əsas səhimdarlarından (12%-dən çox paya sahib) biri Abid Şərifovun həyat yoldaşı Şərifova Sədayə Yaqub qızı olan Azərbaycanın nəhəng tikinti şirkətlərindən “Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" ASC-yə qarşı son günlər bir sıra məhkəmə iddiaları qaldırılır.
Ötən həftə 2010-2020-ci illərdə Milli Məclisin deputatı olan Nəriman Əliyevə məxsus olduğu bildirilən “Ştutqart” MMC “Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" ASC-yə qarşı məhkəmə iddiası qaldırıb. İki gün əvvəl isə daha bir tanınmış şirkət – “Ramco” MMC Abid Şərifovun həyat yoldaşına məxsus şirkətə qarşı iddia qaldırıb. İddialara Bakı Kommersiya Məhkəməsində hakimlər Fərrux Qasımov və Aytən Əliyeva tərəfindən baxılacaq.
Onu da bildirək ki, “Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" ASC-nin 2 ay əvvəl dövlət büdcəsinə böyük həcmdə vergi borcu (1,5 milyon manat) yaranmışdı. Bu borc son bir ay ərzində ödənilib.
Baş nazirin sabiq müavininin həyat yoldaşı eyni zamanda 27.07. 2001-ci ildə dövlət qeydiyyatına alınan “Kəpəz-S” Firmasının da 3 ortağından biridir. Hazırda bu şirkətin də dövlət büdcəsinə 1 739 manat 91 qəpik borcu var.
Abid Şərifovun həyat yoldaşından başqa qızının da dövlət büdcəsinə vergi borcu var. Baş nazirin sabiq müavini qızı – Mahmudova Təranə Abid qızının qanuni təmsilçi olduğu “Güvən 2017” MMC-nin də dövlət büdcəsinə 240 manat vergi borcu var.
Abid Şərifovu qızı 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun həyat yoldaşıdır. Təranə Mahmudova Azərbaycanda 2 şirkətin qanuni təmsilçisidir. Bu şirkətlər 2002-ci ildə qeydiyyata alınan “A.N.N.N” MMC və 2017-ci ildə qeydiyyata alınan "GÜVƏN 2017" MMC-dir. Təranə Mahmudovanın həkim olduğu bildirilir. Təranə Mahmudova hazırda Nərimanov rayonunda fəaliyyət göstərən “Optimed” Tibb Mərkəzinin də direktorudur. Bu mərkəzin fəaliyyətində də son zamanlar durğunluq müşahidə edilir. 1 oktyabr 2020-ci il tarixindən sonra heç bir məlumat paylaşılmayıb.Abid Şərifovun ailə üzvlərinə məxsus biznes çökür? - FOTOFAKTAbid Şərifovun ailə üzvlərinə məxsus biznes çökür? - FOTOFAKT
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu