“Şəki Qala” restoranında qadınları ALDATDILAR - RƏZALƏT...
Sosial
Oxunub: 374
1 apr 2021 | 17:17
“Şəki Qala” restoranında qadınları ALDATDILAR - RƏZALƏT...


Azad İstehlakılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında “Şəki Qala” restoranının 8 Mart Beynəlxalq Qadınlar Günü qadın müştərilərini aldatdığını bildirib. Qurum sədri onlara daxil olan şikayət məktubunu ictimailəşdirmək üçün redaksiyamıza ünvanlayıb. Şikayət məktubunda Bakı şəhər sakinləri İsmayıllı Aygün Nizami qızı, Əsgərzadə Aygül Müşfiq qızı və Əsgərova Şərqiyyə Azər qızı adı çəkilən restorandan şikayətçi olub:

Bildirmək istəyirik ki, 6 mart 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 38 ünvanında yerləşən “Şəki Qala” restoranı ilə əlaqə saxlayaraq 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə tədbir nəzərdə tutulması ilə maraqlandıq. “Şəki Qala” restoranından bizə bildirildi ki, 8 mart bayramı münasibəti ilə həmin gün restoranda öncədən hazırlanmış menyu əsasında 1 nəfərə 100 manat olmaqla tədbir keçirilir. Restorandan bizə o da bildirildi ki, 3 nəfər və 10 yaşlı uşaq, cəmi 4 nəfər ödənişli xidmət əsasında, digər 6 və 3 yaşlı 2 uşaq isə ödənişsiz olaraq tədbirdə iştirak edə bilər. Restorandan əlavə olaraq bildirildi ki, menyuda olan təamlar masaya fasiləsiz olaraq istənilən miqdarda veriləcək. Həmçinin restorandan ödənişin cəmi məbləği olan 400 manatın öncədən ödənilməli olması bizə deyildi. Yuxarıda qeyd edilənlərə əsasən 06 mart 2021-ci il tarixdə 400 manat pulu restorana nəğd ödədik. Bu zaman heç bir maliyyə sənədi, kassa qəbzi təqdim olunmadı!

08 mart 2021-ci ildə axşam saatlarında restoranda olarkən restoran yetkililəri bizə azyaşlı 2 uşağa görə( 3 yaş və 6 yaş) menyuda nəzərdə tutulan təamlardan verilməyəcəyini bildirdilər. Restoran əməkdaşları bunu 2 uşağa görə 200 manat pulu ödəməməyimizlə əsaslandırdılar. Biz onlara restoran rəhbərliyinin azyaşlıların biletə düşmədikləri, yəni onların valideynləri ilə birlikdə menyuya uyğun təmin edəcəkləri barədə restoran yetkililərinin qarşımızda 6.03 tarixdə öhdəlik götürüldüyünü bildirsək də, restoran adminstratoru azyaşlılara görə pul ödənilməli olduğunu bildirdi və məclisin sonuna qədər azyaşlılara hər hansı bir qida, su, şirə və sair təmantların verilməsindən imtina etdi. Məcburiyyət qarşısında qalaraq bizə verilən yeməkləri və digər məmulatları uşaqlarımıza verdik.Təəccüblüdür 3 yaşlı uşaq və ya hər hansı bir böyük yaşlı adam axşam saatlarında 100 AZN dəyərində yemək yeyə bilərmi!?

Bundan başqa, razılaşma mərhələsində restoran mülkiyyətçisi menyuda qeyd olunan qida məmulatlarının masaya fasiləsiz olaraq veriləcəyi barədə öhdəlik götürsə də, faktiki olaraq menyuda nəzərdə tutulan qida məmulatlarından hər kəsə yalnız 1 ədəd verilib. Eyni zamanda, yeməklər və salatlar masaya yalnız bir qabda, həmçinin normadan olduqca az həddə, yəni kiçik ölçülü qablarda verilib. Ümumilikdə bizim üçün açılmış süfrənin dəyəri 60-70AZN olardı. Yaranmış problemlər barədə restoranda işləyən Rəfail adlı şəxsə məlumat verilsə də, həm şəxs də restoran yetkililərinin qanunsuz əməllərinə son qoyulmasına çalışmadı.

İşin faktiki hallarından göründüyü kimi, “Şəki Qala” restoranın mülkiyyətçisi (administratoru) bizə 4 nəfər 10 yaşdan yuxarı, 2 nəfər 7 yaşdan aşağı cəmi 6 nəfərə 400 manat müqabilində menyuda nəzərdə tutulan yeməklərdən fasiləsiz veriləcəyini yalandan vəd verməklə bizi aldatmış, belə yalan vəd verməklə məhz həmin restoranı seçməyimizi təmin edərək, 2 gün əvvəldən ödənişi alaraq, tədbir günü 2 nəfər 7 yaşdan aşağı uşağa qida verməkdən imtina etmiş, digərlərinə hər kəsə 1 ədəd olmaqla yemək vermiş, yeməklər və digər qida məmulatları həcmcə normadan az olmuş, istehlakçı hüquqları pozulmuş, hüquqlarımızın pozulmasının aradan qaldırılmasına dair tələblərimizə əhəmiyyətsiz yanaşılmışdır.

Restoran rəhbərliyinin məsuliyyətsiz və dələduzluq elementləri ilə zəngin olan əməlləri nəticəsində aldadılmış və mənəvi sarsıntı keçirmişik. Orda həmçinin sosial məsafənin qorunmasına qətiyyən əməl edilmirdi! Restoran mülkiyyətçisi 400 manat ödəniş edilərkən bizə kassa mədaxil qəbzinin təqdim edilməsini təmin etməyib. Eyni zamanda, tələb etməyimizə baxmayaraq masaya təqdim edilən qida məmulatlarının qiymət preyskurantı bizə təqdim edilməyib. Bizə məlum deyil ki, 400 manat ödəniş qarşılığında hansı yeməklər və sair qida məmulatları hansı qiymətə təqdim edilib. Göründüyü kimi, restoran rəhbərliyi tərəfindən həmçinin vergi qanunvericiliyinin tələbləri pozulub. Restorandakı bu qanunsuzluqlar barədə müxtəlif dövlət orqanlarına məlumat verilsə də bu günə kimi heç bir əməli tədbir görülməyib, ona görə də sizə müraciət etmək qərarına gəldik.

Bu günlərdə maraqlandıqda bizə restoranın sahibinin Qəribov Zöhrab Fərhad oğlu olması bildirilsə də, restoranın kimin adında qeydiyyatda olması dövlət orqanlarında dəqiqləşdirilməli, restoran sahibinin araşdırmaya cəlb edilməsi zəruridir.

Göstərilənləri nəzərə alaraq “Şəki Qala” restoranın mülkiyyətçisinin və administratorunun müştəriləri aldadan əməllərinin inzibati icraat qaydalarına uyğun olaraq iştirakımız təmin edilməklə araşdırılmasına, həmçinin “Şəki Qala” restoranın mülkiyyətçisinin və administratorunun barəsində lazımi tədbirlərin görülməsinə köməklik göstərməyinizi artıq ödədiyim 320 manat pulun mənə qaytarılmasına, insanları aldadan bu restoran xidməti barədə dövlət orqanlarına məlumat verilməsini sizdən xahiş edirik”.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu