Cavid Qurbanovla Cahangir Əsgərovun fəaliyyətləri araşdırılmalıdır... - TƏLƏB!
Sosial
Oxunub: 434
1 apr 2021 | 20:44
Cavid Qurbanovla Cahangir Əsgərovun fəaliyyətləri araşdırılmalıdır... - TƏLƏB!


İki gün əvvəl Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi təsdiq edilib. Qeyd edək ki, iri dövlət müəssisələri- “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları” və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətlərində və eləcə də “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləndən sonra həmin qurumlarda müşahidə şuralarının formalaşdırılması həyata keçirilir. Şuralar sözügedən qurumların fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirəcəklər. Əsas məqsəd həmin qurumların fəaliyyətlərində səmərəliliyin artırılmasıdır.

İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında iri dövlət müəssisələrinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsinin əsas məqsədlərindən söhbət açıb. Ekspert qeyd edib ki, əsas məqsəd dövlət şirkətlərinin rentabelli çalışmasını təmin etməkdir:

"Bu onların dövlət büdcəsindən aldığı dotasiyaları kəsmək və xərclərini azaldaraq normal xidmət göstərməsinə atılmış yönəlik addımlardır. Bildiyimiz kimi, bu dövlət müəssisələri Azərbaycan İnvestisiya Holdinqinə çoxdan verilmişdi.

İndi isə yeni olaraq müşahidə şuraları yaradıldı. Müşahidə Şuralarına tapşırıq verilib ki, bu dövlət şirkətlərinin idarə edilməsi ilə bağlı yeni idarəetmə konsepsiyası hazırlasınlar.

Onların rekonstruksiyası olunması, yenidən qurulması, yeni idarəetmə formasının tətbiqi, xərclərin azadılması, xidmətin, keyfiyyətinin yaxşılaşdırılması kimi bütün bu məsələlər yeni yaradılımış qurumların səlahiyyətinə aiddir".

Ekspert qeyd edib ki, digər qurumlar kimi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində də müəyyən problemlər olub:

“Azərbaycan Dəmir Yolları”da həm qiymətlə, həm xidmətlə, həm də gediş zamanı müəyyən problemlər var idi ki, bunlar da zaman-zaman vətəndaşlar tərəfindən dilə gətirilirdi. Yeni yaradılmış qurumun indi əsas vəzifəsi ondan ibarətdir ki, birincisi, dəmir yolları şirkətinin tam auditini aparsın. İkincisi, xərclər istiqaməti müəyyənləşdirilsin.

Həmçinin harda şişirdilmiş xərclər varsa, onların aradan qaldırılması üçün addımlar atılsın. Növbəti mərhələdə isə paralel olaraq xidmətin yaxşılaşdırılması ilə bağlı yeni təkliflər paketi hazırlanmalıdır.

Yeni təkliflər paketi olmalıdır ki, xidmətin yaxşılaşdırılması ilə bağlı hansı addımlar atılacaq bilinsin. İndi qurum yeni yaradılıb və Müşahidə Şurası da yeni təsis edilib. Növbəti addımları gözləməkdə əlbəttə ki, fayda var. Amma hesab edirəm ki, ən azından problemlərin təsbit olunması və ilkin olaraq qiymətləndirmə aparılması üçün bu şirkətlərin ciddi bir audit yoxlamasına ehtiyac var, o cümlədən də “Azərbaycan Dəmir Yolları” şirkətinin.

Bu audit yoxlaması nəticəsində həm xərclər, həm gəlir istiqamətləri dəqiqləşdirilməlidir. Bundan sonra isə şirkətin idarə edilməsinin optimallaşdırılması ilə bağlı yeni "yol xəritəsi" qəbul edilməlidir".
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu