General Nurəddin Mustafayev adı yeni qalmaqalın mərkəzində! - 100 milyonluq qızıl ölkədən necə çıxarılıb?
Sosial
Oxunub: 489
18 mar 2021 | 21:17
General Nurəddin Mustafayev adı yeni qalmaqalın mərkəzində! - 100 milyonluq qızıl ölkədən necə çıxarılıb?


Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin sabiq rəisi Nurəddin Mustafayevin adı yeni qalmaqalın mərkəzindədir. Sabiq baş icra məmurunun adı yenə də dələduzluq işinə qarışıb. İş adamlarından üst-üstə 224 min manatlıq işin görülməsi üçün 100 min manata yaxın rüşvət alan Nurəddin Mustafayev sonradan yaxasını kənara çəkib.

İş adamları sənədləri, sübutları toplayaraq istintaq orqanlarına müraciət etməyə hazırlaşırlar. Ötən ilin ortalarında Nurəddin Mustafayevin adı məşhur iş adamı Hafiz Məmmədovdan vəkil İsmayıl Kəngərlinin vasitəsilə 100 min manat rüşvət alaraq, qarşılığında vəd etdiyi işi görmədiyinə görə diqqət mərkəzinə gəlmişdi. Məlum olmuşdu ki, “Hafka”nın iddiası üzrə çıxarılan məhkəmə qərarlarının icrasına görə Nurəddin Mustafayev vəzifə cinayəti edib, rüşvət alıb. Bu barədə ölkə mediası yüzlərlə xəbər yaydı. Yayılan məlumatlarda o da iddia olunurdu ki, o hələ vəzifədə olarkən 4 gün ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dindirilib. Sonradan bu məsələlər səngidi.

Bununla belə Nurəddin Mustafayevin bir çox oxşar əməlləri də var. Qeyd olunur ki, dələduzluq, rüşvət əməllərinə görə işdən qovulsa da, bu gün də məhkəmə qərarları ilə müsadirə edilmiş əmlaklar sabiq baş icra məmuruna milyonlar qazandırır. Belə ki, onun adı “Hidayətoğlu” hərrac şirkətinə bağlıdır. Hələ vəzifədə olarkən o, bu hərrac şirkətini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək sahibi Elnur adlı şəxsdən alıb. İlkin olaraq şirkətin 50 faizini, sonradan isə hissə-hissə tam olaraq alıb. Belə ki, bütün İcra Şöbələri hərrac əməliyyatlarını məhz bu şirkətə yönəltməklə, Baş İdarə rəisinin külli miqdarda qazanc əldə etməsini təmin ediblər. Məlumata görə, təkcə bu hərrac əməliyyatları üzərindən Nurəddin Mustafayevin rəsmi illik gəliri 3-4 milyon manat olub. Faktiki olaraq isə Nurəddin Mustafayev hərracdan ildə 20-30 milyon qazanıb.

Təkcə 2019-cu ildə “Hidayətoğlu” üzərindən həyata keçirilən həracların dövriyyəsi 54 milyon manat olub.

Hərraca Nurəddin Mustafayev qohumu Faiq Nəcəfov vasitəsi ilə nəzarət edib. Oğlu Anar Mustafayev isə hərracdan əldə olunan qızılların Qətərə göndərilməsi işinə baxıb.

Ümumiyyətlə isə hərracda iş bölgüsü belə olub: Nurəddin Mustafayevin yaxını Xəqani Zeynalov və qardaşı Nəsimi Zeynalov bir qayda olaraq qızıl hərraclarının qalibi olublar. Nurəddin Mustafayevin “sağmal inəyi” “Hidayətoğlu”dan qazancının necə formalaşması haqda təsəvvür yaransın deyə çoxaylı hərraclardan yalnız biri haqda məlumatı bölüşək: 110 manatlıq qızılı hərracda 11 manata satılıb və alıcı əlbəttə ki, Mustafayevin yaxını Xəqani Zeynalov olub. Hərrac üzərindən satılan maşınların alıcısı isə bir qayda olaraq Nurəddin Mustafayevin yaxın ətrafına daxil olan İlyas adlı şəxs olub. Beləcə, Nurəddin Mustafayev varlandıqca-varlanıb, üstəlik icra işləri ilə bağlı rüşvət almaqdan da çəkinməyib. Nurəddin Mustafayevin ölkədən oğlu Anar Mustafayevin əli ilə 100 milyon manatlıq qızıl çıxarması haqda iddialar da var.

Ümumiyyətlə isə Nurəddin Mustafayevin vəzifədə olduğu müddətdə məhkəmə qərarları ilə müsadirə olunan əmlak və qızıl-zinət əşyalarının, alınan borcların təxminən yarısına əl qoyduğu iddiası da var. Onun bu yolla olduqca böyük varidata sahibləndiyi, təxminən yarım milyard ələ keçirə bildiyi də gələn məlumatlar sırasındadır.

Yazıda adı keçən hər kəsi dinləməyə hazırıq. (Yeni Müsavat)
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi