”Epikriz vermirlər, pensiyamı kəsmək istəyirlər” - Əlil hərbçi
Sosial
Oxunub: 380
18 mar 2021 | 22:50
”Epikriz vermirlər, pensiyamı kəsmək istəyirlər” - Əlil hərbçi


"Biz bu ölkəyə xidmət etmişik, ancaq bizə xidmət edən yoxdur”.

Hərbi xidmət zamanı II qrup əlil olmuş Sarvan Lətifov "Toplum TV"-yə belə deyir.

Sarvan Lətifov Oğuz rayonundandır.

Dediyinə görə, hərbi xidmətə qədər sağlamlığında hər hansı bir problem olmayıb. Əsgərlikdən sonra kursant kimi təlim keçdiyi zaman səhhəti pisləşib: "Təlimlər zamanı xəstələndim, sonra elə o vəziyyətdə Naftalandakı "N” saylı hərbi hissəyə göndərildim. O vaxt mənə meningit, bir də qaraciyərdə sist diaqnozu qoyuldu. Ona görə də heç 3 ay işləyə bilmədim, tez-tələsik tərxis etdilər”.

”Epikriz vermirlər, pensiyamı kəsmək istəyirlər” - Əlil hərbçi


Sarvan Lətifov deyir ki, hərbi xidməti 2009-cu ildə bitib və xəstəlik səbəbilə pensiyaya çıxıb.

Keçmiş hərbçi 2016-ci ilə kimi ildə bir dəfə tibbi komissiyadan keçib, sonra 5 ildən bir yoxlanış rejimi təyin edilib.

Dediyinə görə, aprel ayında yenidən komissiyadan keçməlidir, amma Oğuz Rayon Mərkəzi Xəstəxanası ona epikriz vermir: "Məni məqsədli şəkildə incidirlər. Deyirlər ki, get, Bakıda müalicə al. Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında infeksiya şöbəsi yoxdur. Kliniki Tibbi Mərkəz isə pandemiyaya görə modul tipli xəstəxanaya çevrilib. Yəni istəsəm belə, orada müalicə ala bilmirəm. Bütün bunları epikrizi verməmək üçün edirlər. Pandemiyanı fürsətə çeviriblər”.

Lətifovun sözlərinə görə, Oğuz Rayonu Mərkəzi Xəstəxanasında infeksiya şöbəsi olsa da, xəstəxanın direktoru və baş həkimi onu get-gələ salıb: "Xəstəxandan deyirlər ki, sən artıq sağlamsan. Mərkəzi Kliniki Hərbi Hospitalın mənə diaqnoz qoyduğunu, dövlətin məni pensiyaya çıxardığını desəm də, əhəmiyyət vermirlər. Deyirlər ki, get, özəl xəstəxanada analiz ver. Hətta gedib Qəbələdəki "Sağlam həyat” Tibb Mərkəzində analiz də verdim, qanımda virus aşkarlandı. Bu dəfə də dedilər ki, xəstəxanada müalicə almağınla bağlı Bakıdan da kağız gətirməlisən. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə zəng vurub soruşdum ki, hansı xəstəxanada müalicə almağln fərqi varmı, dedilər, heç bir fərqi yoxdur. Bunu Oğuz xəstəxanasının baş həkiminə bildirdim, bu dəfə də dedi ki, sığorta pulunu ödə, sonra sənəd verək. Halbuki əlillərin sığortasını dövlət özü qarşılayır”.

"Əgər komisiyyadan keçə bilməsəm, pensiyam kəsiləcək. Bilirsiniz də, pandemiya vaxtı dolanmaq necə çətindir. Dövlətin mənə təyin etdiyi qanuni pensiyamı kimlərsə kəsmək, məni dolanışıqdan məhrum etmək istəyirlər”, - Lətifov belə deyir.

Oğuz Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Əzizov "Toplum TV”-nin iddiayla bağlı sualına cavab olaraq bildirib ki, şikayətçiyə kömək edəcək: "Cümə günü sənədlərini toplayıb xəstəxanaya gəlsin, kömək edərik”.

A.Əzizov həmçinin deyib ki, əlillərlə bağlı sənədləri daha çox şəhər xəstəxanaları verir, onların verdiyi rəylər qəbul edilir. O, bunu mərkəzləşdirilmiş, ixtisaslaşdırılmış müəssisələrin verdiyi sənədlərin daha etibarlı olması ilə əsaslandırır: "Praktikadan bu nəticəyə gəlmişik. Kliniki Tibbi Mərkəzdə təkminləşdirilmiş müayinə üsulu tətbiq olunduğundan, komissiya məhz şəhər xəstəxanalarının rəyini əsas götürür. Tutaq ki, mən yerli xəstəxanada müalicə üçün ona kömək etdim, ancaq sonra bizim xəstəxanın verdiyi epikriz keçərli sayılmasa, buna mən cavabdeh deyiləm".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Hüquq şöbəsinin müdiri Gülnar İsgəndərova isə deyir ki, xəstə sənədləri düzgün təqdim etdiyi halda, komissiya mütləq qəbul etməlidir: "Yəni sənədlər qanunvericiliyin tələblərinə uyğun olarsa, xəstənin hansı xəstəxanada müalicə almasına fərq qoyulmur”.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi