COVID-19 analiz nəticəsini onlayn qaydada əldə etmək mümkün olacaq
Sosial
Oxunub: 413
17 mar 2021 | 00:31
COVID-19 analiz nəticəsini onlayn qaydada əldə etmək mümkün olacaq


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “COVID-19 PZR analizi nəticəsinin onlayn qaydada əldə edilməsi” adlı yeni elektron xidmət istifadəyə verilib. Sözügedən xidmətdən beynəlxalq səfərlər üçün COVID-19 PZR analizi verən şəxslər istifadə edə bilərlər.
Bu barədə "Ölkə.Az" Agentlikdən məlumat verilib.

Bildirilib ki, elektron xidmətin yaradılmasında məqsəd həmin şəxslərin vaxtına qənaət etmək və rahatlığını təmin etməkdir. Beynəlxalq səfər üçün COVID-19 analizi verən şəxs xidmətdən yararlanmaq məqsədilə //travel.its.gov.az/ saytına daxil olmalıdır. Açılan pəncərədə “Doğum tarixi” xanasını doldurmalıdır. Şəxs doğum tarixini qeyd etdikdən sonra “Parametr” xanasından FİN və ya Protokol üzrə seçim etməlidir. FİN parametrini seçdikə “FİN” xanası aktivləşir və şəxs bu xanaya şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməlidir. Şəxsiyyət vəsiqəsi olmadığı halda isə (əsasən əcnəbilərin və şəxsiyyət vəsiqəsi olmayan uşaqların) Protokol parametri seçilməlidir. Bu zaman “PROTOKOL” xanası aktivləşir və şəxs bu xanaya Protokol nömrəsini daxil etməlidir. Protokol nömrəsi analiz verən şəxsin mobil nömrəsinə nəticə hazır olduqdan sonra göndərilən koddur.

Ən sonda “Axtar” düyməsi sıxılmalıdır. Bu zaman beynəlxalq səfər üçün verilən analizin nəticəsi ekranda PDF formatda əks olunur və faylı yükləmək də mümkün olur. Qeyd edək ki, sənədin doğruluğunun sənəddə əks olunan “QR Code” vasitəsi ilə yoxlanılması mümkündür. Beynəlxalq səfərlər üçün verilən COVID-19 PZR analizi nəticəsinin onlayn qaydada əldə edilməsinə dair təlimatla buradan tanış olmaq olar.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi