Məmurların “çirkli pullar”ı ölkəyə qaytarılır? - “Son 15 ildə Azərbaycanda 10-15 milyard dollar dövlət vəsaiti gizlədilib”
Sosial
Oxunub: 428
17 avq 2020 | 21:18
Məmurların “çirkli pullar”ı ölkəyə qaytarılır? - “Son 15 ildə Azərbaycanda 10-15 milyard dollar dövlət vəsaiti gizlədilib”


Dövlət orqanlarında korrupsiyaya qarşı mübarizə mənimsənilən vəsaitlərin geri ödənilməsi məsələsini gündəmə gətirib.

Həbs olunmuş məmurların qanunsuz yolla qazandıqları pulların xeyli hissəsini Azərbaycandan çıxardaraq xarici ölkələrə daşıdığına dair məlumatlar var. Dövlət büdcəsindən oğurlanan həmin vəsaitlər ofşor zonalarda banklara yerləşdirilib, bahalı daşınmaz əmlak alınıb. Son vaxtlar ayrı-ayrı icra başçılarının, nazir müavinlərinin, biznesmen diplomatların fəaliyyətində belə halların aşkara çıxarılması xaricə daşınmış pulların Azərbaycana qaytarılması zərurətini yaradıb.

Əgər Azərbaycanın istintaq və məhkəmə oqanları talanmış vəsaitin dövlət büdcəsinə aid olduğunu sübuta yetirsə, onu geri almaq iddiası qaldırla və təmin edilə bilər. Eləcə də məmurların xaricdə ailə üzvlərinin adına aldığı daşınmaz əmlakın “çirkli pullar” hesabına əldə edildiyinə dair ölkələrin məhkəmə qərarları üst-üstə düşərsə, həmin obyekt satışa çıxarılmaqla dəyəri Azərbaycan tərəfinə ödənilər. Dünya ölkələrinin təcrübəsində belə hallar olduğundan bunu Azərbaycanın da tətbiq etməsi mümkün sayılır.

İqtisadçı-ekspert Cümşüd Nuriyev Cebhe.info-ya bildirib ki, ölkədən çıxarılmış dövlət vəsaitlərinin geri qaytarılması üçün ilk növbədə, onun korrupsiya yolu ilə mənimsənildiyini hüquqi cəhətdən təsdiq etmək lazımdır. Xarici dövlətlərlə birgə araşdırma tələb edən bu prosesi həyata keçirmək üçün qanunvericiliyik bazasını da genişləndirmək vacibdir.

“Dövlət məmurlarının kürsüsündən istifadə edərək onlara etibar olunan vəsaiti təyinatı üzrə xərcləməməsini müəyyənləşdirmək üçün iş aparılır. Bu, yorucu və vaxt tələb edən prosesdir. Çünki kim hansı cinayətdə ittiham olunacaqsa, mütləq ətraflı araşdırılmalıdır. İkincisi, əgər onun daşınmaz əmlakı xarici ölkənin ərazisindədirsə, artıq bu məsələ beynəlxalq hüquqa uyğun olaraq həyata keçirilməlidir. Ona görə də arayışlar, ittihamnamə hazırlanarkən beynəlxalq hüquq normaları nəzərə alınmalıdır. Ola bilsin ki, həmin adamların ailə üzvlərinin əksəriyyəti xarici ölkələrin vətəndaşıdır, orada pasport alıblar. Özü Azərbaycanda oturub ailəsinə xarici ölkənin vətəndaşlığını alan kifayət qədər dövlət məmuru var. Onların hamısını müəyyən etmək çətindir. Amma proses başlayıb və bu, yaxşı haldır. Bu məmurlar sırf iqtisadi cinayətlə məşğul olduğuna görə ona hər hansı siyasi don geyindirmək mümkün deyil. Onlar qanunsuz var-dövlətini ofşor zonalarda yerləşdirsə də, yerini müəyyənləşdirmək çətin deyil. Azərbaycanın bu işlə məşğul ola biləcək peşəkar hüquqşünasları var. Xaricdə təhsil almış hüquqşünaslar da var ki, onlar həmin işi bir neçə dildə apara bilir. Təxmini hesablamalar da göstərir ki, son 15 ildə Azərbaycanda 10-15 milyard dollar dövlət vəsaiti gizlədilib. Həm Azərbaycan Beynəlxalq Bankından götürülən vəsait ortada yoxdur, həm dövlət investisiyalarının bir hissəsi itib. Azərbaycan Prezidentinin də tənqid etdiyi dövlət şirkətlərinin rəhbərlərinin qohumlarının adına xarici ölkələrdə villalar, mənzillər, ofislər, şirkətlər, otellər, istirahət mərkəzləri, turizm obyektləri var. Bunları aşkara çıxarıb dövlət vəsaitlərinin geri qaytarılmasına nail olmaq üçün peşəkar hüquqşünaslar lazımdır. Eyni zamanda, Azərbaycanda yeni dövlət istintaq komitəsinin yaradılması bu istiqamətdə yaxşı addım olardı. Ayrı-ayrı strukturlarda istintaq işi aparmaq vəziyyəti çətinləşdirir. Prokurorluq bunların hamısına nəzarət edə bilmir. Azərbaycanda yeddiyə qədər hüquq-mühafizə orqanı var ki, onların hər birinin istintaq orqanı fəaliyyət göstərir. Amma həmin qurumlardan peşəkarları götürüb vahid istintaq orqanı yaratmaq olar”.

Cümşüd Nuriyev bildirib ki, ölkədən çıxarılmış pulların geri qayıtmayacağına dair ictimaiyyət arasında dolaşan fikirlərin əsası yoxdur:

“Panama, Kosta-Rika, Vircin adaları kimi kasıb dövlətlər ofşor zonalardakı banklara yerləşdirilən vəsaitlər hesabına dolanır. Lakin “çirkli pullar” məsələsi gündəmə gələrsə, həmin ölkələr Azərbaycanın sorğusuna cavab verməyə məcburdur. Çünki pul izsiz itmir. Dünyanın hər yerində kart sistemidir və ekspres metodla kimin hansı pulu hara köçürdüyünü müəyyən etmək çox asan olur”.

Ekspert məmurların “çirkli pullar”ının Azərbaycana qaytarılması üçün qanunvericiliyə dəyişikliyi vacib hesab edir:

“Konstitusiyanın 87-ci maddəsində qeyd edilir ki, beynəlxalq qanunlar Azərbaycan qanunlarından üstündür. Məsələn, Rusiya yeni qəbul etdiyi konstitusiyada bu maddəni çıxartdı. Milli Məclis də belə bir konstitusion qanun qəbul etməlidir. Orada göstərilməlidir ki, beynəlxalq qanunlar Azərbaycan qanunlarına zidd olduqda Azərbaycan qanunları üstünlük təşkil edir. Çünki bu qədər korrupsiya varsa və külli miqdarda vəsait qanunsuz yolla xarixcə daşınırsa, Milli Məclis bu qanunu qəbul etməlidir. Biz 1992-ci ildə belə bir konstitusion qanun qəbul etmişik ki, xaricdə vəsaiti olan şəxs Azərbaycana qaytarsa, mənbəyi soruşulmayacaq. Ona görə də belə bir qanunu qəbul etməklə maliyyə amnistiyası tətbiq etməlidir. Həm o pullar vergitutma obyektinə çevrilir, həm də Azərbaycanın maraqlarına zidd olan iqtisadi, siyasi qanunlar Azərbaycan konstitusiyası ilə tənzimlənir. O zaman biz ATƏT-in Minsk qrupundan və digər təşkilatlardan da imtina edə bilərik. Azərbaycanıda Maliyyə Məcəlləsi və Rəqabət Məcəlləsi də qəbul olmalıdır ki, o vəsaitlərin qaytarılması mümkün olsun”.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi