“Dövlət şirkətlərinin özəlləşdirmə prosesi başlansa, bazarda “oyunçu”ların sayı artacaq” - NƏ ETMƏLİ?..
Sosial
Oxunub: 381
12 avq 2020 | 17:52
“Dövlət şirkətlərinin özəlləşdirmə prosesi başlansa, bazarda “oyunçu”ların sayı artacaq” - NƏ ETMƏLİ?..


Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev son çıxışlarının birində AZAL, SOCAR və Azərbaycan Dəmir Yolu QSC-in mənfəətsiz fəaliyyətindən danışaraq, həmin qurumları sərt tənqid edib. Bundan sonra müxtəlif ekspertlər problemin çıxış yolu barədə düşünməyə, fərqli fikirlər səsləndirməyə başladılar. Millət vəkili, iqtisadçı Vahid Əhmədov bildirib ki, həmin qurumların bəzi xidmət sahələri özəlləşdirilməlidir:

“Adıçəkilən şirkətlərin müəyyən xidmət növləri var ki, onlar mütləq özəlləşdirilməlidir. Bu barədə çoxdan söhbət gedir. Həm Milli Məclisin iclaslarında, həm də mətbuatda bu məsələlərə neçə dəfə toxunmuşuq. Belə iri şirkətlərin xidmət və istehsal sahələri o qədər də strateji əhəmiyyət kəsb etmir. Hesab edirəm ki onlar mütləq özəlləşdirməyə çıxarılmalıdır".

Deputatın bu təklifini “Sherg.az”a dəyərləndirən sabiq maliyyə naziri Fikrət Yusifov bütün problemlərin həllinin özəlləşdirmədən keçdiyi qənaətindədir:

“15-20 ildir, özəlləşdirmənin nə qədər zəruri olduğunu deyirik. Bu, problemlərin yeganə həllidir. Əlbəttə, qurumun müəyyən hissəsinə dövlət nəzarət edə bilər. Əsas odur ki, proses başlasın və tədricən davam etsin.

Bu iş üçün ləngimək olmaz. Əksinə, mümkün qədər tez hərəkətə keçməliyik. Özəlləşdirmə prosesi başlansa, bazarda “oyunçu”ların sayı artacaq. Nəticədə rəqabətli mühit yaranacaq və qiymət optimallaşacaq.

Bu, həm dövlətin, həm də vətəndaşın xeyrinədir. İndiki halda isə hökumət də, insanlar da ziyana düşür. Çünki konkret mala və ya xidmətə real qiymətdən dəfələrlə artıq qiymət qoyulur.

Söylədiyim məqam vahid monopolistin olması və onun hegemonluğu, diktəsi ilə bağlıdır. Belə bir şəraitdə, təbii ki, bazar prinsipləri pozulur. Dediyim kimi, sadaladığım problemlərin bir həlli yolu var-özəlləşmə və korporativ idarəçilik”.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu