"Azəriqaz"ın növbəti sayğac DƏLƏDUZLUĞU - Təzəni aparıb yerinə köhnə qoşurlar
Sosial
Oxunub: 396
11 avq 2020 | 21:18
"Azəriqaz"ın növbəti sayğac DƏLƏDUZLUĞU - Təzəni aparıb yerinə köhnə qoşurlar


"Qazımız əvvəl smart kartla idi. Bir neçə gün öncə "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları gəlib, ev sahiblərinə xəbər vermədən sayğacı dəyişdirib, qazı da bağlayıb gediblər. Nə istifadə qaydası deyilib, nə də təlimat və sayğac nömrəsi verilib. Qanunsuz iş görüblər, mənə aktla təhvil verilməyən, məndən xəbərsiz dəyişdirilən sayğaca cavabdeh deyiləm. Sayğacın aktı gətirilməliydi və mənə təhvil verilməliydi.

Dominant.az xəbər verir ki, bunu Bakı sakini Elyar İslamoğlu bildirib.

Şikayətçi, müasir smart tipli qaz sayğacının onlara xəbər verilmədən köhnə model qaz sayğacı ilə əvəz edilməsinin səbəbini isə bilmir: "Müasir sayğac şəffaf idi, köhnədən çox fərqlənirdi. Yəqin ki, bu sayğaclarda yeyinti edə bilmirdilər deyə, müasir sayğacı dəyişərək yerinə köhnə model qoyublar".

Dominant.az məsələyə aydınlıq gətirmək üçün "Azəriqaz" İstehsalat Birliyi ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov bildirib ki, sayğacların dəyişdirilməsi yeni hadisə deyil: “Biz beş ildən bir dövlət yoxlanışı müddəti başa çatan sayğacların dəyişdirilməsini həyata keçiririk. Bir qayda olaraq əhali abonent qrupunda sayğaclar 5 ildən bir açılaraq dövlət yoxlanışına gedir və “Azəriqaz” İstehsalat Birliyinin müvafiq departamentində xüsusi lövhələrə qoşulmaqla sayğacın daxili qüsurları öyrənilir".

"Qeyri-əhali abonentlər üçün isə dövlət yoxlanışın müddəti sayğaclarda üç ildən bir icra edilir. Əvvəlcə kamera ilə vizual baxış olur, daha sonra isə lövhələrə qoşulmaqla ən xırda incəliklərinə qədər sayğacın işlək vəziyyətdə olub-olmaması araşdırlır. Yəni bu, “Azəriqaz” İstehsalat Birliyi üçün çox vacib məsələdir ki, aldığımız tenderin qalibi olmuş istehsalçı şirkətin bu sayğacları bizim tələblərə uyğun işlədib, istehsal edib-etməməsini bilək”, - deyə C.Səfərov əlavə edib.

Qurumun sözçüsü vurğulayıb ki, bu yoxlanış prosesi abonentlərin özlərinin də marağında olmalıdır ki, “Azəriqaz” tərəfindən quraşdırılmış qaz ölçü qurğuları hansı vəziyyətdə olduğunu bilsinlər.

C.Səfərov kohnə model qaz sayğaclarının quraşdırılmasına da aydınlıq gətirib: "Köhnə qaz sayğacı ifadəsi düzgün deyil. Çünki sadəcə smart kart tipli sayğac çıxarılıb, yerinə “mexaniki” tipli sayğac quraşdırlır. Ona görə ki, hazırda biz smrat kart tipli sayğacların alışını olduqca aşağı salmışıq və pandemiyanın dünya enerji bazarında yaratdığı dəyişiklikərə, iqtisadi təsirlərə görə xərclərimizə yenidən baxmalı olmuşuq. Xərclərimizə baxdıqda isə smart kart tipli sayğacların əvəzinə, “mexaniki” tipli sayğacların alınmasına üstünlük verdik. Çünki “mexaniki” tipli sayğacların sayğac komplekti 70-90 manat arasında dəyişirsə, bu “smart” kart tipli sayğac komplektində 220-240 manat edir. Ona görə də “mexaniki” tipli sayğacların alışı daha sərfəli olduğu üçün bunlara üstünlük verilir”.

“Fərdi yaşayış evlərdində də “smart” kart tipli sayğac “mexaniki” tipli sayğacla əvəz olunursa, bu, o demək deyil ki, ora köhnə sayğac qoyulur. Əksinə, mənzil yeni “mexniki” sayğacla təmin edilir. Bundan isə heç kim narahat olmamalıdır. Çünki hər iki sayğacın funksiyası eynidir. Hər iki sayğac eyni işi görür. Əksinə, “mexaniki” tipli sayğacların bir üstün cəhəti də var ki, onlayn ödəniş mümkündür. Amma biz bunu smart tipli sayğaclarda edə bilmirik. Çünki smart kart tipli sayğaclar istehsalçı şirkət tərəfindən oflayn istehsal edilib. Amma “mexaniki”də onlayn ödəniş mümkündür. Eyni zamanda, abonentə bildiriş alandan sonra 30 gün möhlət hüququ verilir”, - deyə müsahibimiz vurğulayıb.

C.Səfərov onu da bildirib ki, smart kart sayğaclar dəyişərkən üzərində qalan məbləğ köçürmə yolu ilə abonentin balansına yüklənir: “Yəni abonent “mexaniki” sayğaca pul yükləyəndə həmin smart kartda qalan məbləğ nəzərə alınır. Bu da sayğac dəyişdirilməsindən minimum 10, maksimum 30 gün ərzində icra edilir”.

"Azəriqaz"ın növbəti sayğac DƏLƏDUZLUĞU - Təzəni aparıb yerinə köhnə qoşurlar"Azəriqaz"ın növbəti sayğac DƏLƏDUZLUĞU - Təzəni aparıb yerinə köhnə qoşurlar
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu