Pandemiya-karantin kimləri işsiz və pulsuz qoydu? - ARAŞDIRMA
Sosial
Oxunub: 318
10 avq 2020 | 22:50
Pandemiya-karantin kimləri işsiz və pulsuz qoydu? - ARAŞDIRMA


Sərt karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlarda bir çox iş yerləri bağlanıb, bir çoxu isə fəaliyyətini onlayn şəkildə davam etdirib.

Məlumdur ki, onlayn fəaliyyətini davam etdirən iş sahələrinin öncədən təcrübəsi var, yaxud da qısa müddətdə onlayn satışa hazırlaşa bilmə imkanı olub. Nəticədə qısamüddətli və uzunmüddətli perspektivdə bir çox insanlar işsiz qalıb. Ekspertlər itirilmiş iş yerlərinin hamısının tezliklə bərpa olunacağını proqnozlaşdırmırlar. Cebhe.info pandemiyanın hansı sahələrdə çalışanları tamamilə gəlirsiz qoyduğunu araşdırıb. Məlumdur ki, Azərbaycanda da bir çox iş sahələri bağlanıb, minlərlə insan işsiz qalıb. Etiraf etmək lazımdır ki, gəlir sahələrini itirən insanların bir qismi qeyri-rəsmi şəkildə çalışırdı. Qeyri-rəsmi iş sahələrində çalışanlar artıq demək olar ki, ilin yarısını işləmədən keçiriblər. Qazancı günlük olan dərzi, pinəçi, məişət avadanlıqlarının təmiri ilə məşğul olan şəxslər artıq uzun müddətdir ki, gəlir əldə edə bilmirlər. Onların öz fəaliyyətini onlayn şəkildə təşkil etməsi də həm karantin qaydalarına ziddir, həm də bu sahədə çalışanlar onlayn fəaliyyət göstərmək üçün kifayət qədər təcrübəli deyillər. Digər tərəfdən, toyların qadağan edilməsi bir çox iş sahələrinə də təsirsiz ötüşməyib.

Gəliri birbaşa toyların təşkil olunması ilə bağlı olan ofisiantlar, fotoqraflar, gül salonlarında çalışanlar da xeyli zərər edib. Koronavirusun təsir etdiyi rəsmi, qeyri-rəsmi iş sahələri saymaqla bitmir. Pandemiya dövründə məhz yuxarda sadaladığımız sahələrdə demək olar ki, minlərlə insan işini itirib. Bəlkə də dildə asan səslənsə də, amma bu sahələrdə nə qədər insanın çalışdığını nəzərə alsaq, məsələnin daha ciddi tərəfini görmək olar. Pandemiya ilə əlaqədar sərnişin daşımalarında da azalma müşahidə edilir. Yük daşımaları istisna olmaqla, yerüstü və hava nəqliyyatının fəaliyyətinin məhdudlaşdırılması bu sahədə xidmət göstərən, çörəyi buradan çıxan şəxslərə də təsirsiz ötüşməyib. Martın 18-dən onlar da fəaliyyətini dayandırıb. Koronavirus səbəbi ilə ölkə ərazisində tədris prosesi də dayanıb, uşaq bağçaları bağlanıb. Bu da o deməkdir ki, özəl uşaq bağçalarında, tədris və digər kurslarda çalışanlar da işsiz qalıblar. Nəticədə rəsmi, qeyri-rəsmi sahələrdə çalışan paytaxt sakinləri də karantin rejiminin yumşaldılmasını istəyir. Çünki onlar bu müddət ərzində ən çox zərərçəkmiş, pandemiyanın təsirinə məruz qalanlardandırlar. Karantin rejiminin yumşaldılmasını yay tətilini keçirmək, istirahət etmək üçün fikirləşənlər də də az deyil. Amma necə deyərlər, istirahət üçün pul lazımdır. Pul üçün isə işləmək...

Ekspertlərin dediyinə görə, bizi pandemiyadan sonra biznesin inkişafı və işsizliklə bağlı çətin dövr gözləyir. Qeyd edək ki, ölkə başçısı pandemiya dövründə işçilərin heç bir halda işdən çıxarılmaması barədə tapşırıq verib. Bu məqsədlə hökumət tərəfindən sahibkarlara və biznesə dəstək məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Amma qlobal pandemiya davam edir və bununla əlaqədar ölkəmizdə 5 aydır ki, karantin tətbiq edilir. Prosesin davam edəcəyi də istisna olunmur. Belə olan halda iş yerlərində ixtisarlar və ya bəzi sahələrin dayanması mümkündür. Artıq bu prosesə başlanıb və iş həcmi kəskin azalıb, bəzi sahələr üçün isə 2020-ci il ümumilkdə itirilmiş hesab olunur. Bununla yanaşı, bəzi işəgötürənlər pandemiyanın bitməsini və işçiləri işdən azad etmək üçün zaman gözləyir. Çünki iş həcmini bərpa etmək mümkün olmayacaq. Məsələn, turizm sirkətləri ən azı gələn ilə qədər işləməyəcək. Belə olan halda işçini saxlamaq bu şirkətlərə sərfəli olmayacaq.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu