“Tender kralları”na pandemiya da bata bilmir - Yenə Səhiyyə Nazirliyi və yenə“Arash Medical Company”
Sosial
Oxunub: 408
8 avq 2020 | 22:17
“Tender kralları”na pandemiya da bata bilmir - Yenə Səhiyyə Nazirliyi və yenə“Arash Medical Company”


Azərbaycanda tenderlərin, dövlət satınalmalarının böyük korrupsiya mənbəyi olmasına dair mətbuatda yazılan məqalələrin, ayrı-ayrı ekspertlərin tənqidi fikirlərinin sayı-hesabı yoxdur.

DTX-nın ayrı-ayrı icra hakimiyyətlərində və məlum nazirliklərdə keçirdiyi əməliyyatlardan da bəlli oldu ki, bu qurumların başındakı məmurların əsas çirkli gəlir mənbələrindən biri, bəlkə də birincisi məhz dövlət satınalmaları, tenderlərdir.

Lakin bütün tənqidlərə, faktlara və s. rəğmən, təəssüf ki, bu sahədə elə bir ciddi dönüş müşahidə olunmur. Yenə müxtəlif icra orqanları, nazirliklər şişirdilmiş satınalmalar təşkil edir, qeyri-şəffaflığa yol verir, tenderləri təkrar-təkrar özlərinə yaxın şirkətlərə qazandırır. Nəticədə isə yenə dövlətin, büdcənin “yağlı yeri” hansısa məmurun və ona yaxın şirkətlərin cibinə axır. Xüsusilə də eyni şirkətin hansısa dövlət qurumunun az qala bütün iri tenderlərini udması haqlı olaraq mütəxəssislərdə korrupsiyaya, sövdələşmələrə dair şübhələr yaradır.

Hələ ötən ilin sonunda mətbuatda dərc edilən məlumatlardan aydın oldu ki, “Arash Medical Company” MMC şirkəti 9 ildə 250 milyon manatlıq tender udub. Və bu şirkətin 9 il ərzində qazandığı 366(!) tenderin, satınalmalrın əsas hissəsi Səhiyyə Nazirliyinə məxsudur.

İndi isə məlum olur ki, Səhiyyə Nazirliyi bu şirkətə daha bir tender verib. Bu dəfə onun dəyəri 6 milyon manata yaxındır. Nazirlik Xırdalan şəhərində Abşeron Rayon Mərkəzi Xəstəxanasının tibbi avadanlıqlarla təchizatı üçün “Arash Medical Company” QSC-yə 5 milyon 538 min 476 manat ödəyəcək.

Vergilər Nazirliyinin reyester məlumatlarına görə, “Arash Medical Company” 22 iyun 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Lakin MMC artıq 2010-cu ildən tender müsabiqələrində iştirak etməyə başlayıb.

Nizamnamə kapitalı 2000 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 26-da yerləşir. “Arash Medical Company”nin qanuni təmsilçisi isə Məmmədov Kamran Abid oğludur. Açıq mənbələrdə Kamran Məmmədovun adına yalnız “Zoominfo” axtarış sistemində rast gəlinir. Burada o, “Arash Medical Company”nin direktoru kimi təqdim edilib. Lakin mətbuatda MMC-nin faktiki sahibinin Milli Məclisin sabiq spikeri Oqtay Əsədovun qardaşı oğlu Cavid Əsədov olduğuna dair çoxsaylı materiallara rast gəlinir.
“Tender kralları”na pandemiya da bata bilmir - Yenə Səhiyyə Nazirliyi və yenə“Arash Medical Company”


Təbii ki, normal, azad rəqabət şəraitində və məmur oliqarxiyasından uzaq bir mühitdə hansısa şirkətin çoxlu sayda tender qazanmasına adi hal kimi baxıla bilər.

Ancaq Azərbaycan reallıqları, yəni normal rəqabət mühitinin olmaması və ölkədə məmur oliqarxiyasının hələ də “at oynatması” belə satınalmalarla bağlı ciddi şübhələrin yaranmasına əsas verir.

Və görünən odur ki, büdcə vəsaitlərinin “tender kralları”na yönləndirilməsi prosesini nəinki çoxsaylı tənqidlər, üzə çıxarılan faktlar, keçirilən əməliyyatlar, həbslər və s. heç koronaviris pandemiyası da dayandırmaq gücündə deyil…(azpolitika)
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu