Bu icra başçıları "vurulacaq"?! - SİYAHI
Azərbaycanda vətəndaşlarda ən çox narazılıq yaradan dövlət qurumlarından biri məhz yerli icra hakimiyyətləridir. Onlar yerli əhalini incitmək, sahibkarlarda narazılıq yaratmaq və korrupsiya məsələlərində xeyli "ixtisaslaşıblar”
Noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilər həm də bu cür "kiçik padşahlar” üçün barometr rolunu oynayacaq. "Seçkilərin real nəticələri həm də hər bir rayonun rəhbərinin fəaliyyətinin qiymətləndirilməsi üçün ölçü vahidinə çevriləcək. Harada ki, hakimiyyət namizədlərinin mandat alması üçün daha çox saxtakarlıq etmək lazım gələcək, bu həmin rayonda yerli icra hakimiyyətinin nöqsanlı fəaliyyətinin və əhalini hökumətdən narazı salmasının, onu protest elektoratına çevirməsinin məntiqi sonluğu kimi qiymətləndiriləcək” - deyə məlumatlı mənbə bildirib.
Qaynağın sözlərinə görə, parlament seçkilərindən sonrakı ilk iki ayda çox sayda icra başçısının vəzifəsindən kənarlaşdırılması gözlənilir. "Artıq həmin icra başçılarının ilkin siyahısı da hazırdır. Siyahıda Bakı rayonlarından ikisinin - Xətainin icra başçısı Razim Məmmədov və Yasamalın icra başçısı İbrahim Mehdiyevin, həmçinin Bərdə rayonunun icra başçısı Vidadi İsayevin, Qazaxın icra başçısı Ayaz Əsgərovun, Laçının icra başçısı Akif Səlimovun, Ağsunun icra başçısı Ənvər Seyidəliyevin, Gədəbəyin icra başçısı Ramiz Yediyarovun da adları var. Amma istər bu, istərsə də siyahıdakı digər icra başçılarının sonrakı siyasi aqibəti haqqında qərarın qətiləşməsində həlledici rolu 1 noyabr seçkiləri olacaq. Rayonlar üzrə səsvermələrin sonucları şübhəsiz ki, hakimiyyətin iradəsinə uyğunlaşdırılacaq, amma pərdə arxasında real nəticələrin necə olduğu da "yuxarılar”a çatdırılacaq, hansı rayonda səslərə daha çox müdaxilə ehtiyacı duyulubsa, bu həmin rayonda yerli icra hakimiyyətinin səriştəsiz fəaliyyətinin yekunu kimi dəyərləndiriləcək və əsas məsuliyyət onların üzərinə qoyulacaq. Belə icra başçıları ilə isə cəza olaraq, 2015-ci ilin sonunadək yolların ayrılması qərarı veriləcək” - deyə mənbəmiz əlavə edib.
İcra başçılarının 1 noyabr təlaşı
Qaynağımız bildirib ki, bundan icra başçılarının özləri də məlumatlıdırlar və möhkəm təlaş keçirirlər: "Elə bu səbəbdən də bir çox rayonlarda nüfuzlu, hakim partiya və hakimiyyətin dolayısı ilə dəstəklədiyi namizədlərə qarşı "savaş” elan olunub. Onların elə bəri başdan - imzatoplama, yaxud namizədliyin qeydə alınma prosesində "zərərsizləşdirilməsi”nə, "ofsayd”a salınmasına çalışılır. Bununla da yerli icra hakimiyyətləri özlərini seçki günü baş verə biləcək xoşagəlməz sürprizlərdən və "yuxarılar”da qəzəb yaradacaq arzuedilməz nəticələrdən sığortalamaq istəyirlər”.
Beləliklə, "kiçik padşahları” 1 noyabrda olduqca çətin sınaq gözləyir. Seçkinin onların arasında kimlərin "kəlləsini qoparacağını” demək indidən qeyri-mümkün olsa da, ilin sonunadək çox sayda icra başçısının kreslosu ilə vidalaşması ehtimalı yüksək görünür.
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
21-09-2026, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?