“Minlərlə təhsil işçisi işsiz qala bilər” - Universitetlərin taleyi sual altında...
Sosial
Oxunub: 602
7 avq 2020 | 17:47
“Minlərlə təhsil işçisi işsiz qala bilər” - Universitetlərin taleyi sual altında...


Hazırda ən çox müzakirə edilən mövzulardan biri təhsil haqlarının yarıbarı azaldılmasıdır. Bununla bağlı çoxlu sayda təkliflər də səsləndirilib. Hətta tələbələrin əksəriyyəti dərslərin dayandırılmasına baxmayaraq, onlardan təhsil haqlarının tələb edildiyini bildiriblər. Tələbələr hesab edirlər ki, pandemiya dövründə normal təhsil ala bilmədiklərinə görə, təhsil haqqından azad edilsinlər. Valideynlər epidemiya ilə əlqədar iş yerlərinin bağlandığı üçün gəlirlərinin olmadığını qeyd ediblər.

Bu günlərdə millət vəkili Erkin Qədirli də təhsil haqları ilə bağlı parlamentdə çıxış edib.Deputat bildirib ki, pandemiya ilə əlaqdar olaraq universitet və məktəblərdə dərslər demək olar ki, keçirilməyib:

“Təklif edirəm ki, təhsil haqqları yarıbayarı azaldılsın”.

Lakin burada vacib bir nüansı diqqətdən kənarda qoymaq olmaz. Ödəniş haqları yarıbarı azaldığı halda bu, təhsil ocaqlarının durumuna necə təsir göstərəcək? Ali məktəblər tələbə təqaüdləri və müəllimlərin əmək haqlarının təminatını necə həyata keçirəcək?

Suallarımıza cavab tapmaq məqsədilə tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədovla əlaqə saxladıq. O “Sherg.az”a ölkəmizdə təhsil haqlarının yüksək olduğunu və reallığı əks etdirmədiyini bildirdi. Ekspertin sözlərinə görə, 2019-cu ildə Prezidentin Sərəncamına əsasən Azərbaycanda ali təhsil müəssisələrinin 45 faiz plan yeri ödənişli, bu ildən isə 50 faizi ödənişsiz olacaq:

“Bir çox kateqoriyalı insanlar var ki, onlar ödənişli əsaslarla ali məktəbə qəbul olsalar da, ödənişləri dövlət hesabına verilir. Məcburi köçkünlərin, şəhid övladlarının, valideyn hüququndan məhrum olanların və.s təhsil haqqını dövlət öz büdcəsindən ödəyir. Bu gün Azərbaycanın ali təhsil müəssisələrinə bir qəbul ilində 47 min plan yeri varsa, onun 25 mini pulsuzdur. 7 mindən çox şəxs isə ödənişli əsaslarla universitetə qəbul olsalar da, onların təhsil haqlarını dövlət ödəyir. Ona görə deyə bilmərik ki, təhsil haqları yarıya endirilməlidir. Bu zaman ali təhsil müəssisələrində çalışan minlərlə insanın işini itirməsi təhlükəsi ortaya çıxacaq”.

K.Əsədov qeyd edib ki, Azərbaycanın ali təhsil müəssisələrinə daxil olan vəsaitin 80 faizi işçi qüvvəsinin əmək haqqının ödənməsinə sərf olunur:

“Bu gəlirlər aşağı düşərsə, avtomatik olaraq bir çox əməkdaşlar işdən çıxmalıdır. Təklifi edəndə alternativ olaraq ali təhsil müəssisələrinin maliyyələşmə mənbələrini də tapmaq lazımdır. Təhsil haqları yarıya endirilsə, dövlət büdcəsi hesabına bunu ödəsə, büdcə yüklənmiş olacaq. Ona görə də təhsil alan şəxslərin ödəmələrinə dövlət sadəcə müəyyən güzəştlər etməlidir. Məsələn pandemiyadan zərər çəkmiş ailələrə dövlət büdcəsindən 40 milyon manat vəsait ayrılmışdı. Prezidentin Sərəncamı ilə 20 min şəxsin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilib. Hesab edirəm ki, bu istiqamətdə işlər aparılmalıdır. Koronavirusa qarşı Mübarizə Fondu yaradılıb, ora 100 milyondan çox vəsait ayrılıb. Bundan başqa, bir çox təşkilat var ki, onlara ayrılan vəsaitlər azalmalıdır”.

Ekspertin sözlərinə görə, Parlamentdə təhsil haqlarının aşağı salınmasına dair təklif səslənir. Amma Milli Məclisin saxlanması üçün böyük vəsait ayrılır:

“Bu vəsaitlərə müəyyən qədər qənaət etməliyik. Büdcədən ayrılan bu tipli vəsaitlər azalarsa, təhsil haqlarına ödəmələr etmək lazımdır. Birbaşa təhsil haqqını azaltmaqla universitetlərin müqəddəratı sual altına düşəcək. Onsuz da universitetlərin kənar gəlirləri yoxdur. Ən azından ali təhsil müəssisələrinə müəyyən maliyyə mənbələri göstərilərsə, bu, onlar üçün problem yaratmaz”.

İqtisadçı-ekspert Rəşad Həsənov da pandemiyanın əhalinin gəlirlərinə mənfi təsir göstərdiyini qeyd edib.
Ekspertin qənatincə, Azərbaycanda ödənişli təhsil sistemi ilə əhalinin real gəlirləri arasında optimal səviyyə müəyyən edilməyib:

“Ona görə də indiki zamanda təhsil haqlarına müdaxilə etmək məqsədəuyğundur. Nəzərə almaq lazımdır ki, insan kapitalı vacib elementdir. Hətta pandemiya olmayan dövrlərdə də vətəndaşlar ödənişli təhsil sistemi barədə çətinlik çəkirdilər.

Ödəniş edə bilməyən vətəndaşlar arasında təhsil hüququndan imtina edənlər də olub. Bu baxımdan dövlətin qarşısında duran əsas məsələ yaranan çətinliklər fonunda əhalinin səhiyyə, təhsil və ərzaq təminatı xərcləri istiqamətində işlər görməkdir.

Dövlət əhalinin azalan gəlirlərinə adekvat olaraq müəyyən kompensasiya proqramlarını həyata keçirməlidir”.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu