“Azərxalça”nın əməkdaşları 5 aydır maaş almır - GİLEY
Sosial
Oxunub: 374
6 avq 2020 | 16:09
“Azərxalça”nın əməkdaşları 5 aydır maaş almır - GİLEY


“Mən “Azərxalça”nın Abşeron filialında çalışıram. Kollektivimiz 80 nəfərdir. Bizim işçilərdən ibarət qrupumuz var, hər kəs müəssisənin fəliyyətindən narazıdır. Çünki fevral ayından etibarən maaşlarımızı vermirlər”.

Bu sözləri “Azərxalça” ASC-nin Abşeron filialının işçisi Ruhiyyə Çələbiyeva Yenisabah.az-a müraciətində deyib. O qeyd edib ki, problemlə əlaqədar bir dəfə sexin həyətində toplaşıb etirazlarını bildiriblər, lakin nəticə olmayıb:

“Fevral ayından sonra 2 dəfə bizə 100 manat pul verdilər. Hətta bəziləri 46 manat aldı, ümumiyyətlə, məbləğlər fərqli idi. Ən yüksək alan elə 4-5 nəfər olduq. Biri guya mart ayının maaşıdır, digəri isə evdə qaldığınızı görə verilib. Hər həftə maaş kartını yoxlayırıq ki, bəlkə maaşımızı köçürmüş olarlar. Bildirim ki, müqavilə işləyirik və müqavilədə maaş 250 manat yazılıb. Biz mart ayından etibarən evdəyik. İşçilərin hamısı çətin vəziyyətdə yaşayırlar, imkan yoxdur. Maaş kartınıza görə çox ehtiyacımız olduğu halda, nə 190 manat, nə də digər yardımlardan ala bildik. Amma aylardır maaş üzü görmürük. Müdiriyyət bizi düşünmür. Çox pis vəziyyətdəyik. Ehtiyac üzündən işləyirik, elə xanımlar var ki, ailədə gəlir gətirən yoxdur, yoldaşı rəhmətə getdib və övladına baxmaq üçün işləyir, hətta mən ürəyim xəstə ola-ola işləyirəm. Vəziyyəti nəzərə almalıdırlar. Dövlət bütün sahibkarlara pul ayırır ki, işçilər pis vəziyyətdə qalmasın, bizim maaşımızı yeməsinlər”.

Məsələyə münasibət bildirən “Azərxalça”ASC-nin mətbuat katibi Tural Səfərov əməkhaqqı ilə bağlı problemin yarandığını təsdiqləyib:

“Fevral ayının əməkhaqqını almayıblar, lakin mart ayında iş günü az olduğu üçün onlara həmin müddətin maaşı verilib. Daha sonra isə məlumdur ki, karantin olub. Xalçaçılar işəmuzd əməkhaqqı alırlar. Yəni nə qədər xalça toxuyurlarsa, onun qarşılığı verilir, dövlət əlavə pul verə bilməz. Bir kvadrat metr xalçanın toxunması üçün müəyyənləşdirilən əməkhaqqı 250 manatdır. Ondan az xalça toxunsa, maaş 250 manatdan az olacaq. Yox, əgər işçi 2 kvadrat metr toxusa, 500 manat maaş alacaq. Ümumiyyətlə, əgər toxucu 1 kvadrat metrdən az xalça toxuyursa, heç onu işdə saxlamalı deyilik, çünki məhsuldar deyil. Sadəcə olaraq gənc olmalarını, işə yeni başlamalarını nəzərə alaraq müəyyən vaxt tanıyırıq ki, zamanla öyrənsinlər.

Əməkhaqqının az verilməsi məsələsinə gəldikdə isə Tural Səfərov bildirib ki, mart ayında iş günlərinin sayı az olub,ona görə də 70-80 manat maaş ödənilib:

“Pandemiya ilə əlaqədar dünya bazarındakı vəziyyət bəllidir, giriş çıxışlar məhdudlaşdırılıb. Məhsul çıxarıb satmaq qeyri-mümkündür, bu səbəblə də maliyyə problemi yaranıb. Həmçinin emal mərkəzi olmalıdır ki, xalçalar yuyulub satılsın. Sözügedən mərkəzin yaradılması bu il üçün nəzərdə tutulmuşdu, lakin o da axsayıb. Bundan əlavə bizim Sumqayıtda yunəyirici boyaq fabrikimiz var. Onun mart ayında istifadəyə verilməsi nəzərdə tutulur ki, xammal oradan çıxsın. Hazırda biz xammalı xaricdən alırıq. Pandemiyaya görə onu da ala bilmirik. Müəssisələrin işləməmə səbəbi həm də xammalın olmamasıdır. Bundan əlavə, bizim fabriklərdə 70-80 nəfər bir yerdə çalışır. Toxucuların çalışdığı yerdə aralarında 30-35 santimetr məsafə var. Karantin tələbinə görə isə məsafə 2 metr olmalıdır. Bu isə işsizlik üçün bir digər səbəbdir”.

Həmsöhbətimiz vurğulayıb ki, maliyyə problemi ilə əlaqədar hökumətə müraciət olunub:

“Köməklik göstərilməsi tələb edilib. Bu məsələyə Maliyyə və İqtisadiyyat nazirliklərində baxılıb. Artıq son mərhələdir. Yaxın günlərdə bizə vəsait ayıracaqlar. Bu vəsaitə əsasən də fevral ayı üçün tam əməkhaqqı, digər aylara görə isə minimum əməkhaqqının 2/3 hissəsi işçilərə ödəniləcək. Boş dayanma yarandığına görə, müəssisə belə edəcək. Əməkhaqqının 2/3-si isə dövlətin verdiyi 190 manatdan az deyil, təxminən o civarda olacaq. Bunların hamısı 7-10 gün ərzində mümkün olacaq. Biz işçilərin sex rəislərinə, filial direktorlarına lazımi məlumatı vermişik. İşçilərin bu haqda məlumatlarının olmaması qəribədir. Hətta bəzi işçilərə özüm vəziyyəti izah etmişəm. Hər gün toxucularla danışıram. Hazırkı vəziyyət belədir və bundan dövlətin də xəbəri var. “Azərxalça” təsərrüfat çaplı müəssisədir, yəni özü toxuyub satmalı və elə gəlir əldə etməlidir”.

Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu