"Türk soyundan gələn adlara niyə üstünlük verilmir?" - ETİRAZ
Sosial
Oxunub: 308
6 avq 2020 | 20:17
"Türk soyundan gələn adlara niyə üstünlük verilmir?" - ETİRAZ


Statistik göstəricilərə görə, övladlarına dini şəxslərin adlarını qoyan ailələrin sayında artım müşahidə olunur. Valideynlər oğlan uşaqlarına daha çox Yusif, Əli, Hüseyn, Ömər, qızlara isə Zəhra, Zeynəb və Fatimə adlarını qoymağa üstünlük verirlər. Azərbaycanda ailələrin islam dinindən gələn adlara meyl göstərməsini yaxşı göstərici hesab etməyənlər də var.

Həmin şəxslər valideynlərə daha çox milli adlara üstünlük verməyi tövsiyə edir.
Sovet dövründə dini adlara tələbat bu qədər çox deyildi. Dini adlarla bağlı ailələrə müəyyən məhdudiyyət qoyulduğundan insanlar dinə bağlılığını gizlətmək məcburiyyətində qalırdı. Müstəqillik illərində isə SSRİ xofu aradan qalxdığı üçün insanlar dini ibadətlərini bərpa edib, islami adlara meyl etməyə başladılar. Dini adların çoxalmasını cəmiyyətdə dinin mövqeyinin güclənməsi kimi dəyərləndirən ziyalıların fikrincə, ailələrdə milli şüur, ləyaqət hissi güclü olmalıdır ki, onlar uşaqlarına öz adlarımızı versinlər.

Azərbaycanda dini adların artmasını təhlükə kimi qabartmağın yanlış olduğunu düşünənlər də var. Onlar dini ənənələrə bağlı adların yayılmasını insanların azad seçim imkanları ilə əlaqələndirir.

Sözsüz ki, uşaqlara dini adlar qoyula bilər. Valideynlər övladına ad qoymaqda sərbəstdir. Lakin bu adları statistikada ilk sıralarda yer alacaq qədər genişləndirməyə nə gərək var?

“Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının “Sherg.az”a açıqlamasına görə, uşaqlara ərəb və dini adların çox qoyulmasına təbii yanaşmaq lazımdır.
Onun sözlərinə görə, Azərbaycan müsəlman ölkəsidir, dinimiz islam dinidir. İnsanlar isə ad seçməkdə hürdürlər: “Çox istəyərdim ki, dini adlarla yanaşı, milli və türk soyundan gələn adlarımıza da üstünlük verilsin. Amma dini adların verilməsi milli adlara mane olmur. Hər ikisinin qoyulması mümkündür. Dini adlar milli adları üstələyəcək deyə bir qayğımız olmamalıdır. Azərbaycan müstəqilliyini qazandıqdan sonra milli adlar daha çox olub. Dini mənşəli adların da olması təhlükə təşkil etmir. Bunun üçün narahat olmaq lazım deyil. Kim hansı adı istəyirsə, övladına da həmin adı qoya bilər. Nəvələrimə milli və türk soyundan gələn adlar qoymuşam. Kimsə dini adlar qoymaq istəyirsə, buna mane olmamalıyıq. Fikrimcə, bu məsələ heç müzakirə mövzusu olmamalıdır”.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu