ABŞ-da lobbi yaradan sabiq nazir oğlu qeyb olub - Anar Məmmədov kimilərin vətən sevgiləri boğazdan yuxarıdır
Sosial
Oxunub: 330
24 iy 2020 | 19:46
ABŞ-da lobbi yaradan sabiq nazir oğlu qeyb olub - Anar Məmmədov kimilərin vətən sevgiləri boğazdan yuxarıdır


Bir vaxtlar Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oyanayan sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov lobbiçilik fəaliyyətinə başlamış, Amerika siyasi çevrələrində böyük iddiaları və gözqamaşdırıcı planları ilə peyda olmuşdu. Hətta bu iddialardan biri kimi o, Konqresin Xarici Əlaqələr Komitəsinin keçmiş sədri Dan Bartonu yüksək maaşa Amerika Azərbaycan Alyansının icraçı direktoru təyin etmişdi.

Gedişat göstərdi ki, nazir oğlunun lobbiçilik fəaliyyəti Vaşinqtonda hər dəfə yüzlərlə adamın qatıldığı qala-ziyafətlərlə və təntənəli Azərbaycan gecələri ilə yadda qalıb. O vaxtkı məlumatlara görə, bu ziyafətlər üçün ərzaq xüsusi təyyarələrdə Bakıdan daşınır, qonaqları Azərbaycanın tanınmış müğənniləri əyləndirirdi. Ziyafətə qatılanlar isə konqresmenlər, senatorlar, səfirliklərin nümayəndələri, diaspor üzvləri, habelə rəsmi şəxslər olurdu.

Amma görünən odur ki, atası nazir postundan çıxarılandan sonra bu gəncin də Azərbaycan eşqi, vətən sevgisi, lobbiçilik fəaliyyəti həmin kreslo ilə bərabər tarixə qərq olub. Əks halda, ABŞ-da azərbaycanlılara qarşı iyrənc hərəkətlərlə gündəmə gələn ermənilərə qarşı Azərbaycanın xaricdə təşkilatlanmasına ciddi ehtiyac duyulan bir vaxtda sabiq nazir oğlunun “vətən sevgisi” hiss olunardı. Heç olmasa ortalıqda görünərdi...

Ziya Məmmədov 2017-ci ildə vəzifədən azad ediləndən sonra Anar Məmmədov da qeybə çəkildi...

Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, vaxtilə vəzifədə olanda özünü vətənsevər, dövlət təəssübü çəkən kimi göstərən məmurlar olub, elə indikilərin də arasında belələri var:

“Elə onların övladları da ataları kimi davranıb. Ata vəzifədən gedən kimi övladı ilə birlikdə Azərbaycanın ictimai-siyasi mühitindən buxarlanıblar. Bu və digər şəkildə özlərini ifadə etmirlər. Ancaq unudurlar ki, nəyə nail olublarsa, bu dövlətin, bu xalqın hesabına əldə ediblər. Azərbaycan Respublikası vəzifədə olanın da vətənidir, vəzifədən gedənin də, vəzifədən kənar qalanın da. Bu vətənin, bu dövlətin güclənməsi hər birimizin prioriteti olmalıdır və hansı mövqedə olmağımızdan asılı olmayaraq, onun inkişafı naminə özümüzün imkanlarımız daxilində töhfələrimizi verməliyik. Təəssüf ki, belə üstün keyfiyyətləri bu cür insanlarda görmürük”.

F.Ağamalı əlavə edib ki, bu cür insanlarda vətən, dövlət anlayışları kifayət qədər deyil, sevgiləri də boğazdan yuxarıdır.
Bu gün, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...