Melorasiya və Su Təsərrüfatı ASC-nin “Ruzi”si 6 ay ərzində 58 tender "udub" - İcazə verin, şübhələnək...
Sosial
Oxunub: 346
23 iy 2020 | 17:49
Melorasiya və Su Təsərrüfatı ASC-nin “Ruzi”si 6 ay ərzində 58 tender "udub" - İcazə verin, şübhələnək...


Azərbaycanda korrupsiyanın nəinki təşəkkül tapdığı, hətta əndazələri aşdığı da məlumdur. Ard-arda məmur həbsləri, üzə çıxan dəhşətli korrupsiya faktları bu prosesin çox dərinlərə işlədiyini, artıq qarşısıalınmaz bir şey çevrildiyindən xəbər verir. Görülən tədbirlərin nə qədər effektiv olduğunu demək də çətindir. Çünki dəyişən heç nə yoxdur.

Ölkədə ən korrupsiyalaşmış qurumlar sırasında Meliorasiya və Su Təsərrüfatı ASC öncül yerlərdən birini tutur. Hər il büdcədən yüz milyonlarla manat pul alan bu qurumun yarıtmaz fəaliyyəti də göz qabağındadır. Neftçala və Salyan rayonlarının susuzluqdan əziyyət çəkməsi, Aran bölgəsində məhsulun susuzluq üzündən yanması, Kürün deltasının təmizlənməməsi bunun əyani sübutlarındandır. Halbuki sözügedən qurum hər il təkcə, Kürün deltasını təmizləmək adı ilə milyonlarla manat pul silir. Ki, 2010-cu ildən bəri mütəxəssislər israrla Kürün deltasının təmizlənməsinin vacib olduğunu tələb edirlər.

Meliorasiya və Su Təsərrüfatı ASC isə bütün bu deyilənləri kənara qoyaraq, özünə “Ruzi”li iş tapıb. Belə ki, sözügedən qurum 46 gün içərisində, yəni 29 yanvar-14 mart aralığında “Ruzi” MMC adlı şirkətə 39 tender verib. “Qalib gəlib” ona görə yazmırıq ki, burada sağlam rəqbət yolu ilə tenderdə qalib olmaq imkansızdır. Və “Ruzi” MMC-yə həmin 39 tenderə görə, 6.7 milyon manat pul verilir.

Rəsmi statistikaya diqqət yetirdikdə belə məlum olur ki, “Ruzi” MMC bir gündə hətta 5 tenderin qalibi olub. Nəzərinizə çatdıraq ki, bu təkcə, bu ilin əvvəlindən mart ayına qədər olan göstəricilərdir. Təsəvvür edək ki, ötən illərdə də “Ruzi” MMC-yə nə qədər tender verildiyi məlum deyil. Bunu təsdiq edəcək bir başqa fakt daha var.

“Ruzi” MMC 14.03.2020-ci ildən sonra da “Ruzi”siz “yola” çıxmayıb. Əksinə, ümumi dəyəri 2 milyon manata yaxın daha 19 tenderin “qalibi” elan edilib.
Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı ASC ilə “Ruzi” MMC arasındakı so 6 aylıq “əməliyyatlar” 58 tender hesabına, büdcəyə 9 milyon manat “yük olub”. Maraqlı məqam odur ki, sözügedən şirkət aldığı pulun müqabilində hansı işləri görüb ki, yayın oğlan çağında Aran bölgəmiz, Neftçala rayonu susuzuluqdan yanır?

Rəsmi sənədlərə diqqət yetirdikdə aydın olur ki, keçirilən tenderlərdə tərəflərin bir birilərinin üzərində öhdəlikləri var. Meliorasiya və Su Təsərrüfatı ASC-nin öhdəliyi pulun ödənilməsidir. “Ruzi” MMC isə işlərin icrasını həyata keçirməlidir. Sənədlərə diqqət yetirdikdə məlum olur ki, “Ruzi” MMC Meliorasiya və Su Təsərrüfatı ASC üçün nasos stansiyaları, hidrotexniki quruğular, maşınlar, nasoslar üçün ehtiyat hissələri almalı, təmir etməli və bu qəbildən olan, hətta tikinti işlərini belə həyata keçirməlidir.

Bizim üçün maraqlı məqamlardan biri də odur ki, Hesablama Palatası 6 ay içində 58 tenderin “qalibi” olmuş şirkətdən necə xəbərsiz olub? Və ya Palata Meliorasiya və Su Təsərrüfatı ASC-nin bir şirkətə 6 ay içində 58 tenderi necə verdiyini niyə araşdırmayıb? Elə ilk baxışdan aydın görünmürmü ki, burada korrupsiya və yeyinti var?

Bildirək ki, “Ruzi” MMC-nin kimə məxsus olduğu barədə araşdırmalarımız nəticə verməyib. Amma bu istiqamətdə dəqiqləşdirmələrimiz davam edir. Hər halda bu şirkətin Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinə yaxın olması istisna deyil. Çünki belə böyük həcmli tenderləri “özgə” şirkətlərə nə verərlər, nə də yedirdərlər.
Məsələ ilə bağlı adları çəkilən qurumların da mövqeyini dərc etməyə hazırıq. (JAMAZ.İNFO)
Bu gün, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...