Dializ xəstələrindən baş həkimə qarşı SƏRT İTTİHAM: - “Bu, bizim üçün ölümə bərabərdir”
Sosial
Oxunub: 325
22 iy 2020 | 19:22
Dializ xəstələrindən baş həkimə qarşı SƏRT İTTİHAM: - “Bu, bizim üçün ölümə bərabərdir”


“İndi bu addımı belə “əsaslandırlar” ki, guya xəstələrin “qayğısına” qaldıqları üçün bizi digər dializ mərkəzlərinə paylaşdırmaq istiyirlər”.

Yenicag.az-a müraciət ünvanlayan Mərkəzi Neftçilər Xəstəxanasının hemodializ şöbəsində müalicə alan I qrup əlillər bəzi məmurların xəstələrin maraqlarına uyğun olmayan və onların sağlamlığını təhlüküyə atan qərarlar qəbul etdiklərini bildiriblər.

Xəstələrin verdiyi məlumata görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) , bir neçə ay əvvəl hemodializ şöbəsini ləğv edərək, onun bazasında COVID-19 xəstələri üçün müalicə bölməsinin təşkilinə qərar verib.

Xəstələrin adından redaksiyamıza müraciət edən Müzəffər Vəliyev bildirib ki, fikirlərini soruşmadan onların şəhərin uzaq nöqtəsində yerləşən digər hemodializ mərkəzinə göndərilməsi planlaşdırılıb:

“Bu tədbirin pərdəarxası məqamı ondan ibarətdir ki, xəstəxananın direktoru Musa Abbasov hemodializ şöbəsinin binasını satmaq fikrinə düşüb və məlumata əsasən, burada özəl stomotoloji klinika yaratmaq istəyir. Ancaq yerdəyişmə zamanı müxtəlif neqativ halların yaranmasının, o cümlədən, xəstələrin uzun illərdir, etibar qazanmış tibbi personalın xidmətindən kənarlaşdırılmasının onların sağlamlığına vuracağı zərbənin qarşısını almaq məqsədi ilə xəstələr öz etirazlarını bildiriblər.

Xəstələrin ölkə rəhbərliyinə müraciət etməsindən sonra TƏBİB tərəfindən komissiya təşkil olunub. Hemodializ şöbəsinin yerləşdiyi binanın texniki vəziyyəti araşdırılıb və mövcud şəraitin (ventilyasiyanın olmaması ,qırmızı və sarı zonaların yaradılmasının qeyri-mümkünlüyü və s) COVID-19 virusunun müalicəsi üçün müvafiq olmaması barədə rəy verilib. Nəticədə yuxarıda göstərilən əmr ləğv edilib.

Lakin biz bu qərar sevinməyə imkan tapmadıq. Xəstəxananın baş həkimi Musa Abbasov bir müddət keçdikdən sonra öz planını bu dəfə Respulika Dializ Komissiyasının rəhbərliyində təmsil olunan Mirhəşim Cavadov və Fariz Babayevin əli ilə yenidən həyata keçirmək fikrinə düşüb.

İndi bu addımı belə “əsaslandırlar” ki, guya xəstələrin “qayğısına” qaldıqları üçün bizi digər dializ mərkəzlərinə paylaşdırmaq istiyirlər. Qeyd etmək lazımdır ki, bizim hemodializ şöbəsi bütün parametrlərinə görə ölkənin ən müasir səhiyyə bölməsi və qabaqcıl kollektividir.

Digər mərkəzlərlə müqayisədə buranın iş üslubu müsbət mənada fərqlidir. Bir faktı qeyd edim ki, o biri mərkəzlərdə hepatit və COVID-19 infeksiyasına yoluxma halları baş versə də, bizim mərkəzdə belə hallar olmayıb. Ona görə də, bizim mərkəzdəki xəstələrin başqa şöbələrə göndərilməsi xəstələr üçün ölümə bərabər olacaq”.

Müzəffər Vəliyev növbəti dəfə ölkə rəhbərliyinə müraciət edərək, problemin həlli üçün yardım istəyib:

“Sizdən xaiş edirik ki, yuxarıda göstərilən nahaqq işin qarşısını alasanız və bizim kollektivə kömək edib, Neftçilər xəstəxanasının hemodioliz şöbəsinin məhvinə imkan verməyəsiniz”.
Bu gün, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...