Məktəblərin açılması sual altındadır: - Məktəbli forması da hələ tikilmir
Sosial
Oxunub: 368
20 iy 2020 | 17:52
Məktəblərin açılması sual altındadır: - Məktəbli forması da hələ tikilmir


2020-2021-ci il tədris ili üçün məktəbli formalarının tikilməsinə hələ başlanılmayıb.

Bu barədə məlumatı Cebhe.info-ya "Bakı Tikiş Evi"nin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.

Yeni tədris ilində təhsil müəssisələrinin açılmasının sual altında olduğunu əsas gətirən müəssisə rəsmisi məktəbli formalarının tikilməsini müvəqqəti dayandırdıqlarını deyib. Həmçinin yeni məktəbli geyimləri ilə bağlı rəsmi qərarın verilmədiyini də bildirib:

“Hələlik məktəbli formaları tikmirik. Çünki anbardakılar satılmayıb. Məktəblərin açılması hələ sual altındadır. Nə vaxt açılacağı da bilinmir. Kifayət qədər material və ləvazimatlarımız var. Lazım olan kimi tikəcəyik. Bizim buna gücümüz yetir. 5 seximiz və 800 işçimiz var. Gün ərzində 1000 ədəd məktəbli forması tikə bilirik. Amma anbarımızda və mağazalarda köhnə məktəbli formalarından qalıb, əlavə tikib anbara yığmağın mənası yoxdur. Yeni məktəbli formaları ilə bağlı məsələ də açıq qalıb. Gözləyirik, görək bu məsələlər necə olacaq.

Qeyd edək ki, bu il fevralın 10-da Təhsil Nazirliyi yanında İctimai Şurada ümumi təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqinə dair ilk müzakirələr keçirilib. Məktəbli formalarının hazırlanması üzrə təkliflər paketinin işlənib hazırlanması, optimal variantın müəyyənləşdirilərək Şuraya təqdim olunması təklif olunub. Təhsil Nazirliyi 2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihə irəli sürüb və bununla bağlı ictimai rəy öyrənilib. İctimai rəylə bağlı nəticələr bu günə qədər ictimaiyyətə açıqlanmayıb.

Layihəyə görə, qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olması nəzərdə tutulur. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Yeni məktəbli forması ilə bağlı son qərar hələ verilməyib.
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Dünən, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Dünən, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Dünən, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
16-05-2024, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
16-05-2024, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
16-05-2024, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
16-05-2024, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...