“Şəhid ailəsinə edilən yardımı dilə gətirmək ayıbdır, günahdır” - deputat
Sosial
Oxunub: 335
20 iy 2020 | 18:48
“Şəhid ailəsinə edilən yardımı dilə gətirmək ayıbdır, günahdır” - deputat


Şairə və aparıcı Nazilə Səfərlinin şəhid general Polad Həşimovun ailəsini ziyarət etdikdən sonra generalın anası ilə foto paylaşması və ailəyə kondisioner hədiyyə göndərərək bunu sosial şəbəkədə yayması birmənalı qarşılanmayıb. İnsanlar şairənin bu hərəkətini mənəvi terror, şəhid anasına və ailəsinə hörmətsizlik olaraq qiymətləndiriblər.

Millət vəkili Aqil Abbas məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, şəhid ailələrinə göstərilən yardımın dilə gətirilməsi günahdır:

“Şəhid ailələrinə yardım məqsədilə nəsə göndərmələrinə bir şey demirəm. Amma bunu çəkib paylaşırlarsa, bu, artıq haramdır, ayıbdır. Ağcabədinin ermənilərlə 60-70 kilometr cəbhə xətti var və mən bu dəqiqə cəbhə xəttindəyəm. Əsgərlərimizin yanındayam. İndi Ağcabədidə, yaxud Ağdamda kimə nə etmişəmsə, onu danışmalıyam? Mən bunu danışsam, günah işlətmiş olaram. Adam elədiyini deməz. Bildirim ki, mən hər həftə cəbhə bölgəsindəyəm. Bir dəfə qəzetdə və ya saytda şəklimi görmüsünüz? Heç kim görməyib, heç görməyəcəklər də... Çünki bu, mənim vəzifə borcumdur, gəlmişəm ki, ailələrə diqqət göstərim. İndi isə sadəcə misal olaraq dedim. Mən bunu qəbul etmirəm ki, edilən yaxşılıq ictimailəşdirilsin. Kondisionerin qiyməti nədir ki? Lap 200-300 manat olsun, bunu paylaşmağın nə adı var? Şəhid ailəsi bu hədiyyəni qaytarmaqla çox doğru addımı atıb. O ananın torpaq yolunda övladı şəhid olub. Sən isə göndərdiyin 300 manatlıq bir şeyi paylaşırsan. Sağ əlin verdiyini sol əl bilməməlidir. Mən bu cür hərəkətlərə çox pis baxıram. Bir neçə gün əvvəl dedilər ki, bir şirkət sahibi şəhid ailəsinə ev verib, lakin adının açıqlanmasını istəməyib. Həmin şəxs çox kişi adamdır. Füzulinin bir şeiri var: Canı kim cananı üçün sevsə, cananın sevər, Canı üçün kim ki, cananın sevər, canın sevər. Yəni kim ki sevdiyi şəxsi öz canı üçün sevir, o, əslində, özünü sevir. Kim ki bunun əksini edir, yəni canını cananı üçün sevir, deməli, o sevdiyi adamı daha üstün tutur. Əsl sevgi budur. İndi kim kömək etmək istəyirsə, Allah işini avand eləsin. O, onun insanlığıdır. Amma daha feysbukda paylaşıb reklam eləməsin, çünki onu edən normal adam deyil. Belələri hər şeyi özü üçün edir”.
Bu gün, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...