FVS-İnşaat DÖVLƏT ƏMLAKINI DAĞITSA DA... - QALMAQAL
Sosial
Oxunub: 303
18 iy 2020 | 20:47
FVS-İnşaat DÖVLƏT ƏMLAKINI DAĞITSA DA... - QALMAQAL


Bakı Şəhər İcra Hakimiyyəti və Nizami Rayon İcra Hakimiyyəti Ə.Əzimzadə, R.Rüstəmov və K.Balakişiyev küçələrinin kəsişməsindəki köhnə tikililərin sökülüb yerində çoxmərtəbəli binaların tikilməsi üçün sərəncamlar verib. O ərazidəki ikimərtəbəli yaşayış binaları və başqa tikililər sökülüb. DİA.AZ xəbər verir ki, söküntüdən sonra "Azəristiliktəchizat" ASC bu işləri həyata keçirən tikinti şirkətindən - "FVS-İnşaat" MMC-dən tələb edib ki, oradakı qazanxananı bərpa etsin. Üç ildir ki, buna görə tərəflər arasında məhkəmə çəkişməsi gedir. Yəqin ki, çəkişmə bundan sonra da aylarla davam edəcək. Çünki bugünlərdə ikinci dəfə bu mübahisəyə baxan Ali Məhkəmə yenə aşağı instansiyanın qərarını ləğv edib, təkrar araşdırma üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.

"Azəristiliktəchizat" iddia edir ki, 16 saylı İstilik Sistemləri İstismar Sahəsinin balansında olan 277 saylı qazanxana onlara xəbərdarlıq edilmədən sökülüb. Söküntü vaxtı qazanxana fəaliyyətsiz olsa da, onu yaxın gələcəkdə rekonstruksiya edib, istismara buraxmağı nəzərdə tutmuşdular.

"FVS-İnşaat" MMC-nin nümayəndələri isə deyir ki, "Azəristiliktəchizat" 99 kvadratmetrlik qazanxananın məhz bu şirkət tərəfindən sökülməsini təsdiqləyən heç bir sübut ortaya qoymur. Vurğulayıblar ki, ən əsası, ərazidəki söküntü işlərinə dövlət orqanları icazə verib. Ortada Bakı Şəhər İcra Hakimiyyəti və Nizami Rayon İcra Hakimiyyətinin sərəncamları olduğuna görə burada qanunsuz hərəkətdən söhbət gedə bilməz: "Şəhərsalma və Arxitektura Komitəsinin "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu tərəfindən ərazinin tikinti planlaşdırılma eskizi tərtib edilib. Həmin eskiz Dövlət Ekspertizası Baş İdarəsi ilə razılaşdırılıb".

Şirkətin təmsilçiləri onu da əlavə edib ki, o qazanxana işlək olsaydı belə, istiliklə təmin etməli olduğu ikimərtəbəli köhnə binalar qəzalı vəziyyətdə olduğuna görə sökülüb. Yerində tikiləcək çoxmərtəbəli binaları isə şirkət istiliklə təmin edəcək.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qazanxananın bərpası barədə "Azəristiliktəchizat"ın iddiasını təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi isə bu qurumun xeyrinə qərar verib. Bu dəfə şirkət narazı qalaraq Ali Məhkəməyə şikayət verib. Apellyasiya məhkəməsinin qərarı ləğv olunub, iş yenidən araşdırılması üçün həmin instansiyaya qaytarılıb. Bu qurum yenə qazanxananın bərpasına qərar verib. Tikinti şirkəti bir daha Ali Məhkəməyə üz tutub. Ali Məhkəmə iyulun 10-da bir daha apellyasiya instansiyasının qərarını ləğv edərək işi təkrar bur quruma qaytarıb.
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı