Baş tutan kütləvi yürüş və dəfn mərasimləri bütün epidemioloji tədbirlərin üzərindən xətt çəkib - Tibb mütəxəssisləri deyir...
Sosial
Oxunub: 323
17 iy 2020 | 15:17
Baş tutan kütləvi yürüş və dəfn mərasimləri bütün epidemioloji tədbirlərin üzərindən xətt çəkib - Tibb mütəxəssisləri deyir...


Azərbaycan iki cəbhədə savaşır: ordumuz Tovuz istiqamətində ermənilərə sarsıdıcı zərbələr endirməkdədir, həkimlərimiz isə koronavirusla mübarizə aparırlar. Ölkənin 16 şəhər və rayonunda sərt karantin rejimi tətbiq olunmasına, yoluxmanın gündəlik 500-dən aşağı düşməməsinə baxmayaraq, epidemioloji vəziyyət gündəmin arxa səhnəsinə keçib.

Təbii olaraq, xalqın, dövlətin diqqət mərkəzi Tovuz istiqamətində gedən döyüşlərə yönəlib, Bakıda, Sumqayıtda orduya dəstək yürüşləri keçirilib, Səfərbərlik Xidmətinin yaydığı məlumata görə, Prezidentin çağırışından sonra minlərlə gənc qeydiyyat üçün müraciət edir, könüllü olaraq orduya yazılırlar.

O baxımdan koronavirus pandemiyasından qorunmaq təhlükəsinə münasibət ikinci plana düşüb: insanlar maska taxmağı, sosial təcridi, gigiyenik qaydalara riayət etməyi unudublar.

Xüsusən şəhidlərin dəfn mərasimi və Bakıdakı orduya dəstək yürüşündən sonra yoluxmaların artacağı proqnozları səslənməkdədir.

Prezident İlham Əliyev də Nazirlər Kabinetinin son iclasında sərhəddə gedən döyüşlərdən, Bakıdakı yürüşlərdən, “5-ci kolon”un fəaliyyətindən danışarkən koronavirus məsələsini də unutmadı. Sitat: “Heç kəs unutmamalıdır ki, biz hələ də pandemiya dövründə yaşayırıq və karantin rejimi ləğv edilməyib. Baxın statistikaya, görün biz nə vaxt yumşalmaya getdik - mayın əvvəlində. Nə üçün? Çünki dinamika müsbət idi. Sağalanlar xəstələnənlərdən çox idi. Sonra nə gördük? Bəzi insanlar məsuliyyətsizlik göstərdi və yoluxma halları geniş vüsət aldı, dinamika pozuldu. Nə etdik? Yenidən sərtləşdirdik. Unutmamalıyıq ki, bu, ölümcül virusdur, ölümcül! Yaşa baxmır, insanların sağlamlığına baxmır. Birinci mərhələdə hesab olunurdu ki, buna daha çox yaşlı insanlar məruz qalır və daha təhlükəlidir. Amma görün, indi nə qədər gənclərimiz əziyyət çəkir. İndi bizim gözümüzün qabağındadır”.

Bu açıqlamalar, həkimlərin fikirləri, eləcə də yoluxma statistikası belə deməyə əsas yaradır ki, bütün nəzərləri cəbhədə gedən döyüşlərə yönəldərək infeksiya ilə bağlı nəzarəti əldən vermək olmaz. Çünki koronavirus gözəgörünməz düşməndir və kiçik məsuliyyətsizlik, səhlənkarlıq yoluxmanı artıra bilər. Üstəlik, sərt karantinin rejiminin bitməsinə sayılı günlər qalıb və yoluxma artarsa, müddət uzadıla bilər.

Professor Adil Qeybulla “Yeni Müsavat”a bildirdi ki, həmin yürüşdən sonra yoluxmanın artması realdır. Onun sözlərinə görə, karantin qaydaları pozulub, iştirakçıların əksəriyyəti maska taxmayıblar: “Mən sözügedən yürüşün əleyhinə deyiləm. Bu hadisə insanların vətənpərvərlik mövqeyi idi və spontan alınmışdı. Amma çoxları maska taxmamışdılar və bu da yeni yoluxma üçün əsas yaratdı. Onlar bunu fikirləşməliydilər”.

A.Qeybullanın sözlərinə görə, Nazirlər Kabineti sərt karantin rejimini avqustun 1-dək uzatmağı nəzərdə tutur: “Bu gün yaranmış vəziyyətin səbəbi insanların bir çoxunun karantin davranışlarına riayət etməməsidir.

Biz istəyirdik ki, “Evdə qal” rejimi başa çatsın, insanlar dezinfeksiya, maska taxmaq və sosial məsafəni gözləmək şərti ilə sərbəst buraxılsınlar. Amma gördüyünüz kimi, bir çox vətəndaşlar karantin qaydalarına əməl etmirlər. Mən mediadan oxudum ki, çox təəssüf, sərt karantin rejiminin uzadılması nəzərdə tutulur".

Deputat, kardioloq-cərrah, Operativ Qərargahın üzvü Rəşid Mahmudov da yazılı geniş açıqlamasında çağırış edib. Cərrahın sözlərinə görə, iyulun 14-də baş tutan kütləvi mitinq tibbi nöqtəyi-nəzərdən dövlətimizin və hər bir vətəndaşın 3-4 ay ərzində görmüş olduğu bütün epidemioloji tədbirlərin üzərindən xətt çəkdi: “Əfsuslar olsun ki, vətən eşqi ilə yürüşə çıxan minlərlə insanın heç biri bunun fərqində deyildi! Bu, sadəcə, çox ustalıqla hazırlanmış, düşmən qüvvələr və psixoloqlar, dünya tibb proseslərindən başı çıxan ağıllı ekspertlər tərəfindən əvvəlcədən planlaşdırılmış silsiləli hadisələr zənciridir. Buna görə də deyilənləri nəzərə alaraq, mən ən azından, həkim-ekspert kimi bügünkü epidemioloji reallığı, hadisələrin siyasi oyun tərəfini, xarici qüvvələrin və düşmənlərimizin həyata keçirmək istədikləri planlarını, eləcə də bugünkü müharibə şəraitini nəzərə alaraq, dövlət və bayraq sevdalısı olan hər bir kəsi daha dərindən düşünməyə dəvət edirəm. Bu ən başlıcası, tibbi nöqteyi-nəzərdən vacibdir”.

Deputat qeyd edib ki, hazırkı şəraitdə Azərbaycan cəmiyyətinin psixoloji vəziyyətini, onun epidimioloji durumunu, real tibbi nöqteyi-nəzərdən ölkəmizdəki mövcud vəziyyəti, xəstəxanalardakı durumu nəzərə alsaq, kütləvi toplum halında belə bir yürüşün əsas hədəfi vətəndaşı epidimoloji cəhətdən daha təhlükəli vəziyyətə salmaqdır: “Kütləvi şəkildə toplaşmaq, yürüşlər etmək, dövlətə və orduya dəstəkvermə kimi cəmiyyətimizin həssas psixoloji amildən istifadə etməklə düşmən bilərəkdən ölkədəki epidimoloji vəziyyəti daha da ağırlaşdırmaq niyyəti güdür”.

Tanınmış həkim Vaqif Qarayevin fikrincə, yürüşdən sonra yoluxmanın artacağı haqda müxtəlif rəylər var: “Belə fikirlər var ki, emosional vəziyyətdə insanın müqaviməti artır, ona görə yoluxma artmaz.

Bu sözdə həqiqət var. Amma stressdən, emosional partlayışdan müqavimət həm də zəifləyir, bunu da unutmayaq". V.Qarayev xatırladıb ki, I Dünya müharibəsində qarın yatalağı epidemiyası vardı, insanlar isə döyüşə gedirdi: “Amma pandemiya daha öldürücüdür. Əslində o yürüşə pis baxmıram. Amma bildiyim bir həqiqət var - yoluxma artacaq. Məncə, bundan sonra Bakıda karantin qaydalarını sərtləşdirməyin elə bir əhəmiyyəti qalmır, xəstələnməyin!”
“Yeni Müsavat”
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq