Cüzi ödənişlər müqabilində böyük PULLAR - Vətəndaşlar diqqətli olmalıdır!
Sosial
Oxunub: 307
17 iy 2020 | 19:17
Cüzi ödənişlər müqabilində böyük PULLAR - Vətəndaşlar diqqətli olmalıdır!


Bu gün sosial şəbəkələrdə rəqəmsal valyuta bazarına az məbləğdə pul qoymaqla qısa müddətdə böyük pullar qazanmaq təklifi ilə bağlı tez-tez reklamlara rast gəlirik. Lakin burada şübhəli bir məqam odur ki, reklam tamamilə başqa mövzuda, xüsusən də vətənpərvərlik mövzusunda olur (“Azərbaycanlı qəhrəman öz ölkəsinə kömək etməklə həbsxanaya düşmək riski ilə üzləşib”), lakin reklama keçid edəndə söhbətin tamamilə başqa mövzudan getdiyini görürük. Digər tərəfdən isə bu reklamlar məşhur şəxslərin adından edilir ki, həmin insanların da bu cür reklama qoşulması inandırıcı görünmür.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, bir sıra hallarda insanları şirnikləndirən və çox təəssüf ki, onları ziyana salan reklamlar yayımlanmaqdadır:

“Belə hallar əvvəlki dövrlərdə də müşahidə olunurdu. Əvvəllər şəbəkə biznesinin bu tip şirnikləndirici reklamlarına rast gəlirdik - guya qısa zamanda varlanmaq və böyük məbləğdə gəlir əldə etmək. İndi isə kriptovalyuta bazarında gəlir əldə etməklə bağlı mütəmadi reklamlara rast gəlinir. Amma mən düşünürəm ki, birmənalı şəkildə vətəndaşlar ehtiyatlı və diqqətli olmalıdırlar. Bir sıra hallarda insanlardan cüzi ödənişlər tələb olunur, onun müqabilində isə böyük məbləğlər təklif edilir. Vətəndaş isə düşünür ki, tələb olunan məbləğ böyük deyil - 80-100 dollar. Təklif olunan məbləğ isə milyonlarla ifadə olunduğuna görə bütün hallarda vətəndaşlar şirnikərək buna razılıq verirlər.

Burada ödənilən vəsaitlərin qaytarılması da mümkün deyil. Ona görə də insanların diqqətli olması və şirniklənərək qısa müddətdə böyük vəsaitə sahib olmaq istəyi ilə bu cür reklamların qurbanı olmamağa çalışmalıdırlar”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, sosial şəbəkələr açıq platformadır: “Yəni burada hər cür informasiya ola bilər. Düşünürəm ki, burada təbii ki, istifadəçinin də, dövlət qurumlarının da üzərinə müəyyən vəzifələr düşür.

Birinci növbədə istifadəçi özü diqqətli olmalıdır. Burada cəlbedici elanlar olar bilər ki, “5 manat qoy, 10 manat götür”. Yəni belə məsələlərdə gərək öncə istifadəçi özü diqqətli olsun. İstifadəçi həmin saytın nə qədər etibarlı, ciddi olmasını araşdırmalıdır. Birbaşa ödənişlər etməkdən, tələyə düşməkdən ehtiyatlanmalıdır”.
Bu gün, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...