İnsanlığa yaraşmayan rəzalət , xəcalət və bədbəxtçiliyə sürüklənən fəlakət - VİDEO
Sosial / Dunya / Video
Oxunub: 1 444
17 iy 2020 | 10:52
İnsanlığa  yaraşmayan rəzalət , xəcalət və bədbəxtçiliyə sürüklənən fəlakət - VİDEO




Doğrudanda böyük bir xəcalətdir. Temboli ilin -ğünün bu vaxtında. Bu gün dövlətimizin başçısı cənab İlham Əliyev xalqa müraciət edərək pandemiya ilə əlaqədar koronavirusun tüğyan etdiyi bir vaxtda insanları sosial izolyasiya qanunlarına riayət etməyə dəvət edir -çağırışlar edir. Dünyanı ağuşuna alan covid-19 pandemiyası ölkəmizdən də yan keçməmişdir. Karonavirusla mübarizə üçün Nazirlər Kabineti yanında xususi qərargah yaradılmışdır.

Ölkənin başçısı, 1-ci vitse prezident,ictimai xadimlər, tanınmış ziyalılar, həkimlər-mütəxəssislər hər gün ölkə əhalisinə müraciət edərək ehtiyatlı olmağa, gigiyena qaydalarına riayət etməyə, sosıal məsafəni saxlamağa və digər zəruri vacib tədbirlər görməyə çağırışlar edirlər. Bu ğün ölkəmizdə zərurətdən xususi sərt karantin rejimi tətbiq olunmuşdur. Karantin qaydalarına uyğun olaraq
bu gün Bakı şəhərində və respublikamızın digər iri şəhərlərində sərt karantin ilə əlaqədar iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, şadlıq sarayları, restoranlar, kafe -barlar, gözəllık salonları, təhsil müəssələri və digər təsərrüfat subyektləri fəaliyyət göstərmirlər.

Yada ki bəzilərinin fəaliyyətinə bir sıra məhdudiyyətlər qoyulmaqla onlayn xidmət göstərirlər. Əlbəttə ki, o da müəyyən qanunlar çərçivəsində.

Çox təəssüflər olsun ki bu gün ölkəmizdə heç də hamı kimi düşünməyən, öz çirkin məqsədləri üçün daim pul qazanmağı özlərinə borc bilən yüzlərlə işbazlar fəaliyət göstərirlər.

Belə insanların yalnız bir məqsədləri olur. Nəyin bahasına olursa olsun,nə olursa olsun ancaq pul qazanmaq məqsədi güdülür. Belə insanlar üçün nə Vətən məfhumu, nə də xalq qeyrətini çəkmək anlamı vardır. Əxlaqsız yuvaları saxlamaqla qadın biznesi ilə məşğul olur, qadınları pis vərdişə düçar edirlər. Nəticədə haram -kələkli yollarla qazandığı pullarla eyn -işrət sahiblərinə çevrilirlər. Bahalı maşınlarda gəzərək evlərinə qayıdanda da bahalı marketlərdən bahalı bazarlıq edərək ailələrinə öz "halal"zəhmətlərindən
kefləri istədiyi nemətləri yedizdirirlər. Hələ hərdəndə qohum -qonşunun, tanış -bilişin yanında lovğalana -lovğalana öz bacarıqlarından ucadan danışıb fəxr edirlər.

Günümizin əsas qəhrəmanları Bakı şəhəri Nərimanov rayonu Dərnəgül ərazisində taxta-şalban satılan yerin əhatə dairəsində Sabirabad oteli kimi tanınan NRS -kimi adla reklam olunan və neçə ulduzluğuda bilinməyən otelin tanımadığımız naməlum sahibləri, işlədənləridi.

Redaksiyamıza gələn məlumatın doğruluğunu yoxlamaq məqsədi ilə bizə izah olunan ünvana əməkdaşlarımızı yolladıq . Doğrusu inanmadıq. İlin günün bu vaxtında. Pandemiyanın tüğyan etdiyi ərəfədə. İşləməsinə qadağa qoyulan iaşə obyektinin,əxlaqsız yuvasına çevrilmiş bir otelin açıq aydın işləməsini gördükdə təəcübləndik. Əməkdaşlarımız bir jurnalist araşdırması apararaq video çəkiliş aparmışlar. Videodan göründüyi kimi otelin əməkdaşları ilə bizim jurnalist kimi tanımadıqları əməkdaşlar arasında qiymət sövdələşməsi gedir,menyu oxunur və bəzi şeylər bizimkilərə izah edilir.

Sanki burada dövlətin qanunları yox, özlərinin qoyduğu qaydalar işləyir. Bunları ümumiyyətlə pandemiya dövrü maraqlandırmır, karonovirusun törədə biləcəyi fəsadlar bu insanlara fərq etmir, heç nə yox imiş kimi öz keflərində öz ampulasındadırlar. Sosial məsafə gözlənilmir. Gigiyenik qaydalara əməl olunmur. İnsanlar açıq aydın otelə maskasız girib çıxır. Anti sanitariya qaydaları baş alıb gedır. Bu otelin açıq aydın əxlaqsız yuvası kimi fəaliyyət göstərməsi tam çılpaqlığı ılə sezilir. Ora gələn maşınların içərisindən yalnız sürücü ilə qadının ikisinin çıxması şübhələrimizin doğruluğunun təsdiqini tapır. Bütün bunlar videodan açıq aydın görünür.

Doğrudanda çox acınacaqlı bir mənzərə yaranmışdı. Bu bir rəzalət bəlkədə əsil xəcalət idi. Obrazlı şəkildə desək çox paradoks ğörünürdü. Bu fəlakət idi. Bu bir neçə azərbaycan vətəndaşlarının ölkəmizdə baş verən hadisələrə laqeydliyi, biganəliliyi və ürək ağrıtmaması- yanmaması qənaətini verirdi. Ölkədə müharibə gedir. Dövlət sərhədimiz erməni işğalçıları tərəfindən işğala məruz qalıb. Şəhidlərimiz var. Mülki əhalidən ölən və yaralananlarımız var. Azərbaycan ordusu ən dəyərli ən qiymətli ali zabitlərini itirib. Neçə vətənpərvər zabitlərimiz, gizirlərimiz, müddətdən artıq xidmət edən çavuşlarımız,əsgərlərimiz şəhid olublar. Öz canlarını fəda ediblər. Xalq ayağa qalxıb. İnsanlar öz milli ordusuna dəstək nümayiş etdirirlər. Gənclərimiz Ali Baş komandan deyib hayqırırlar. Cavanlar könülli olaraq erməni qəsbkarlarına qarşı vuruşmaq üçün hərbi səfərbərliyin elan olunmasını istəyirlər. Amma bunlar isə haramzadə işlərlə məşğul olub qayda qanunları pozurlar, cənab prezidentin tövsiyyələrini,tapşırıqlarını qulaq ardına vuraraq insanların cinsi istismara cəlb edilməsi və onlar üçün əlverişli şərait yaradıb əxlaqsız yuvalarının çiçəklənməsi biznesi ilə canı-dildən məşğul olurlar.

Sanki bu insanlar bu ölkədə yaşamırlar. Çörəyini yediyi, suyunu içdiyi, üstündə lovğa -lovğa gəzdiyi bu torpaq bu Vətən onunku deyil.
Görəsən bu əraziyə cavabdeh olan hüquq mühafizə orqanları hara baxır? Ümumiyyətlə onların bu işlərdən xəbərləri varmı?
Bu məkan kimlər tərəfindən himayə olunur? Nə insanlığa nə müsəlmançılığa, nə də azərbaycançılığa yaraşmayan şərəfsiz işlərlə məşğul olub, şərəfdən -qeyrətdən danışmaq əsil azərbaycan kişisinə yaraşmaz. Bu bir biabırçılıq,rüsvayçılığdır.

Son olaraq AzərInfo. az ailəsi olaraq bu məsələni daim diqqət mərkəzində saxlayacaqıq,qanunun bizə verdiyi hüquqlardan istifadə edərək jurnalıst araşdırmalarımızı davam etdirəcəyik. İctimai nəzarətin bir qolu olaraq hər zaman Dövlətimizə -Dövlətçiliyimizə dəstək nümayiş etdirəcəyik. Qanun hamı üçün -hamı isə qanun qarşısında bərabərdir.

Qarşı tərəfində mövqeyini öyrənməyə dinləməyə və dərc etməyə hazırıq.
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"