Cəbhədə möhkəmik, GÖMRÜKDƏ NECƏ? - Səfər Mehdiyev adlı çatışmamazlıq...
Sosial
Oxunub: 300
15 iy 2020 | 18:19
Cəbhədə möhkəmik, GÖMRÜKDƏ NECƏ? - Səfər Mehdiyev adlı çatışmamazlıq...


Keçən ilin son aylarından etibarən ölkədə kardinal dəyişikliklər həyata keçirilir. Qeyd edək ki, birbaşa olaraq cənab Prezident İlham Əliyevin rəhbərliyi altında cərəyan edən yenilənmə prosesi sırf olaraq inqilabi xarakter daşıdığından müəyyən təbbi fəsadların müşahidə oluna biləcəyi istisna edilmir. Yəni burada söhbət hansısa radikal dəyişikliklər fonunda ortaya çıxa biləcək neqativlərdən gedir ki, bunda da dövlət rəhbərliyinin qətiyyətli və israrlı mövqeyi istənilən bir sürpriz xarakterli olayların önlənməsində müstəsna faktor kimi çıxış etməkdədir.

DİA.AZ bildirir ki, elə son olaraq rayon icra hakimiyyəti başçılarına qarşı müşahidə olunan barışmaz mövqe də “yuxarıların” hansı dərəcədə ciddi olmalarının sübutu kimi qəbul oluna bilər. Amma əslində, bu kimi halların davamlı olmaması daha çox təbiilik xarakterində idi. Yəni düşünülürdü ki, məsələn, Ağstafadak səs-küylü həbslər artıq digərləri üçün siqnal rolunu oynayacaq. Amma görünəni odur ki, bu, belə olmadı və yenə də həbs olunan icra başçıları seriyası davam etməkdədir.

Qeyd edək ki, burada hədəf təkcə icra başçısı institutu deyil və prosesin çoxşaxəli olacağı, dövlətin bütün idarəetmə aparatın əhatə edəcəyi də aşkar şəkildə görünməkdədir. Artıq bunun ilkin simptomları da müşahidə olunur. Nələr baş verə bilər?

Xatırladaq ki, Prezident İlham Əliyev yeniləşən siyasi dəst-xəttində bəzi köhnə kadrlara da üstünlük verdi ki, bu da onların peşəkarlıqlarına güvənməkdən daha çox, bəzilərinə yenidən şansın verilməsi kimi dəyərləndirilməli idi. Həmin kadrlar arasında Cavid Qurbanov, Səfər Mehdiyev və digərləri də var ki, onlar əslində köhnə eşalona aid olsalar da, yeniləşmiş hakimiyyət komandasında qərarlaşa bildilər. Özlərini doğruldurlarmı? Prezidentin onlara göstərdiyi etimada layiq fəaliyyətdədirlərmi?

DİA.AZ olaraq bu yöndə araşdırma aparmaq qərarını verdik və ilk obyektimiz Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevdir. Yerli KİV-də səslənən ittihamlardan da aydın olur ki, əslində Səfər Mehdiyev məhz Prezidentin hədəfə aldığı KÖHNƏ ƏNƏNƏLRİN ən bariz daşıyıcılarından biri, hətta ilhamverici qüvvəsi olub. Amma buna rəğmən önə çəkilən Səfər Mehdiyev DGK rəhbərliyinə gətirilərək yeni siyasətin aparıcılığı etimadına layiq görüldü. Onun yeniləşməyə nə qədər sədaqətli olduğunu təxmin etmək o qədər də çətin deyil.

Hər halda, gəldiyi ilk gündən qohum-əqrəbasını, dost-tanış çevrəsini ayrı-ayrı gömrük strukturlarına yerləşdirən Səfər Mehdiyevin ilk işinin məhz köhnə DÜŞMƏNLƏRİNDƏN qisas almaq olduğunu görəndə də təxmin edə bilərdik ki, əslində DGK-nın birinci müavinliyindən DGK sədrliyinə gətirilən bu adam yalnız gözə kül üfürməklə məşğul olacaq.

DİA.AZ-ın araşdırmalar zamanı əldə etdiyi bilgilərdən də aydın olur ki, bu günə qədər Səfər Səfər Mehdiyevin əli ilə həbsə atılan bütün keçmiş gömrük işçiləri nə zamansa onunla problem yaşayanlar olub. Eləcə də Səfər Mehdiyevin “kadr islahat” adı altında işdən çıxardığı nüfuzlu gömrükçülər də məhz onun birinci müavinliyi dövründə konflikt yaşadığı fiqurlardır.

Yəni gömrük sistemini ilk əvvəl öz maraqlarına uyğun şəkildə kadrlaşdıran Səfər Mehdiyev ardından da “dərə xəlvət, tülkü bəy” deyib “yuxarılara” yeni nağıllar oxumağa başladı. Doğrudur, əvvəlki rəhbərlikdən fərqli olaraq Səfər Mehdiyev yetərincə “insaflı” görünməkdədir. Məsələn, əgər dünənə qədər gömrükdə yığılan pulların 60-70 faizi büdcədən gizlədilirdisə, indi bu rəqəm kifayət qədər aşağı düşüb: 40-50 faiz. Yəni bu gün də əslində heç nə dəyişməyib və dövlət büdcəsinə özünü şərik kimi qoşan Səfər Mehdiyev əslində yeniləşmə siyasətində yamaq təsirindən başqa bir kimsə deyil və onu yalnız belə təsəvvür edə bilərik: İslahat dalğasını tərsinə üzən komitə sədri…
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq