“Şərurlu İsfəndiyar”ın adı daha bir dələduzluqda hallanır – Bu dəfə DAK rəsmisinə 282 min dollar “atıb”
Sosial / Dunya
Oxunub: 872
13 iy 2020 | 21:45
“Şərurlu İsfəndiyar”ın adı daha bir dələduzluqda hallanır – Bu dəfə DAK rəsmisinə 282 min dollar “atıb”


“Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundov Dünya Azərbaycanlıları Konqresi (DAK) Avropa bölməsinin rəhbəri, tanınmış yazar Əli Ağaevlinin ailəsinə külli miqdarda maddi ziyan vurub.

Yenicag.az xəbər verir ki, bu fırıldağın araşdırılması üçün barəsində cinayət işi açılan “Şərurlu İsfəndiyar” Əli Ağaevliyə 282 min dollar pul ödəməlidir.

Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən 11.10.2012-ci il tarixdə ittiham aktı ilə müəyyən edilib ki, Ağaevli Arifə, Ağaevli Elşən, Ağaevli Kəmalə, Ağaevli Nazilə, Ağaevli Ramalə, Əliyeva Nailə “Kamran – B.Ə” MMC-nin payçıları olub və bu cəmiyyətdə mənzil almaq məqsədi ilə tərəflər arasında müqavilələr bağlanıb. Payçılar üzərlərinə düşən öhdəlikləri tam olaraq yerinə yetiriblər və cəmiyyət mənzillərin dəyərlərini ödəmələrinə dair onlara maliyyə arayışları verib.

Belə ki, Ağaevli Arifə Qaçaxan qızı 14 yanvar 2011-ci il tarixdə “Kamran – B.Ə” MMC ilə müqavilə bağlayaraq, oradan ümumi dəyəri 10 min 280 manat olan 1 otaqlı ev alıb və cəmiyyət mənzili alıcıya təhvil verməyi öhdəsinə götürüb.

Daha sonra Arifə Ağaevli ikinci dəfə həmin cəmiyyətdən 27 may 2011-ci il tarixdə ümumi dəyəri 24 min 520 manat olan 3 otaqlı ev alıb. Alıcı tərəfindən müqavilə öhdəlikləri üzrə qeyd olunan mənzillərin dəyərinin tam ödənilməsini təsdiq edən maliyyə arayışı cəmiyyət tərəfindən alıcıya təqdim olunub.

Ağaevli Elşən Əli İsa oğlu 14.01.2011-ci il tarixdə “Kamran – B.Ə” MMC ilə müqavilə bağlayaraq, ümumi dəyəri 21 min 280 manat olan mənzil alıb. Alıcı həmin məbləği cəmiyyətə ödəyib və buna dair ona maliyyə arayışı verilib.

Ağaevli Kəmalə Əli İsa qızı ilə 14.01.2011-ci il tarixdə “Kamran – B.Ə” MMC arasında müqavilə bağlanaraq, ümumi dəyəri 16 min 300 manat olan 2 otaqlı mənzil alınıb və buna dair maliyyə arayışı verilib.

Ağaevli Nazilə Əli İsə qızı ilə 14.01.2011-ci il tarixdə “Kamran – B.Ə” MMC arasında müqavilə bağlanaraq, ümumi dəyəri 12 min 940 manat olan 2 otaqlı məzil alınıb və buna dair maliyyə arayışı verilib.

Ağaevli Ramalə Əli İsa qızı ilə 14.01.2011-ci il tarixdə “Kamran – B.Ə” MMC arasında müqavilə bağlanaraq, ümumi dəyəri 15 min 140 manat olan 2 otaqlı mənzil alınıb və buna dair maliyyə arayışı verilib.

Əliyeva Nailə Əli İsa qızı ilə 14.01.2011-ci il tarixdə “Kamran – B.Ə” MMC arasında müqavilə bağlanaraq, ümumi dəyəri 24 min 520 manat olan 3 oataqlı mənizl alınıb və buna dair maliyyə arayışı verilib.

Əli Ağaevli bildirir ki, onlar əslində, “Kamran – B.Ə” MMC-yə 282 min ABŞ dolları ödədikləri halda, sözügedən MMC vergidən yayınmaq məqsədi ilə müqavilələrdə məbləği az göstərib, bu səbəbdən də, rəsmi sənədlərdə ödənişin ümumi məbləği cəmi 124 min 980 manat qeyd olunub:

“İsfəndiyar Axundovun təsisçi olduğu MMC-lər barəsində, o cümlədən, “Kamran – B.Ə” MMC ilə əlaqədar 2011-ci il oktyabrın 17-də cinayət işinin başlanması zamanı İsfəndiyar Axundov yuxarıda qeyd olunan mənzillər üçün ödənilmiş pul vəsaitinin əvəzində özünün rəhbəri və təsisçisi olduğu “Qlobal Azəri” MMC-nin inşa etdiyi Yasamal rayonu Talıblı küçəsindəki binadan 5 mənzil vəd etməklə, bizimlə yeni müqavilələr bağladı.

Sonradan bizə məlum oldu ki, əslində, İsfəndiyar Axundov “Qlobal Azəri” MMC ilə müqavilələrdə göstərilən ödəniş qrafikinin üstündən “xətt çəkərək”, guya tərəfimizdən ödəniş edilmədiyini əsas gətirməklə, bizdən xəbərsiz məhkəmə yolu ilə həmin müqavilələri ləğv edib”.

Bundan sonra üzləşdiyi vəziyyətlə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət edən Əli Ağaevli “Şərurlu İsfəndiyar”dan mənzilləri yox, ödədiyi pulları tələb edib:

“Artıq həmin şirkətlərdən mənzil almaq istəmədim. O şəxs fərqli MMC-lərlə bizi iki dəfə aldatdı. Bu üzdən də, ödədiyimiz pulları geri tələb etdik”.

Əli Ağaevlinin sözlərinə görə, məsələ ilə bağlı Birinci vitse prezident Mehriban Əliyevaya müraciət edilib və hazırda bu iş onun nəzarətinə götürülüb. O, əlavə edib ki, “Şərurlu İsfəndiyar”ın fırıldağına məruz qalaraq, maddi zərərə uğrayan vətəndaşlara ödənilməsi üçün dövlət tərəfindən 20 milyon manat ayırıb.
Bu gün, 10:22
Bu həftə 6 gün işləyəcəyik?
Bu gün, 10:10
ADNA terrorundan 15 il ötür
Bu gün, 10:04
Daha bir qrup sakin Laçına gedir
Bu gün, 09:55
Paşinyan Putinin andiçməsinə getmək istəmir, çünki... - Erməni mediası
Bu gün, 09:00
“Qafqaz qambiti”ni Ağ Ev başlatdı, Bakı bitirdi: Ermənistan isə yeganə məğlub tərəf durumuna düşdü
Dünən, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Dünən, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Dünən, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Dünən, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Dünən, 13:25
İlham Əliyev fərman imzaladı
Dünən, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Dünən, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Dünən, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Dünən, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Dünən, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Dünən, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Dünən, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Dünən, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Dünən, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Dünən, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Dünən, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Dünən, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Dünən, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Dünən, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Dünən, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Dünən, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
28-04-2024, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür