İsmayıllıda problemlər hədsizdir, sakinlər onların həllinə ümidi itiriblər
Əsas problem işsizlikdir
“İşsizlik... Əsas problem işsizlikdir. Nə qoca, nə cavan, heç kim iş tapa bilmir. Ancaq bir neçə məmurun yaxın qohumları işləyirlər, burada...”, - deyə İsmayıllıda ilk qarşımıza çıxan taksi sürücüsü şikayətlənir.
Sonra rayonun girişindəki “İsmayıllı” yazılan lövhəyə və onun ətrafındakı kiçik ərazidəki yaşıllığa doğru əlini uzadıb, əlavə edir: “Ancaq buranı qorumaq üçün nəzarətçi qoyublar, ayda da 250 manat maaş alır. Bu qədər təzad...”
Sakinlər güzəranın acınacaqlı olmasından tutmuş, rayon ərazisindəki meşələrin qırılmasına qədər çox sayda problem sıralayırlar. Və ümidsiz halda vurğulayırlar ki, bu problemlərin nə zamansa həllini tapacağını gözləmirlər...
“Problem bir deyil, iki deyil...”
Bölgələr Bakıdan fərqli olaraq, daha çox və daha ciddi problemlər içində boğulur: “Problem bir deyil, iki deyil, onlarladır... Rayonda dərəbəylikdir, həddini aşmış özbaşınalıqdır”.
Rayon ərazisində hələ də içməli su problemi aktualdır: “Evlərə qədər borular çəkilib, ancaq su verilmir”.
Təbii qazın qiymətindən şikayətlənən sakinlərin sözlərinə görə, aylarla borc yığılıb qalır, yekunda maaşlarını ancaq qaz puluna verməli olurlar: “120 manat pensiya alan adam ayın axırında görür ki, 80-100 manat qaz pulu gəlib. Bu səbəbdən də camaat odundan istifadə edir, meşələri qırıb yandırır. Meşələrdə ağac qalmayıb”.
Sakinlər meşələrin seyrəldiyini ürək ağrısı ilə vurğulasalar da, başqa çıxış yolu olmadığını da bildirirlər. Onların sözlərinə görə, hətta bir çox kəndlərdə kömür basdırılır və bu da çox sayda ağacın məhvi deməkdir: “Onlarla ailə kömür satmaqla dolanır. Bu da meşənin ucdantutma qırılması deməkdir. İnsanlar kömür satıb, ailələrini dolandırmağa çalışırlar”.
Rayonda sosial yardım və müavinətlərlə bağlı da ciddi problemlər yaşanır. Əlilliyi olan insanlar aylarla aidiyyatı qurumların qarşısında sürünür və çox zaman əlilliyi təsdiqlətmək üçün rüşvət verməli olurlar.
“Köçkünlər qəsəbəsi də problem içindədir...”
Şəhərin yeni salınan köçkünlər qəsəbəsi də problem içində batır: “Burada 45 ev var, onlardan 15 evə su gəlmir. Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişik, xeyri yoxdur. Qəsəbənin kanalizasiya problemi də var. Qəsəbə iki ildir ki, istifadəyə verilib. Ancaq işlər tamamlanmamış qəsəbə istifadəyə verilib. Suyu çəkmək üçün drenaj etməli idilər, iş yarımçıqdır”.
Maaşların, məvaciblərin, pensiyaların aşağı olması əhalinin rayondan uzaqlaşmasına gətirib çıxarır: “Verilən maaşla kommunal xərcləri ödəmək olmur. Bu səbəbdən də insanlar imkan tapan kimi rayonu tərk edirlər”.
Rayonda gənclər arasında da işsizlik yüksək həddədir: “Gənclər də iş tapa bilmir. Onların az bir qismi burada günəmuzd fəhləlik edir. Gənclər iş dalınca Bakıya, daha çox da Rusiyaya gedirlər”.
“İcra başçısı Prezidentin açdığı müəssisələri işləməyə qoymur”
“Bu rayonda problemdən başqa heç nə yoxdur, rayon elə bütünlüklə problemdən ibarətdir”, - deyə rayon sakini şikayət edib.
Onun sözlərinə görə, rayon rəhbərliyinin gördüyü iş ancaq İcra Hakimiyyətinin qarşısını abadlaşdırmaqdan ibarətdir: “İcra hakimiyyətinin binasının yanı, Zərifə Əliyeva adına park abadlaşdırılır, vəssalam... Başçı düzəlmiş yerləri söküb, yenidən düzəldir. Zərifə Əliyeva parkını sökdü, adını da dəyişib, uşaq və gənclər parkı etdi. İcra başçısının rayonda gördüyü iş budur”.
Rayonda tikilən yeni avtovağzal hələ də istifadəsizdir: “Avtovağzal tikilib, Prezident 2013-cü ildə gəlib, onun lentini də kəsib. Ancaq bu gün də işləmir. Camaat köhnə avtovağzaldan istifadə edir, palçığın içindədir, oralar...”
Rayonda açılan tikiş sexi isə ancaq məktəb başlanana yaxın bir-iki ay işləyir: “Tikilən məktəbli geyimlərini zorla satdırırlar və sex növbəti dərs ilinə qədər bağlanır. Bu gün də bağlıdır”.
Həmçinin, rayonda ötən il tikilən və açılışı olan uşaq bağçası da işləmir: “Ötən il sentyabrda dövlət başçısı rayona gəlib, uşaq bağçası açdı. Təmirli, yüksək standartlara malik bağça idi. O, gedən kimi bağçanın qapısını bağladılar. İcra başçısı Prezidentin açdığı müəssisələri də işləməyə qoymur”.
“İcra başçısı bağçaların yerində otel açacaq”
Keçmiş icra başçısı Nizami Ələkbərov burada iki uşaq bağçasını ucuz qiymətə özəlləşdirib: “Onun aldığı iki bağça bu gün də boş qalıb. Yüzə yaxın adamı çölə tulladılar, işdən çıxardılar. Yüz minlərlə dəyəri olan bağçanı 10-15 minə özəlləşdirdilər. Yeni icra başçısı Mirdaməd Sadıqov gələndən sonra isə həmin bağçaları Nizami Ələkbərovdan aldı. Bağçalar rayonun sosial-iqtisadi vəziyyəti üçün ayrılmış pullarla təmir etdirilib. Bağçaların yerində otel açacaqlar. O vaxt yandırılan otelin yerində isə sosial yardımlar hesabına iki bahalı bina tikiblər”.
Yaponiya səfirliyinin dəstəyi ilə tikilən artezian da sökülərək, yararsız hala salınıb.
“Artezianı 2011-ci ildə yaponlar tikdilər ki, İsmayıllı camaatının suyu olsun. Yaponların maliyyə dəstəyi ilə tikilib. Ancaq “kamarxoz”un (Kommunal Müəssisələr Kombinatı - red.) rəhbəri gəldi, motorunu söküb apardı, sonra da turbaları söküb, götürdülər. Yəni camaat su içməməlidir. Bunlara satmağa motor lazım idi. Bununla bağlı yazdığım şikayətlərin sonunda məlum olub ki, motor kommunal müəssisələr kombinatının anbarında saxlanılır. İcra Hakimiyyətindən bildirilir ki, bu artezian kombinatın balansındadır. Əslində isə bələdiyyəyə verilməli idi”, - deyə İsmayıllı kənd sakini Rauf Həsənov bildirir. Onun sözlərinə görə, bu məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etsə də, nəticəsi olmayıb.
Sakinlərin bildirdiklərinə görə, yaponların 250-300 min manatlıq digər projesi rayon rəhbərliyinin sayəsində yararsız elan edilib: “Zibil istehsalı sexi tikilib. Ancaq bizimkilər sexi işlətmir”.
“Rayonda etnik ayrı-seçkilik salınır...”
İcra başçısı bir sıra layihələri yaxınları ilə birgə mənimsəyir: “Rayonun kommunal müəssisələr kombinatına yollara işıq çəkmək həvalə edilib. Əslində bu, tenderlə edilməli olan məsələdir. Ancaq pulu ortaq mənimsəyirlər, “kamarxozun” işçilərini də pulsuz işlədirlər. Zibilyığan işıq çəkə bilməz, mütəxəssis olmalıdır, bu işlə bağlı... Ancaq nəyi necə gəldi, edirlər”.
Aşağılardan yuxarılara göndərilən şikayət məktubları elə aşağıların özlərinə qaytarılır: “Məsələn, İsmayıllı Prokurorluğuna İcra Hakimiyyətinin nəzdində olan qurumdan şikayət yazırsan, qayıdıb İcra Hakimiyyətinin üstünə göndərir. Əgər mən adı və soyadı ilə qanunu pozan şəxs haqqında prokurora məlumat verirəmsə və o da mənim ərizəmi həmin şəxsin özünə göndərirsə, bu rayonda necə yaşayım? Gedib prokurora deyirəm ki, “pasportstol” şəxsiyyət vəsiqəsini bazarda kartof satan kimi 10 manata satır. Deyir pul verim, get ver, tutaq onu... Deyirəm mən uşağam? Bu faktı görmüşəm, məndən də pul alıb. Sən mənim ərizəmi qəbul et, zəhmət çək, araşdırma apar, sübut et. İstintaq nədən ötrüdür, bəs..? Notarius 1 manatlıq işi on manata görür. Amma gedib, onun həyətində villalarına baxasan. Yayda baha qiymətə kirayə verir. Soruşan da yoxdur ki, sən məmursan, haradandır səndə bu qədər pul..?”
Niyə bu rayonun yiyəsi yoxdur?
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü