Səfər Mehdiyevdən PA rəhbərinə şikayət olundu - Qanunsuz ƏDV tələb olunur...
Sosial
Oxunub: 372
7 iy 2020 | 17:44
Səfər Mehdiyevdən PA rəhbərinə şikayət olundu - Qanunsuz ƏDV tələb olunur...


Ölkədə mətbuat yayımı ilə məşğul olan ayrı-ayrı şirkətlərə xeyli müddətdir süni problemlər yaradılır. Bu problem isə çap mətbuatına da mənfi təsir göstərir.

Reyting.az-ın məlumatına görə, problem Dövlət Gömrük Komitəsinin
KİV məhsullarına qeyri-qanuni Əlavə Dəyər Vergisinin (ƏDV) tələb etməsindən qaynaqlanır.

Yaranmış problemlə əlaqədar “Qaya Mətbuat Yayımı” MMC-nin direktoru Xanhüseyn Əliyev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevə müraciət edib.

X. Əliyevin müraciətində deyilir:

“Hörmətli Samir müəllim!

2005-ci ilə kimi respublikaya idxal olunan qəzet və jurnallar Vergi Məcəlləsinin 164.1 və 164.1.7-ci maddələri ilə ƏDV-dən azad idi. Həmin il Nazirlər Kabineti KİV-in ƏDV-dən azad olunması ilə bağlı əlavə 11 saylı Qərar qəbul etdi. Əslində qanun qüvvədə ola-ola qərara heç bir ehtiyac yox idi. Bu bir səhv idi. 2015-ci ildə Nazirlər Kabineti 11 saylı Qərarı ləğv etdi. Lakin qanun - Vergi Məcəlləsi qüvvədə qaldı. 01 yanvar 2016-cı ildə Gömrük Komitəsi idxal olunan KİV-ə ƏDV tələb etməyə başladı. Bunu isə onunla əsaslandırırdılar ki, güya Vergi Məcəlləsinə «ALQI» sözü səhvən düşüb. Azad olma ancaq «SATQI»-ya aiddir”.

X. Əliyev S. Nuriyevə müraciətində yazır ki, bundan sonra məsələ ilə bağlı 6 məhkəmə prosesi keçirilib:

“Əvvəlki 3 prosesdə Vergi Məcəlləsinin 164.1 və 164.1.7-ci maddələrinin qüvvədə olması və idxal olunan KİV məhsullarının «ALQI-SATQI»sının bütün növləri üzrə dövriyyələrin ƏDV-dən azad olunması barədə qərar qəbul olundu. Lakin sonrakı 3 məhkəmə prosesində qərara alındı ki, «ALQI» sözü qanuna səhvən düşüb. Bu necə ola bilər? Proseslərin arxasında isə Prezident Administrasiyasının və Dövlət Gömrük Komitəsinin keçmiş rəhbərləri dayanırdı. Hər ay ödənilən 3000-4000 AZN ƏDV-yə görə bu addımlara ehtiyac yox idi. Konstitusiya Məhkəməsi isə məsələ ilə bağlı qərar qəbul edə bilmədi. Qəbul edilmiş Qərardada isə qeyd olunur ki, əvvəlki 6 məhkəmə prosesi obyektiv olub.

Hörmətli Samir müəllim!

Qarşıdan mətbuatın 145 illik yubileyi gəlir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata dəstək ilə bağlı növbəti sərəncam imzalayıb. Respublikada və dünyada COVİD-19 pandemiyası ilə bağlı karantin vaxtı ƏDV-nin tətbiqi daha da böyük problemlər yaradır və mətbuatın inkişafına əks təsir göstərir.

Xahiş edirik ƏDV-nin dayandırılmasında mətbuata köməklik edəsiniz”.
Bu gün, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Bu gün, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Bu gün, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Bu gün, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Bu gün, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Bu gün, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Bu gün, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Bu gün, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Bu gün, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Bu gün, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Bu gün, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Bu gün, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Bu gün, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Bu gün, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Dünən, 12:39
Pakistanda matəm günü elan edildi
Dünən, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Dünən, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Dünən, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Dünən, 11:42
İranda milli matəm elan edilib
Dünən, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Dünən, 10:56
Aİ İrana başsağlığı verib
Dünən, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı