Həkim və tibb işçiləri çatışmayan vaxt kütləvi istefa: Ağciyər İnstitutunda nə baş verir? - "Həyatım risq altında olduğu üçün..."
Sosial
Oxunub: 388
6 iy 2020 | 21:45
Həkim və tibb işçiləri çatışmayan vaxt kütləvi istefa: Ağciyər İnstitutunda nə baş verir? - "Həyatım risq altında olduğu üçün..."


lmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda işçilər işdən çıxmaq üçün ərizə yazırlar. Bu barədə Sputnik Azərbaycan-a ictimai vəkil Samir Zeynalov məlumat verib.

O bildirib ki, bu İnstitutda vəziyyət günbəgün pisləşməkdədir: "İnstitutun direktoru Həqiqət Qədirova institutun fəaliyyətini viran edib. Xəstəxana pandemiya ilə mübarizə aparmaq iqtidarını çoxdan itirib. Artıq işçilər mövcud vəziyyətə etiraz əlaməti olaraq işdən azad edilmələri haqqında ərizə yazırlar".

S.Zeynalov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, İnstitut pandemiya üçün ayrılsa da orada işçilərə tibbi maska və geyim verilmir. Xəstəxanada çalışan işçilər öz səhhətlərini təhlükəyə atmamaq üçün işdən öz ərizələri ilə uzaqlaşırlar. Vəkil institutda işçilər arasında koronavirusa yoluxma hallarının artdığını da bildirib.

İnstitutun direktoru Həqiqət Qədirova isə Sputnik Azərbaycan-a açıqlamasında işdən çıxma hallarının kütləvi olmadığını bildirib. O deyib ki, işdən çıxma kütləvi xarakter daşımır.

"İşdən çıxmaq üçün ərizə yazdığı deyilən qadın 60 yaşdan yuxarı yaşı olan kiçik tibb işçisidir. O koronaviruslu xəstələrə qulluq etdiyi üçün bu virusa yoluxmaq riski olduğu ilə bağlı bizə müraciət etdi. Biz də onun yaşını nəzərə alıb ərizəsini qəbul etdik. Amma qeyd edim ki, işdən çıxmalar kütləvi xarakter daşımır. Biz işçiləri lazımi tibbi avadanlıqlarla, geyimlərlə tam təmin edirik. Hələ indiyədək koronaviruslu xəstələrlə işləyən bir tibb işçimiz bu virusa yoluxmayıb. Digər işçilər arasında yoluxma olsa da bu xəstəxanada olmayıb. Onlar bu virusa yas yerlərində yoluxublar.

Çox təəssüf ki, bizim kollektivdən bir nəfər İnstitutla bağlı yalan məlumatlar yayır. Həmin şəxs istəyir ki, İnstitutun adı hər zaman qalmaqallarda hallansın. Amma reallıqda bu belə deyil. Bizim İnstitutda işçilərə geyim, maska - bütün zəruri qoruyucu vasitələr verilir. Biz istəmərik ki, işçilərimiz bu virusa yoluxsunlar. Çünki ən savadlı, ən təcrübəli pulmonoloqlar bizim İnstitutda çalışırlar. İndiki dövrdə onları qorumaq bizim borcumuzdur!" - deyə H.Qədirova bildirib.Həkim və tibb işçiləri çatışmayan vaxt kütləvi istefa: Ağciyər İnstitutunda nə baş verir? - "Həyatım risq altında olduğu üçün..."
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Dünən, 12:39
Pakistanda matəm günü elan edildi
Dünən, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Dünən, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Dünən, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Dünən, 11:42
İranda milli matəm elan edilib
Dünən, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Dünən, 10:56
Aİ İrana başsağlığı verib
Dünən, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Dünən, 10:38
Rəisisiz iclas... - Foto
Dünən, 10:33
Bakıda Avropa çempionatı başlayır
Dünən, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Dünən, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Dünən, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Dünən, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Dünən, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Dünən, 09:30
İran hökuməti təcili toplanır
Dünən, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Dünən, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Dünən, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Dünən, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Dünən, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
19-05-2024, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO