Şəxsi maraqlarını qanundan üstün tutan Şəki rayon məhkəməsi - Biabırçılıq+Haqsızlıq
Sosial / Dunya
Oxunub: 877
4 iy 2020 | 20:10
Şəxsi maraqlarını qanundan üstün tutan Şəki rayon məhkəməsi  - Biabırçılıq+Haqsızlıq


“HƏKİM DEDİ Kİ, BELƏ GETSƏ, ÖZ SÜMÜYÜN ŞAH DAMARINI KƏSƏCƏK” – Məhkumluq həyatı yaşayan həmkarımız hakimdən şikayətlənir

Məlum olduğu kimi¸ keçən ildən dövlət başçısının qanunvericilik təşəbbüsü ilə cəza siyasəti humanistləşdirilib ki, nəticədə bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar məhkəmələr tərəfindən minlərlə məhkum haqqında sənədlərə baxılaraq təmin edilib. Onların bir çoxu cəzadan azad olunub, yaxud cəza müddətləri azaldılıb. Həbsə alternativ cəzaların tətbiqinin genişləndirilməsi məqsədilə elektron qolbaqların tətbiqinə başlanılıb.

Ölkə başçısının vətəndaşlara qayğılı münasibət göstərilməsi, korrupsiyanın yolverilməzliyi, bütün sahələrdə dürüstlüyün və şəffaflığın təmin edilməsi ilə bağlı tapşırıqlarına əsasən, hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının qətiyyətlə alınması, yuxarı instansiya məhkəmələrinin diqqəti yol verilən pozuntulara cəlb edilməklə belə hallara qarşı prinsipiallığın artırılması diqqət mərkəzində saxlanılır¸ tələbkarlığın, xüsusilə məhkəmə sədrlərinin məsuliyyət hissinin artırılması üzrə konkret tapşırıqlar verilir.

Vətəndaşların haqlı narazılığını doğuran pozuntulara görə, vaxtaşırı olaraq Məhkəmə-Hüquq Şurası tərəfindən fəaliyyəti qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeyri-məqbul qiymətləndirilən hakimlərin səlahiyyətlərinə xitam verilir, habelə aşağı işə keçirilir, intizam məsuliyyətinə cəlb edilir. Həmçinin, MHŞ qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına, süründürməçilik və digər pozuntulara yol verən hakimlərə töhmət verir, irad tutur. Habelə, qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verən hakimlərin korruptiv fəaliyyətinə dair konkret faktların araşdırılıb hüquqi qiymət verilməsi üçün materialların Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi barədə qərar qəbul edilir.

Təəssüf, barəsində şikayətlər olduğu halda fəaliyyəti araşdırılmayan, ol erdikləri qanunsuzluqlara hüquqi qiymət verilməyən hakimlər hələ də ədalətsiz qərarları ilə vətəndaşların bəztini qara gətirməkdədirlər.

Regionxeber.tv internet televiziyasının Mərkəzi Aran zonası üzrə sabiq bölgə müxbiri, 2 ildir ki Şəki Penitensiar müəssisəsində məhkumluq həyatı yaşayan həmkarımız Mübariz Nuru oğlu Nağıyev “Dəryaz” qəzetinə müraciət etmiş və Şəki rayon məhkəməsinin hakimi Pərviz Vaqif oğlu Hacıyevdən şikayətlənmişdir.

Məlumat üçün qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin çıxarmış olduğu hökmlə M.Nağıyev 2016-cı ildə 7(yeddi) il müddətinə azadlıqdan məhrum olunmuş, çıxarılmış hökmdən verilmiş apellyasiya şikayəti əsasında ona verilmiş cəzanın bir ili götürülmüşdür. Bu gün Mübarizin himayəsində olan üç azyaşlı övladı ata yolu gözləyirlər. Valideynlərinin tək oğul övladı olan Mübarizin iki il əvvəl anası həsrətdən dünyasını dəyişmiş, 76 yaşlı xəstə atası Nuru kişi isə intizar içində, ölümlə üz-üzədir.

M.Nağıyevin şikayətinin qayəsi bundan ibarətdir ki,¸ hakim P.Hacıyev onun çəkilməmiş cəzanın qalan hissəsinin şərti cəza ilə əvəz edilməsi barədə ərizəsini geri qaytararkən haqsızlıq etmişdir: “Məhkəmə mənə qarşı haqsızlıq edir. Mənimlə eyni vaxtda hökmü oxunan daha ağır cinayət törətmiş şəxsləri — narkotik vasitələrinin əkini və satışı ilə məşğul olanları, qəsdən adam öldürməyə cəhd edənlər buraxıblar. Mən də adam öldürməliydim ki, mənimlə də humanist davransınlar?” Halbuki ölkəmizdə hal-hazırda narkotik vasitələrinin əkini və satışı ilə məşğul olanlara qarşı ciddi mübarizə aparırlar. Çox təəssüflə qeyd etmək istəyirik ki, narkotik vasitələrinin satışı ilə məşğul olan şəxslərin azadlığa çıxmasında bu qədər maraqlıdır. Təbiki bunun arxasında rüşvət dayanır. əməkdaşımızada edilən bu haqsızlıqlar deyə bilərik ki, Şəki rayon məhkəməsi şəxsi maraqları naminədir.


M.Nağıyev məruz qaldığı hakim ədalətsizliyinin səbəbini rüşətxorluqda görür: “Cəza müddətimin başa çatmasına 1 il 6 ayım qalır. Hakim 1 il 11 ayı qalanları buraxır, məni yox. Çünki il yarımı qalmışlardan 3500, iki ili qalmışlardan 4500 manat rüşvət tələb edilir. Hakim Hacıyev cəza çəkdiyim müəssisədən məhkəməyə barəmdə verilmiş müsbət xarakteristikanı da nəzərə almır, israr edir ki, guya mən dəyişkən fikirliyəm. Haradan elə qənaətə gəlib görəsən? Mənimlə eyni kamerada yatıb?”

Həmkarımız özünə münasibətdə humanist qərar verilməsinin vacibliyini şərtləndirən daha bir amil kimi səhhət durumunun ağırlığını qeyd edir: “Mənim ayağım qırılıb. Vacib ehtiyaclarımı ödəyə bilmirəm, sanitar qovşağından isifadədə çətinlik çəkirəm. Həkim deyir ki, belə davam etsə, sümüyüm arteriya damarımı kəsə bilər. Odur ki, ayağımda təcili cərrahiyyə əməliyyatı aparılmaldır ki, bu da cəzaçəkmə müəssisəsinin tibbi xidmətində mümkün deyil”.

Ən nəhayət, M.Nağıyev müraciətində vaxtilə onun həbsinin sifarişlə yerinə yetirildiyini də xatırlatmışdır: “Beş il əvvəl də məmurların – Ağdam Rayon İcra Hakimiyyətinin sabiq başçısı Raqub Məmmədovun, onun müavini Arzu Rəhimovanın, Tərtər polisinin əməkdaşı mayor Tofiq Məmmədovun və digərlərinin sifarişini yerinə yetirən hakimlərin ədalətsiz hökmü ilə Cinayət Məcəlləsinin 182.1 – ci maddəsi ilə təqsirli bilinərək həbs olundum. Çünki həmin məmurların qanunsuz əməllərini öz tənqidi yazılarımda ifşa edirdim. Məhkəmə-Hüquq Şurasından, Baş prokurorluqdan istəyim budur ki, Şəki rayon məhkəməsinin hakimi Pərviz Hacıyevin fəaliyyəti araşdırılsın, o halda əminəm, mənə və çoxlu sayda vətəndaşlara qarşı ədaləsiz qərarlarının üstü açılacaq”.
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
26-04-2024, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...