İpoteka ilə mənzil: Kasıblar üçün nə zaman əlçatan olacaq? - GƏLİŞMƏ
Sosial
Oxunub: 368
1 iy 2020 | 19:48
İpoteka ilə mənzil: Kasıblar üçün nə zaman əlçatan olacaq? - GƏLİŞMƏ


Aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün Azərbaycanda 3 əsas layihədən istifadə olunur.

Bunlar: ipoteka kredikləri, sosial evlər və kirayə mənzillər layihəsidir. Bu gün ipoteka kreditlərinin nə qədər əlçatan olduğunu araşdıracağıq.

İpoteka kreditləri özlüyündə 2 hissəyə ayrılır: sadə və güzəştli. Adi ipoteka krediti maksimum 150 min manata qədər verilir. Ödəniş müddəti 25 il, illik faiz dərəcəsi 8, ilkin ödəniş isə 30 faiz nəzərdə tutulur.

İstisna hallarda banklar illik 7 faiz, ilkin ödəniş kimi isə 20 faiz ödəmək imkanı təklif edir. Bu da bankların daxili qərarı ilə cəlbediciliyi artırmağa hesablanmış addımdır. Bu növ kreditin verilməsində isə minimum 3 ay iş stajı və sığorta tələb olunur.

Güzəştli ipoteka kreditinin şərtləri isə əhalinin həssas qrupları üçün nəzərdə tutulduğu üçün daha əlverişlidir. Güzəştli ipotekada maksimum 100 min manat, ödəniş müddəti isə 30 il nəzərdə tutulur. İllik faiz dərəcəsi 4, ilkin ödəniş isə 30 faizdir. Güzəştli şərtlərlə bu kredit növündən istifadə üçün isə yalnız 3 ay iş stajı və sığorta tələb olunur.

Qeyd edək ki, yuxarıda qeyd edilən şərtlərlə təklif olunan ipoteka kreditləri banklar vasitəsilə İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilir. Aztəminatlı ailələrin mənzilə sahib olması üçün hazırda yalnız bu cür şərtlər mövcuddur.

Banklar özləri də Fondun qaydaları ilə, amma öz vəsaitləri hesabına ipoteka kreditləri təklif edir. Amma bankların öz vəsaitləri hesabına təklif etdiyi ipoteka kreditlərinin faizləri dövlət xətti ilə verilən kreditlərdən 2 dəfə çoxdur. Faiz məsələsinə gəlincə isə ipoteka kreditlərinin daha əlçatan olması üçün faizlərin aşağı salınması təklif olunur.

Məsələn, belə bir təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov çıxış edib və ipoteka kreditlərini 5-6 faizə endirilməsinin mümkün olduğunu deyib. Hələlik isə bununla bağlı hər hansı bir rəsmi məlumat yoxdur.

İpoteka krediti verən banklara gəlincə isə demək olar ki, ölkə üzrə fəaliyyət göstərən bütün banklar bu xidməti göstərir. Konkret olaraq olaraq isə "GünayBank" ASC, "UniBank" KB ASC, "Kapital Bank" ASC, Azərbaycan Sənaye Bankı ASC, "Turanbank" ASC, "Azər-Türk Bank" ASC, "Azərbaycan Beynəlxalq Bankı" ASC, "PAŞA Bank" ASC, "Express Bank" ASC, "Bank Respublika" ASC, "Xalq" Bankı ASC, "Bank VTB (Azərbaycan)" ASC, "Bank of Baku" ASC, "Rabitəbank" ASC, "Yelo BANK" ASC və “Bank BTB” ipoteka krediti təklif edir.

QEYD: Adıçəkilən banklar dövlət xətti ilə ipoteka krediti verən maliyyə qurumlarıdır.
Cebhe. info
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib